Hər gün bir nar yeyin!
02.12.2023 [13:30]
MİKAYIL
Payız və qış fəsillərində nar yemək bir çox xəstəliklərdən qoruyur. Mütəxəssislərə görə, hər bir sağlam şəxs gün ərzində 25-35 qram lif qəbul etməlidir. Meyvələrin şahı sayılan bu möcüzəvi meyvənin faydalarını sadalamaqla bitməz. Birincisi, qanda şəkərin artması kimi metabolik pozğunluqların qarşısını alır, diabetin inkişafına mane olur. İkincisi, qanda yağların və xolesterinin konsentrasiyasını azaldır, aterosklerozun inkişafından və nəticədə onunla əlaqəli bütün xəstəliklərdən qoruyur. Alimlərin qənaətinə görə, nar qan təzyiqini də aşağı salır, eləcə də qanda pis xolesterini azaldır və yaxşı xolesterini artırır. Narı pəhrizə daxil etmək məqsədəuyğundur. Rusiyalı qastroenteroloq, tibb elmləri namizədi Konstantin Spaxov narın faydaları barədə belə deyir: “Əgər imkanınız varsa, müntəzəm olaraq nar yeyin. Giləmeyvə antioksidant tərkibinə görə narla müqayisə edilə bilər. Narın qiyməti qalxdıqda isə onu dondurulmuş giləmeyvə ilə əvəz edə bilərsiniz. Gündə ən azı yarım stəkan nar dənəsi və ya giləmeyvə qəbul etmək əla nəticə verə bilər”.
Ekspert narın qabığının da faydalı olduğunu deyir: “Nar meyvəsi mahiyyətcə tullantısızdır. Qabıqları və arakəsmələrini atmaq tövsiyə olunmur. Onları qurudun. Qaynar su ilə dəmləsəniz, ishal üçün əla vasitə alınacaq. Onların təsiri dərmanlardan da yaxşı nəticə verir. Çoxları əmindir ki, nar qan rəngində olduğundan onun tərkibində çoxlu dəmir var və buna görə də hemoqlobini artırmaq üçün çox faydalıdır. Bu, yanlış fikirdir. Ümumiyyətlə, dəmiri heyvan mənşəli məhsullardan – ətdən, xüsusilə qaraciyərdən almaq daha yaxşıdır. Narda dəmirin miqdarı azdır. Ona qırmızı rəng verən çox faydalı polifenollardır”.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40

