HİDAYƏT: “Burdan min atlı keçdi”
21.10.2023 [09:50]
Hüseyn Məmmədov
(1915-1994)
İrəvanda yaşadığım illərdə partiya funksionerlərindən hərtərəfli savadı, yüksək mədəniyyəti, səmimiliyi, mənəvi təmizliyi ilə mənə ən ciddi təsir bağışlayanlarından biri Hüseyn Məmmədov olmuşdur.
İrəvan qəzasının Uluxanlı kəndində kəndli ailəsində doğulmuşdu. 1923 -cü ildə anası, 1934-cü ildə atası vəfat etmişdi. 1930-cu ildə orta məktəbi bitirdikdən sonra İrəvan şəhərindəki Kənd Təsərrüfatı Texnikumuna qəbul olunmuş və 1933- cü ildə təhsilini başa vurub, doğma kəndinə qayıtmışdı.
Əmək fəaliyyətinə Zəngibasar kənd məktəbində başlamışdı. Əvvəl müəllim, sonra direktor müavini işləmişdi. 1938- ci ildən seçkili orqanlara işə keçmişdi. Əvvəl rayon Həmkarlar Komitəsinin sədri, sonra Zəngibasar rayonunun Komsomol Komitəsinin birinci katibi və 1941-1943-cü illərdə Rayon İcraiyyə Komitəsinin sədri işləmişdir.
Ağır müharibə illərində Hüseyn Məmmədov arxa cəbhədə məsul vəzifələrdə çalışmışdı. 1943- cü ildə Vedi Rayon Partiya Komitəsinin birinci katibi vəzifəsinə təyin edilmişdi. Onun iş günü 14-15 saat davam edirdi - rayonun bütün sahələrinə diqqət yetirir, kəndlərdə olur, maddi və mənəvi çətinliklər çəkən camaatla söhbət edir, onlara təsəlli verirdi. Gecə saat 12-də Sovinformbüronun məlumatlarına qulaq asıb, iş otağındakı xəritənin üstündə cəbhə xəttini qeyd etdikdən sonra evə gedirdi. Hüseyn müəllim o ağır illəri sonralar tez-tez xatırlayır, rayonda çoxluq təşkil edən azərbaycanlı əhalisinin fədakar əməyini yüksək qiymətləndirirdi.
1946-cı ildə Zəngibasar Rayon Partiya Komitəsinin birinci katibi vəzifəsinə keçirilir və oradan 1947-ci ildə Moskvaya, Sov.İKP MK yanında Ali Partiya Məktəbinə göndərilir. Moskvada keçirdiyi illər onun həyatında dərin iz salır. Müharibədən sonrakı illərin vətənpərvərlik və quruculuq pafosu, Kommunist Partiyasının sadiq funksionerlərini hazırlayan ali təhsil ocağının ab-havası onun prinsipial və kristal, təmiz bir şəxsiyyət kimi formalaşmasında böyük rol oynayır. Ancaq o, “proletar beynəlmiləlçiliyi” ideyasını qəbul edərək heç vaxt öz xalqına məhəbbətini, bağlılığını itirməmiş, həmişə millətinin, Qərbi Azərbaycan əhalisinin, öz kəndinin qayğıları ilə yaşamış və onların mənafeyi uğrunda mübarizə aparmışdır. Ali Partiya Məktəbini bitirdikdə, ona Bakıya təyinat verməyi təklif etdilər. Amma o, öz elinə qayıtmağı üstün tutdu.
İrəvanda onu kənd təsərrüfatı nazirinin müavini təyin etdilər və bir müddətdən sonra yenidən Vedi rayonuna, ancaq bu dəfə İcraiyyə Komitəsinin sədri vəzifəsinə göndərdilər. Azərbaycanlı əhalisinin Ermənistandan Azərbaycana köçürülməsi nəticəsində Vedi rayonunda ermənilər artıq çoxluq təşkil edirdilər və birinci katib erməni olmalı idi?!
1960-cı ildə onu yeni vəzifəyə göndərdilər. Qədim Ağbaba torpağında azərbaycanlı əhalisi o zaman hələ də çoxluq təşkil edirdi.
Hüseyn Məmmədov son dərəcə zəhmətkeş, savadlı, təmiz, özünə və başqalarına qarşı tələbkar rəhbər kimi rayonda çox tez nüfuz və hörmət sahibi oldu. Azərbaycan kəndlərinin qayğısına qalır, onların problemləri ilə ciddi məşğul olurdu. Azərbaycanlı kadrları irəli çəkib, məsul vəzifələrə təyin edirdi. O işlədiyi dövrdə Rayon Partiya Komitəsi Bürosunun üzvlərinin çoxu, əvvəlki illərdən fərqli olaraq, azərbaycanlılar idi. Əlbəttə, öz millətinə göstərdiyi qayğı heç də respublika rəhbərlərinin xoşuna gəlmirdi. Mərkəzi Komitədə keçirilən iclaslardan birində ona millətçilik iradı tutmuşdular. O isə ittiham irəli sürən erməniyə üz tütüb: “Əgər millətçiyəmsə, sizdən öyrənmişəm millətçiliyi” demişdi. Əlbəttə, belə bir partiya işçisi Ermənistanı narahat edirdi. 1963-cü ildə Amasiya rayonunun guya başqa bir rayonla birləşdirilməsi bəhanəsilə Hüseyn Məmmədovu İrəvana, Ermənistan SSR Xalq Nəzarəti Komitəsində təşkilat şöbəsi müdirinin müavini vəzifəsinə dəyişdilər. O, 1970-ci ilin sonunadək burada işlədi və 55 yaşında respublika dərəcəli fərdi təqaüdə çıxıb, ailəsi ilə Bakıya köçdü.
