Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Bu gün Coğrafi İnformasiya Sistemləri Günüdür

Bu gün Coğrafi İnformasiya Sistemləri Günüdür

15.11.2023 [12:16]

Yeganə

15 noyabr - Coğrafi İnformasiya Sistemləri (CIS) Günüdür. Bu gün dünyanın bir çox ölkəsində noyabrın üçüncü çərşənbə günü qeyd olunur.

Əsası 1999-cu ildə ABŞ-da qoyulan CİS Günü sonradan digər ölkələrdə də keçirilməyə başlanılıb. CİS bütün coğrafi məlumatları əldə etmək, saxlamaq, təhlil, idarə və manipulyasiya etmək üçün nəzərdə tutulub. Məlumatlar xəritələrin, proqramların və məkana əsaslanan xidmətlərin yaradılması və mobil cihazların olduğu yeri göstərməsini təmin edir.

CİS Günü “ESRİ” şirkətinin prezidenti və qurucusu, coğrafi informasiya sistemləri və coğrafi məlumat bazasının idarə edilməsi proqram təminatlarının beynəlxalq təchizatçısı Cek Dangermond tərəfindən təsis edilib.

CİS Gününü hazırda dünyada 74 ölkə qeyd edir.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geodeziya və Kartoqrafiya üzrə Dövlət Agentliyi geodeziya, topoqrafiya, xəritəçəkmə, qravimetriya və kartoqrafiya, həmçinin dövlət əhəmiyyətli coğrafi məlumat sistemlərinin yaradılması sahələrində işlərin aparılmasını təmin edən qurumdur.

Paylaş:
Baxılıb: 597 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Sosial

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31