/ / Azərbaycanın BMT nümayəndəliyi: Fransaya beynəlxalq tərəfdaş və vasitəçi kimi etimad sıfıra bərabərdir
Azərbaycanın BMT nümayəndəliyi: Fransaya beynəlxalq tərəfdaş və vasitəçi kimi etimad sıfıra bərabərdir
12.10.2023 [12:33]
Oktyabrın 11-də BMT-nin İnsan Hüquqları Şurasının 54-cü sessiyası zamanı Azərbaycan Respublikasının nümayəndə heyəti Fransanın bəyanatına cavab olaraq bəyanatla çıxış edib.
Ermənistan mətbuatında yayılan və 34 ölkənin birgə bəyanatı kimi təqdim edilən bəyanat, əslində, yalnız Fransa və Ermənistan adından verilib.
Azərbaycan nümayəndə heyəti öz bəyanatında Fransanın səsləndirdiyi əsassız ittihamları rədd edərək, onun ölkəmizdə baş verən siyasi proseslərə açıq-aşkar müdaxilə cəhdini pisləyib. Nümayəndə heyəti Fransanın beynəlxalq hüququn prinsiplərinə açıq-aşkar məhəl qoymaması, Azərbaycan ərazilərinin işğalı zamanı ölkənin suverenliyinin və ərazi bütövlüyünün dəstəklənməsinə selektiv yanaşması, son 30 ilə yaxın müddət ərzində Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğaldan azad edilməsində, 1 milyona yaxın azərbaycanlı məcburi köçkün və qaçqının, o cümlədən Ermənistandan zorakılıqla qovulmuş 300 min azərbaycanlının öz doğma yurdlarına qayıtmasında qərəzsiz vasitəçilik rolunun uğursuzluğa düçar olması səbəbindən bu proseslərdə heç bir rolunun olmadığını vurğulayıb.
Qeyd olunub ki, Azərbaycan nümayəndə heyəti digər nümayəndə heyətləri ilə yanaşı, Fransaya da iki dəfə dialoq təklif edib, ancaq rəsmi Paris bundan imtina edib və İnsan Hüquqları Şurasını alətə çevirmək siyasətini davam etdirir.
Bəyanatda, həmçinin Azərbaycanın regionda sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi üçün çalışdığı, Fransanın Azərbaycan tərəfindən beynəlxalq tərəfdaş, vasitəçi və ya BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi etibarının sıfra bərabər olduğu diqqətə çatdırılıb.
Azərbaycan nümayəndə heyəti Fransanın təklif etdiyi tədbirləri və təşəbbüsləri, sadəcə olaraq, rəsmi Parisin təklifi olduğu üçün rədd edib. Vurğulanıb ki, Azərbaycan neokolonial imperiya ambisiyaları olmayan və ya dünyanın bu hissəsində itirilmiş statusunu dirçəltməyə cəhdlər göstərməyən etibarlı tərəfdaşlarla münasibətlərə və əməkdaşlığa açıqdır.
Azərbaycan nümayəndə heyəti daha sonra xatırladıb ki, Azərbaycanın Qarabağ bölgəsinə iki dəfə səfər etmiş BMT-nin bir neçə agentlikdən ibarət missiyası Xankəndi şəhərində mülki infrastruktura, o cümlədən xəstəxanalara, məktəblərə və yaşayış binalarına, eləcə də mədəni və dini abidələrə heç bir ziyan vurulmadığını bildirib. Missiya Azərbaycan Respublikası hökumətinin Xankəndidə səhiyyə xidmətlərinin və bəzi kommunal xidmətlərin bərpasına hazırlaşdığını müşahidə edib. Eyni zamanda, son atəşkəsdən sonra nə yerli əhalidən, nə də həmsöhbətlərdən dinc əhaliyə qarşı zorakılıq halları ilə bağlı heç bir hala rast gəlinməyib. Missiya heç bir kənd təsərrüfatı infrastrukturunun və heyvanların məhv olunmasını müşahidə etməyib. Azərbaycan nümayəndə heyəti xatırladıb ki, bu müşahidələr BMT QAK-ın Ermənistandakı ofisinin, eləcə də BQXK-nın nəticələri ilə də öz təsdiqini tapıb. Bundan başqa, bir sıra xarici jurnalistlər də Qarabağ bölgəsində baş verənləri işıqlandırıblar.
