Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Qəzzada 161 fələstinli ölüb

Qəzzada 161 fələstinli ölüb

07.10.2023 [17:37]

İsrail ordusunun Qəzza sektoruna əks-hücumları nəticəsində 160 nəfərdən çox fələstinli həlak olub. 

AZƏRTAC xəbər verir ki, “Əl-Hədəth” telekanalı bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyinə istinadla məlumat yayıb.

"931 nəfər yaralanıb", - nazirliyin məlumatında belə deyilir. 

Xatırladaq ki, bu gün səhər saatlarında HƏMAS hərəkatının silahlı qanadı tərəfindən yəhudi dövlətinin ərazisinə 5 min raket atılıb. İsrail Silahlı Qüvvələri buna cavab olaraq Qəzza sektoruna qırıcı təyyarələrlə hava zərbələri endirməyə başlayıb.

İsrailin Baş naziri Benyamin Netanyahu ölkəsinin müharibə vəziyyətində olduğunu bildirib. Paytaxt Təl-Əviv də daxil olmaqla, Qəzza sektoru ətrafındakı 80 kilometrlik ərazidə hərbi vəziyyət rejimi elan edilib. 

Son məlumata görə, raket hücumu nəticəsində azı 40 israilli ölüb, 740- dan çox yaralı var.

Paylaş:
Baxılıb: 661 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

İqtisadiyyat

Gündəm

Analitik

Braziliya seçkiləri

08 Oktyabr 09:17  

Sosial

Payız depressiyası...

08 Oktyabr 08:52

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31