Vətəndaş cəmiyyətində yeni çağırışlar
18.10.2023 [11:01]
İctimai Şuraların yaradılması effektivdir
Günel ABBAS
Respublikamızda iki mühüm istiqamət - hüquqi dövlət quruculuğu və fəal, güclü vətəndaş cəmiyyətinin formalaşdırılması bir-birini tamamlayır. Respublikamızda 1995-ci ildə referendum yolu ilə qəbul olunan Konstitusiya və dövlət başçısının imzaladığı digər sənədlərlə hüquq sisteminin qabaqcıl dünya təcrübəsi əsasında təkmilləşdirilməsi, demokratik prinsiplərin həyat normasına çevrilməsi üçün münbit zəmin formalaşdırılıb. Bütövlükdə, ölkəmizdə qanunçuluğa əsaslanan idarəetmə mexanizminin daha səmərəli formalarının yaradılmasını hədəfləyən islahatlar davamlı səciyyə daşıyır.
Eyni zamanda, dövlət ölkədə fəal vətəndaş cəmiyyətinin qurulmasına güclü siyasi iradə nümayiş etdirir. Prezident İlham Əliyev müxtəlif auditoriyalar qarşısında etdiyi çıxışlarında bütün sahələrdə ictimai iştirakçılığın və ictimai nəzarətin gücləndirilməsinin önəmini dəfələrlə diqqətə çatdırıb. Ölkədə fəal vətəndaş cəmiyyətinin formalaşdırılması dövlətin müəyyənləşdirdiyi prioritetlərlə üst-üstə düşür. İdarəetmədə səmərəliliyin təmin olunması, inklüzivliyin və vətəndaş məmnunluğunun artırılması, korrupsiyanın əhatə dairəsinin daraldılması, problemlərin operativ qaydada aradan qaldırılması kimi hədəflərə nail olunmasında ictimai iştirakçılığın gücləndirilməsi ən effektiv mexanizmlərdən biri qismində çıxış edir.
Müxtəlif dövlət qurumlarının tərkibində ictimai şuraların yaradılması bunun ən aydın nümunələrindən biridir. İctimai şuralar qurumlarda həyata keçirilən tədbirlərdə vətəndaş cəmiyyəti institutlarının iştirakının təmin edilməsi, ictimai iştirakçılığın genişləndirilməsi və bu qurumlarla ictimaiyyət arasında səmərəli qarşılıqlı fəaliyyətin daha da inkişaf etdirilməsi məqsədilə yaradılıb. Üzvləri arasında QHT nümayəndələrinin də yer aldığı şuralar artıq bir neçə ildir ki, qərarların qəbulu zamanı ictimai rəyin öyrənilməsi, ictimaiyyətlə məsləhətləşmələrin təşkili kimi digər bir çox sahədə səmərəli, uğurlu fəaliyyət göstərirlər.
Şəbəkələr genişlənir
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Azər Badamov “Yeni Azərbaycan” qəzetinə açıqlamasında bildirib ki, dövlətimiz tərəfindən diqqət mərkəzində saxlanılan məsələlərdən biri də mərkəzi və yerli icra hakimiyyəti, eləcə də yerli özünüidarəetmə orqanlarına ictimai nəzarətin həyata keçirilməsidir: “İctimai iştirakçılıq haqqında” qanunun 2014-cü ildə qüvvəyə minməsi ilə bu fəaliyyət daha da sürətləndi. Qanunun qəbul edilməsi ilə müvafiq strukturlar yanında ictimai şuraların yaradılması məcburi xarakter daşıdı. Bu məsələnin dövlət üçün nə dərəcədə əhəmiyyətli olduğunu cənab Prezident öz çıxışlarında dəfələrlə qeyd edib”.
A.Badamov şuraların fəaliyyəti nəticəsində əldə edilən nailiyyətlərdən də söz açıb: “Bu gün biz sosial şəbəkələr üzərindən vətəndaşların hansısa şikayətlər və ya təkliflər səsləndirməsinə tez-tez şahidlik edirik. İctimai Şuraların üzvləri operativ şəkildə paylaşımlarda qeyd edilən məsələlərin həlli üçün aidiyyəti şəxsləri məlumatlandırırlar, lazım gəldikdə müxtəlif müzakirələr təşkil edirlər. Mərkəzində Azərbaycan vətəndaşı dayanan dövlət siyasətinin uğurlu addımlarından biri olan İctimai Şuraların yaradılmasında, fəaliyyətində də əsas məqsəd vətəndaş məmnunluğunun artırılmasıdır”.
“Artıq bir neçə ildir ki, İctimai Şuralar öz fəaliyyətlərini davam etdirirlər. Vətəndaşların fikirlərinin, təklif və şikayətlərinin öyrənilməsi, ictimaiyyətlə əlaqələrin qurulması kimi bir çox önəmli məsələlərdə şura üzvləri öz müsbət töhfələrini verirlər. Əminəm ki, qarşıdakı dövrlərdə də bu müsbət tendensiya davam edəcək”, - deyə millət vəkili fikirlərinə əlavə edib.
Təkmilləşdirilməyə ehtiyac var
Müasir İnkişaf İctimai Birliyinin sədri Mübariz Göyüşlü də “Yeni Azərbaycan”a açıqlamasında İctimai Şuraların yaradılmasının çox gözəl bir mexanizm olduğunu deyib. Birlik sədri İctimai Şuraların effektiv fəaliyyət istiqamətində səylərini müsbət qiymətləndirərək bunun təqdirəlayiq olduğunu diqqətə çatdırıb: “Cənab Prezidentin də dediyi kimi, vətəndaşların ictimai nəzarətinin təşkili prosesinin bir tərkib hissəsidir. Əksər qurumlarda - nazirliklərdə, təhsil müəssisələri və s. - İctimai Şuralar yaradılıb. Şuraların bir çoxunun effektiv şəkildə fəaliyyət göstərmək üçün səylərini görürük. Onların bu cəhdləri təqdirəlayiqdir. Lakin əfsuslar olsun ki, bəzi ictimai şuralarda passivlik müşahidə olunur. Seçilənə qədər təbliğat aparırlar, amma seçildikdən sonra onların hər hansı bir fəaliyyəti olmur. Bəzilərinin isə təklif, tövsiyyə, qeyd və iradları qurumlar tərəfindən qəbul edilmir. Düşünürəm ki, ictimai şuraların mövcudluğu çox gözəl bir institutdur, prosesdir. Onların yaradılmasında da məqsəd məhz bundan ibarətdir”.
“Proseslərin daha da təkmilləşməsinə ehtiyac var. Sədrlərin daha da aktiv olması, müəyyən edilən tələblərin yerinə yetirilməsi imkanlarının artırılması lazımdır. Bəzi məqamlarda cəmiyyətin onlardan gözlədiyi tələblərə cavab verə bilmirlər. Bu barədə zaman-zaman yuxarı rəhbər orqanların nümayəndələrinin də müəyyən qeydlərini, eyhamlarını eşidirik”, - deyə M.Göyüşlü fikirlərinə əlavə edib.
Deyilənlər bir daha onu deməyə əsas verir ki, vətəndaşların dövlət idarəçiliyində iştirakı, qəbul edilən qərarlarda vətəndaş cəmiyyəti institutlarının rəyinin öyrənilməsi, eləcə də digər analoji səbəblər baxımından İctimai Şuraların olduqca böyük əhəmiyyəti vardır.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40

