Oturduqları ağacın budaqlarını kəsənlər...
03.11.2023 [10:25]
Milli Məclis avropalı parlamentarilərin Ermənistana səfərini pisləyib
Günel ABBAS
Məlum olduğu kimi, Avropa Parlamentinin bəzi deputatları Ermənistana səfər ediblər. Bu səfər çərçivəsində onlar təkcə Ermənistanın siyasi hakimiyyət nümayəndələri ilə deyil, həm də separatçı rejimin Ermənistanda məskunlaşmış təmsilçiləri ilə görüşlər keçiriblər. Yeri gəlmişkən, məsələ ilə bağlı Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi bəyanat yayıb.
Bəyanatda, həmçinin deyilir: “Təəssüf ki, öz ənənəvi siyasətlərini davam etdirən Avropa Parlamentinin nümayəndələri hələ 1988-ci ildə Ermənistanın azərbaycanlıları kütləvi şəkildə qovduğu zaman “Sovet Ermənistanında vəziyyət” adlı qətnamə qəbul edərək, Ermənistanın ərazi iddialarına dəstək ifadə etmiş və bu ölkədə yaşayan azərbaycanlıların hüquqlarının pozulmasına göz yumub.
Ümumbəşəri insan haqlarını, qanunun aliliyini və demokratiya dəyərlərini pərdələməyə çalışan fransız deputatlar başda olmaqla, Avropa Parlamentinin nümayəndələri Cənubi Qafqaz bölgəsinin daxili işlərinə kobud şəkildə müdaxilə edir, həmçinin regiona xaos və qeyri-sabitlik gətirməyə çalışırlar.
Özünü ləğv etmiş rejimin keçmiş “lideri” ilə görüşən Avropa Parlamentinin bir sıra üzvləri daha əvvəl qeyd edilən məqsədi güdərək, “xristian dəyərlərini” qorumaq pərdəsi arxasında nə dərəcədə riyakar olduqlarını bir daha beynəlxalq ictimaiyyətə nümayiş etdiriblər.
Baş verən hadisələr, bu qurumun parlamentarilərinin islamofobiya, Azərbaycana, Türkiyəyə, ümumiyyətlə, dünyadakı insanlığa qarşı nifrət və xristianlığın üstünlüyünü aşkar şəkildə nümayiş etdirmələri Avropa Parlamentinin hansı səviyyədə olmasının birbaşa göstəricisidir.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi təəssüf hissi ilə bildirir ki, avropalı parlamentarilərin artıq tendensiyaya çevrilən bu cür davranışları nəinki qəbuledilməzdir, həm də Azərbaycanla Ermənistan arasında gedən sülh prosesini ilk mərhələdəcə məhv etməyə yönəlmişdir. Həmin dağıdıcı qüvvələr öz mənfəətlərini güdərək, regionumuzu yenidən müharibə və xaos vəziyyətinə sürükləmək istəyirlər.
Biz Avropa Parlamentinin rəhbərliyindən təkcə regionda bu təxribatçı fəaliyyətə müvafiq qiymət verməyə deyil, həm də humanitar məsələlərdən siyasi və təxribatçı məqsədlər üçün istifadənin dayandırılmasını, həmçinin Cənubi Qafqaz bölgəsinin daxili işlərinə qarışmamağı və bununla da sülh prosesinə zərər verməməyi tələb edirik”.
Milli Məclisin üzvü Elman Nəsirov “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, avropalı parlamentarilərin bu görüşü separatizmin dəstəklənməsi, terrorçuluğun müdafiə edilməsi deməkdir: “Bu davranış və hərəkətlər nəticə etibarilə regionumuza sülh və təhlükəsizlik gətirmir. Əksinə, yenidən revanşizmin güclənməsinə, separatizmin genişlənməsinə və yeni bir müharibə ocağının yaranmasına təkan verən bir amildir. Avropa İttifaqının siyasi baxımdan əsas qanadını təşkil edən Fransa Ermənistanı silahlandırırsa, belə olan vəziyyətdə avropalı parlamentarilərdən başqa bir addım gözləmək absurddur. Bir sıra Qərb dövlətləri və Qərb siyasi dairələri heç bir halda regiona sülh göyərçini kimi gəlmirlər. Nəticə etibarilə bölgəmizdə yenidən revanşizmin və separatizm dirçəlməsinə, qol-qanad açmasına rəvac verirlər.
Məhz bu reallığı nəzərə alaraq Azərbaycan parlamenti də bu məsələ ilə bağlı öz bəyanatını qəbul edib, etirazını bildirib. Haqlı olaraq hesab edirik ki, avropalı parlamentarilərin bu davranışı regionumuza sülh gətirmir və hadisələrin daha da gərginləşməsinə səbəb olur. Belə olan vəziyyətdə bütün məsuliyyət təbii ki, avropalı parlamentarilərin, eyni zamanda Ermənistan hakimiyyətinin üzərinə düşür.
Azərbaycanın işi haqq işidir və biz öz haqq işimizi istənilən yolla müdafiə etməyə hazırıq. Biz güclüyük və bundan sonra da öz haqq işimizi, istənilən yolla, eyni zamanda, hərbi və diplomatik yolla müdafiə etməyə qadirik. Bunu avropalı parlamentarilər yadlarından çıxarmasınlar. Həm də onlar bir şeyi unutmasınlar ki, oturduqları ağacın budaqlarını kəsirlər. Enerji təhlükəsizliyində ciddi boşluqlar olan bir tərəf heç bir halda özünün əsas enerji tərəfdaşlarından biri olan Azərbaycana qarşı belə bir addım atmamalı idi. Görünür ki, bəzi avropalı parlamentarilərinin şəxsi maraqları təmsil etdikləri dövlətin maraqlarından qat qat güclüdür”.
Xəbər lenti
Hamısına baxDünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38

