Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / FHN: Xilasedicilər dağlıq ərazidə köməksiz vəziyyətdə qalan iki yeniyetməni xilas ediblər

FHN: Xilasedicilər dağlıq ərazidə köməksiz vəziyyətdə qalan iki yeniyetməni xilas ediblər

16.10.2023 [10:42]

Ötən gecə Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 qaynar telefon xəttinə Mingəçevir şəhəri yaxınlığında Bozdağ silsiləsi ərazisində iki yeniyetmənin itkin düşməsi barədə məlumat daxil olub.

Nazirliyin mətbuat xidmətindən bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Aran Regional Mərkəzinin xilasetmə qüvvələri axtarış-xilasetmə işlərinə cəlb olunub.

Aparılmış axtarış əməliyyatı nəticəsində yeniyetmələr dağlıq ərazidə köməksiz vəziyyətdə aşkarlanıblar.

Xilasedicilər əməliyyat şəraitinə uyğun olaraq xüsusi xilasetmə vasitələrindən istifadə etməklə 2007-ci il təvəllüdlü N.Tağıyev və 2009-cu il təvəllüdlü A.Yusiflini dərədən qaldıraraq xilas ediblər.

Paylaş:
Baxılıb: 673 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

İqtisadiyyat

Gündəm

Analitik

Braziliya seçkiləri

08 Oktyabr 09:17  

Sosial

Payız depressiyası...

08 Oktyabr 08:52

Siyasət

Siyasət

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31