Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Azad edilmiş ərazilərdə yenidənqurma və bərpa işlərinə gələn il 4 milyard manat vəsait ayrılacaq

Azad edilmiş ərazilərdə yenidənqurma və bərpa işlərinə gələn il 4 milyard manat vəsait ayrılacaq

13.11.2023 [12:45]

Gələn il müdafiə və milli təhlükəsizlik xərclərinə dövlət büdcəsi xərclərinin 17,5 faiz həcmində və yaxud 6 milyard 421 milyon manat məbləğində vəsait nəzərdə tutulub ki, bu da cari illə müqayisədə 366 milyon manat və yaxud 6 faiz çox, 2022-ci ilin icra göstəriciləri ilə müqayisədə isə 1 milyard 525 milyon manat və yaxud 31,1 faiz çoxdur.

AZƏRTAC xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin noyabrın 13-də keçirilən plenar iclasında deyib.

Nazir qeyd edib ki, 2004-cü ilin dövlət büdcəsində müdafiə və milli təhlükəsizliyin daha da möhkəmləndirilməsi, Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması, Azərbaycan Respublikasının 2030-cu ilədək sosial iqtisadi inkişafına dair milli prioritetlərinə söykənən “2022-2026-cı illərdə Sosial İqtisadi İnkişaf Strategiyası”nın məqsədlərinin reallaşdırılması üzrə tədbirlərin maliyyələşdirilməsi prioritet olaraq qəbul edilib. Bu vacib prioritetlərə uyğun olaraq növbəti ildə azad edilmiş ərazilərdə yenidənqurma və bərpa işlərinə 2024-cü ilin dövlət büdcəsi xərclərinin 10,9 faizinə bərabər və yaxud 4 milyard manat məbləğində vəsait ayrılacaq.

Paylaş:
Baxılıb: 664 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

31-ci dəfə...

03 İyun 11:57  

Gündəm

Siyasət

Analitik

Milli səfərbərlik

03 İyun 09:31

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30