Bakıya köçməsi də daxili əzablarsız olmadı; bir tərəfdən, doğma yeri-yurdu, qohum-əqrəbası, hörmətini, məhəbbətini qazandığı minlərlə insandan ayrılmaq, digər tərəfdən, köhnə kommunist olaraq köçümünə siyasi dairələrdə necə qarşılanacağı narahatlığı. Ona görə də həyatının Bakı dövründə iş üçün yüksək siyasi dairələrə müraciət eləmədi, rayon səviyyəli şöbə müdiri vəzifəsində işlədi. Hüseyn Teymuroğlu İrəvandan köçəndən sonra görüşə bilmədiyimizə çox təəssüflənirəm, ancaq onun hüzür mərasimində iştirak etdim. Sonralar Gülçöhrə xanım atasının bu narahatlıqları, qayğıları, düşüncələri haqqında mənə yerli-yataqlı danışdı. Hüseyn Məmmədov Ermənistan SSR Ali Sovetinin (II, IV, V çağırış) deputatı olmuş, respublikada Ali Soveti Rəyasət Heyətinin üzvü, sonra isə Ali Soveti Rəyasət Heyəti Sədrinin müavini seçilmişdi.
Dayım Əli Məmmədovla sıx dostluq münasibətləri saxlayardı. Onlar tez-tez axşamlar görüşüb, dayımın evinin həyətindəki bağda gəzə-gəzə uzun-uzadı səmimi söhbətlər edərdilər. Hərdənbir mən də görüşlərinin iştirakçısı olardım. Onların söhbətlərinin əsas mövzusu o vaxtkı ictimai-siyasi proseslər, lap başlıcası isə - Ermənistanda günü-gündən güclənən şovinizm, deportasiya meylləri, milli ayrı-seçkilik siyasəti və azərbaycanlıların problemləri idi.
Xəbər lenti
Hamısına baxSosial
16 Avqust 15:20
Sosial
16 Avqust 14:35
Sosial
16 Avqust 14:24
Dünya
16 Avqust 13:55
Dünya
16 Avqust 13:35
Dünya
16 Avqust 12:55
Dünya
16 Avqust 12:10
Dünya
16 Avqust 11:35
Siyasət
16 Avqust 10:55
Dünya
16 Avqust 10:25
Dünya
16 Avqust 09:45
Dünya
16 Avqust 09:05
Dünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29
Dünya
15 Avqust 17:35
Sosial
15 Avqust 16:44
Dünya
15 Avqust 16:18
Sosial
15 Avqust 15:46
Sosial
15 Avqust 15:43
Gündəm
15 Avqust 15:40
Dünya
15 Avqust 15:23
Dünya
15 Avqust 14:31
Dünya
15 Avqust 13:19
Dünya
15 Avqust 12:24
Gündəm
15 Avqust 11:58
Gündəm
15 Avqust 11:45
Gündəm
15 Avqust 11:35
Hadisə
15 Avqust 11:32
Gündəm
15 Avqust 11:25
İqtisadiyyat
15 Avqust 11:22
İqtisadiyyat
15 Avqust 11:05
İqtisadiyyat
15 Avqust 10:35
Analitik
15 Avqust 10:15
Analitik
15 Avqust 09:55
Analitik
15 Avqust 09:35
Ədəbiyyat
15 Avqust 09:15
Ədəbiyyat
15 Avqust 09:05
Dünya
14 Avqust 23:54
Dünya
14 Avqust 23:25
Dünya
14 Avqust 22:50
Dünya
14 Avqust 22:15
Dünya
14 Avqust 21:50
Hadisə
14 Avqust 21:32
Dünya
14 Avqust 21:20
Dünya
14 Avqust 20:55
Dünya
14 Avqust 20:35
Dünya
14 Avqust 20:05
Dünya
14 Avqust 19:48
Dünya
14 Avqust 19:20
Mədəniyyət
14 Avqust 18:55
Elm
14 Avqust 18:43
İqtisadiyyat
14 Avqust 18:26
İqtisadiyyat
14 Avqust 18:10
Elm
14 Avqust 17:41
Sosial
14 Avqust 17:26
İqtisadiyyat
14 Avqust 17:25
İdman
14 Avqust 17:10
Mədəniyyət
14 Avqust 16:48
Mədəniyyət
14 Avqust 16:29
Sosial
14 Avqust 16:20
Sosial
14 Avqust 15:45
İdman
14 Avqust 15:40
Sosial
14 Avqust 15:25
Siyasət
14 Avqust 14:40
İqtisadiyyat
14 Avqust 14:35
Sosial
14 Avqust 14:20