Azərbaycanın öz suveren ərazisində suveren ölkə kimi bir çox beynəlxalq aktorlarla, o cümlədən BMT sisteminə daxil olan qurumlar ilə səmərəli əməkdaşlıq etdiyi, bir çox sahələri əhatə edən bu əməkdaşlığın Qarabağ bölgəsinin yenidən Azərbaycana reinteqrasiyasına yönəldiyi və bunun Azərbaycan resurslarına əsaslandığı qeyd olunub.
Azərbaycan nümayəndə heyəti Ermənistandan müdrikliyə və sağlam düşüncənin səsinə qulaq asmağını, regionda sülhün əldə olunması üçün yaranmış imkandan istifadə etməyini gözlədiyini bildirib.
Xəbər lenti
Hamısına baxSosial
08 Oktyabr 14:33
Sosial
08 Oktyabr 14:32
Hadisə
08 Oktyabr 14:30
Dünya
08 Oktyabr 14:30
Gündəm
08 Oktyabr 14:29
Gündəm
08 Oktyabr 13:58
Siyasət
08 Oktyabr 13:56
YAP xəbərləri
08 Oktyabr 13:54
Dünya
08 Oktyabr 13:19
Siyasət
08 Oktyabr 13:11
Siyasət
08 Oktyabr 13:11
Siyasət
08 Oktyabr 13:10
Siyasət
08 Oktyabr 13:10
Siyasət
08 Oktyabr 13:09
Siyasət
08 Oktyabr 13:09
Siyasət
08 Oktyabr 13:08
Gündəm
08 Oktyabr 12:55
Sosial
08 Oktyabr 12:21
Siyasət
08 Oktyabr 12:08
Siyasət
08 Oktyabr 12:06
Gündəm
08 Oktyabr 11:59
Gündəm
08 Oktyabr 11:49
Sosial
08 Oktyabr 11:14
Elm
08 Oktyabr 11:12
İqtisadiyyat
08 Oktyabr 11:11
Siyasət
08 Oktyabr 10:59
Gündəm
08 Oktyabr 10:46
Gündəm
08 Oktyabr 10:45
Sosial
08 Oktyabr 10:21
Gündəm
08 Oktyabr 10:07
Gündəm
08 Oktyabr 09:53
İqtisadiyyat
08 Oktyabr 09:45
Gündəm
08 Oktyabr 09:32
Analitik
08 Oktyabr 09:17
Sosial
08 Oktyabr 08:52
Elm
08 Oktyabr 08:30
Gündəm
08 Oktyabr 08:14
Elm
07 Oktyabr 23:29
Dünya
07 Oktyabr 22:46
İqtisadiyyat
07 Oktyabr 22:03
Dünya
07 Oktyabr 21:30
Dünya
07 Oktyabr 20:57
Dünya
07 Oktyabr 20:33
Dünya
07 Oktyabr 19:57
Dünya
07 Oktyabr 19:14
Dünya
07 Oktyabr 18:43
Hadisə
07 Oktyabr 18:22
Dünya
07 Oktyabr 17:45
Dünya
07 Oktyabr 17:19
Elm
07 Oktyabr 16:32
İqtisadiyyat
07 Oktyabr 16:30
YAP xəbərləri
07 Oktyabr 16:26
Hadisə
07 Oktyabr 16:13
Siyasət
07 Oktyabr 16:12
Siyasət
07 Oktyabr 16:12
Siyasət
07 Oktyabr 16:11
Siyasət
07 Oktyabr 16:11
Gündəm
07 Oktyabr 15:38
Sosial
07 Oktyabr 15:18
Siyasət
07 Oktyabr 15:05
Siyasət
07 Oktyabr 15:04
İqtisadiyyat
07 Oktyabr 14:21
Sosial
07 Oktyabr 14:07
Siyasət
07 Oktyabr 13:30
Siyasət
07 Oktyabr 13:07
Siyasət
07 Oktyabr 12:50
Siyasət
07 Oktyabr 12:49
Sosial
07 Oktyabr 12:29
YAP xəbərləri
07 Oktyabr 12:25
Siyasət
07 Oktyabr 12:24

