Növbəti köç...
28.11.2023 [10:15]
Füzulinin daha 106 sakini yurda qayıtdı
Y.SAHİB
Qısa müddət ərzində işğaldan azad olunan ərazilərdə böyük işlərin görülməsi “Böyük Qayıdış”ın təmin olunması sözün əsl mənasında tarixi hadisədir. Bu, Azərbaycanın böyüklüyünün və işğaldan azad edilən ərazilərin bizə məxsus olmasının əyani sübutudur. Artıq neçə müddətdir ki, soydaşlarımızın doğma yurd, yuvalarına qaytarılması prosesi başlayıb. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq yenidən qurulan ərazilərə keçmiş məcburi köçkünlərin köçürülməsi davam edir.
Dünən Füzuli şəhərinə daha 25 ailə yollanıb. Abşeron rayonunda, Bakı və Sumqayıt şəhərləri ərazisindəki yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu mərhələdə Füzuli şəhərinə 106 nəfər köçürülüb.
Xatırladaq ki, indiyədək Füzuli şəhərində 308 ailənin, yəni 1106 nəfərin daimi məskunlaşması təmin edilib.
Sevincimin həddi-hüdudu yoxdur...
Doğma yurdun, Füzuli torpağının bir qarışında belə yaşamaq mənə əzizdir. Füzuli sakini Akif Hacıyevin sözlərinə görə, 1-ci Qarabağ müharibəsində torpaqlarımızın müdafiəsində iştirak edib: “O vaxt silah-sursat çatışmazlığı çox idi və çox çətin günlər idi. Bu gün isə doğma yurda qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur. Allah Prezidentimizi qorusun, şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Dövlətimiz bizim üçün Füzulidə şərait yaradıb. Buna görə öz təşəkkürümüzü bildiririk. Doğma torpağın bir qarışında yaşamaq mənə əzizdir”.
Ali Baş Komandanın sayəsində doğma yurda dönürəm
Füzuli sakini Soltan Şirinov bildirib ki, 81 yaşında Füzuliyə dönmək möcüzə sayıla bilər: “Ali Baş Komandan sayəsində doğma yurdum Füzuliyə dönürəm. Bu günümüzü Prezidentimizə, şəhidlərimizə, qazilərimizə borcluyuq. Daim onlara təşəkkür etməliyik. Allah dövlətimizi var eləsin ki, bizim üçün Füzulidə şərait yaradıb”.
Bu günümüzü şəhidlərimizə borcluyuq...
Füzuli sakini Fatma Nənəliyeva 30 ildən sonra doğma torpağına qayıtdığı üçün sevinir: “Bu günümüzü şəhidlərə, onların analarına borcluyuq. Mənim oğlum da 2-ci Qarabağ müharibəsində iştirak edib. Müharibə vaxtı hər gün günəş çıxan vaxtı mən Allaha dua edirdim ki, övladlarımızı qorusun, torpaqlarımız işğaldan azad olunsun. Oğlum hərbidən qayıtdıqdan sonra mən onu öpmədim. Çünki şəhid analarından utanıram”.
Nəvələrimlə birlikdə Füzuliyə dönürəm...
Keçmiş məcburi köçkün, Füzuli sakini Vüsalə Məmmədovanın sözlərinə görə, Füzulidən çıxanda üç ailə ilə birlikdə çıxıblar: O zaman övladlarım kiçik yaşda ikən Füzulini tərk etmişdik. İndi isə nəvələrimlə birlikdə Füzuliyə dönürəm. Həyat yoldaşım olmadan Füzuliyə qayıtdığıma görə kədərliyəm. Amma sevinirəm ki, bundan sonra öz doğma yurdumda yaşayacağam. Hamının öz doğma yurdunda bundan sonra xoş günlərlə firavan yaşamasını arzulayırıq”.
Füzulini acı hisslərlə tərk etmişdik...
Füzuli sakini Narıngül Abbasova bildirib ki, Füzuli azad edildiyində sevincinin həddi-hüdudu yox imiş: “Bizə bu günləri yaşatdığı üçün Ali Baş Komandanımızla fəxr edirik. Bizi evlə təmin etdiyi üçün Prezidentə, dövlətimizə təşəkkür edirik.
Füzulini acı hisslərlə tərk etmişdik. Qaçqınlıq dövründə yaxınlarımızı itirmişik. Allah bir də Azərbaycan xalqına acı günlər yaşatmasın. Hər kəsin öz doğma yurdunda yaşamasını diləyirəm. Hazırda oğlumun köçü üçün Füzuliyə gedir, dekabrın 7-də isə özüm də Füzuliyə köçəcəyəm”.
Duyğularımı sözlə ifadə etmək mümkün deyil...
Füzuli sakini İzzət Abışovun sözlərinə görə, bu gün Füzuliyə qayıdışı bizlərə yaşadanlar ordumuz, şəhidlərimiz, qazilərimizdir: “Füzulidə yaşamaq duyğularımı sözlə ifadə etmək mümkün deyil. Bizim üçün Füzulidə hər bir şərait yaradılıb. İndiyədək görmədiyim, sadəcə kadrlarla canlandırdığım doğma yurdumda yaşayıb yaratmaq istəyirəm. Hər iki babam Füzulidə kiçik bizneslə məşğul olub, mən də həmin kiçik biznesi orada davam etdirmək istəyirəm”.
Çox gözəl duyğudur
Füzuli sakini Aytən Şirinova söyləyib ki, Füzuli haqqında qayınatası və qayınanası çox danışıblar. İndi isə Füzulini öz gözləri ilə görmək üçün çox sevinir: “Çox gözəl duyğudur. İndiyə kimi Füzulini görməmişəm və oraya bir gəlin olaraq gedirəm. Deyilənlərə görə, Füzuli daha gözəldir. Ailəliklə hamımız sevinirik. Allah dövlətimizi var eləsin, bizim üçün şərait yaradılıb. Bundan sonra Füzulidə yaşayıb, Füzulini dirçəltmək istəyirik”.
Doğma yurda dönüşdən böyük hiss ola bilməz
Füzuli sakini Natiq Səlimovun sözlərinə görə, 16 yaşında Füzulini tərk edib: “Füzulini tərk etmək çox acı xatirədir. İndi isə sevinə-sevinə böyük fəxrlə öz yurdumuza qayıdırıq. Doğma yurda dönüşdən böyük hiss ola bilməz. Dövlətimiz bizi evlə təmin edib. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin”.
Xəbər lenti
Hamısına baxSosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 17:09
Siyasət
07 İyul 16:59

