Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Laçında peyk internet platforması quraşdırılıb

Laçında peyk internet platforması quraşdırılıb

22.11.2023 [15:47]

“Azərkosmos” Laçında “Azconnexus” platforması üzərindən internet xidmətlərini təmin etmək məqsədilə ilk KA diapazonlu anten quraşdırıb.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi xəbər verir ki, məqsəd dağlıq relyefə malik olan Laçın rayonu ərazisində “Azconnexus” peyk interneti sayəsində müasir rəqəmsal xidmətlərə əlçatanlığı təmin etmək və telekommunikasiya sahəsini inkişaf etdirməkdir.

“Ənənəvi peyk tezlik diapazonlarından daha yüksək ötürmə qabiliyyətinə malik olan KA diapazonu çox kiçik ölçülü antenlər üçün əlverişli əhatə dairəsi yaradır. Bu da internet xidməti provayderləri və telekommunikasiya operatorlarına ucqar və dağlıq ərazilərdə öz şəbəkələrini genişləndirməyə imkan verəcək”, - deyə məlumatda bildirilir.

Paylaş:
Baxılıb: 404 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31