Əlavə ərazi iddiaları irəli sürən Qukasyan...
05.10.2023 [10:22]
Mülki şəxslərin qətlinə haqq qazandıran separatçıbaşı Bakıdadır...
Qarabağdakı separatçıların keçmiş “prezidentləri”ndən olan Arkadi Qukasyan da özünün “həmkarları” kimi törətdiyi cinayət əməllərinə görə barəsində aparılan cinayət işləri üzrə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılaraq Bakıya gətirilib. Antiterror tədbirlərindən sonra saxlanılan Qukasyan da digərləri kimi Azərbaycan xalqına qarşı cinayətlərdə ittiham olunur. Vaxtilə qondarma rejimə başçılıq etmiş Qukasyan bu gün Azərbaycan qanunvericiliyi əsasında mühakimə qarşısında cavab verir.
Dosye: Arkadi Arşaviroviç Qukasyan 1957-ci ilin 22 iyununda Xankəndi şəhərində anadan olub. 1979-cu ildə İrəvan Dövlət Universitetinin dilçilik fakültəsini bitirib. İşçi karyerasına 1981-ci ildə baş redaktor müavini vəzifəsinə başladığı, “Sovet Qarabağı” qəzetinin müxbiri kimi çalışıb. 1981-ci ildən isə bu nəşrin baş redaktorunun müavini olub. 1988-ci ildən Qarabağdakı separatçı hərəkatın fəal iştirakçısını çevrilib. Dağlıq Qarabağdakı separtizmin alovlanmasında xüsusi xidmətləri mövcuddur. O, həmin dövrdə aktiv təbliğatçılardan biri kimi tanınıb. 1990-cı ilin yanvarında Qukasyan separatçı təbliğata görə sovet ittifaqı hüquq-mühafizə orqanları tərəfindən Rostov - Donda həbs edilib və bir ay müddətinə həbsdə qalıb. Daha sonra o, dəfələrlə ev dustaqlığına məhkum edilib. Erməni separatizminin ilk dövrlərində və silahlı qarşıdurma zamanı Qukasyan “müharibə müxbiri” kimi də fəaliyyət göstərib. 1992-ci ilin sentyabrında Qukasyan “dqr” “dövlət müdafiə komitəsi sədri”nin siyasi məsələlər üzrə “müşaviri” təyin edilib. Eyni zamanda o, ATƏT-in Minsk qrupunun himayəsi altında Azərbaycanla münaqişənin həlli üzrə aparılan danışıqlarda “dqr” nümayəndə heyətinin rəhbəri olub. 1993-cü ilin iyulunda qondarma rejimin ilk “xarici işlər naziri” təyin edilib. 1993-cü ildən Qukasyan “dqr təhlükəsizlik şurası”nın üzvüdür.
O, 8 sentyabr 1997-ci ildə qondarma rejimin başçısı olub. 2007-ci il tarixinə qədər bu “vəzifəni” icra edib. 1991-ci ildə Arkadi Qukasyan qondarma separatçıların “parlament”inə “deputat” seçilib. 2000-ci ildə sui-qəsd cəhdindən sağ çıxıb.
Qukasyan bir neçə dəfə ölkəmizə qarşı əlavə ərazi iddiaları ilə də yadda qalıb. O çıxışlarının birində bildirir: “Bakı ordumuzun gücünü yaxşı bilir və başa düşür ki, müharibə bərpa olunarsa, Azərbaycan yeni əraziləri itirə bilər”.
O həmçinin 44 günlük Vətən müharibəsi günlərində azərbaycanlı mülki şəxslərin xaincəsinə qətlə yetirilməsinə haqq qazandırıb. Azərbaycan dövləti tərəfindən saxlanılaraq paytaxta gətirilən Qukasyan da mühakimə olunur...
SADİQ
Xəbər lenti
Hamısına baxDünya
14 Avqust 23:54
Dünya
14 Avqust 23:25
Dünya
14 Avqust 22:50
Dünya
14 Avqust 22:15
Dünya
14 Avqust 21:50
Hadisə
14 Avqust 21:32
Dünya
14 Avqust 21:20
Dünya
14 Avqust 20:55
Dünya
14 Avqust 20:35
Dünya
14 Avqust 20:05
Dünya
14 Avqust 19:48
Dünya
14 Avqust 19:20
Mədəniyyət
14 Avqust 18:55
Elm
14 Avqust 18:43
İqtisadiyyat
14 Avqust 18:26
İqtisadiyyat
14 Avqust 18:10
Elm
14 Avqust 17:41
Sosial
14 Avqust 17:26
İqtisadiyyat
14 Avqust 17:25
İdman
14 Avqust 17:10
Mədəniyyət
14 Avqust 16:48
Mədəniyyət
14 Avqust 16:29
Sosial
14 Avqust 16:20
Sosial
14 Avqust 15:45
İdman
14 Avqust 15:40
Sosial
14 Avqust 15:25
Siyasət
14 Avqust 14:40
İqtisadiyyat
14 Avqust 14:35
Sosial
14 Avqust 14:20
İdman
14 Avqust 13:39
Sosial
14 Avqust 13:35
Sosial
14 Avqust 12:37
Gündəm
14 Avqust 11:55
Gündəm
14 Avqust 11:35
Gündəm
14 Avqust 11:05
İqtisadiyyat
14 Avqust 10:35
Analitik
14 Avqust 10:15
MEDİA
14 Avqust 09:55
Analitik
14 Avqust 09:30
Sosial
14 Avqust 09:10
Dünya
13 Avqust 23:55
Dünya
13 Avqust 23:35
Dünya
13 Avqust 23:05
Dünya
13 Avqust 22:45
Dünya
13 Avqust 22:20
İdman
13 Avqust 22:13
Dünya
13 Avqust 21:55
Dünya
13 Avqust 21:35
Dünya
13 Avqust 21:10
Dünya
13 Avqust 20:45
Dünya
13 Avqust 20:20
Dünya
13 Avqust 19:55
Dünya
13 Avqust 19:35
Dünya
13 Avqust 19:10
İqtisadiyyat
13 Avqust 18:57
İdman
13 Avqust 15:59
İqtisadiyyat
13 Avqust 15:47
Sosial
13 Avqust 15:20
İqtisadiyyat
13 Avqust 14:55
Mədəniyyət
13 Avqust 14:45
İqtisadiyyat
13 Avqust 14:20
Sosial
13 Avqust 14:18
Sosial
13 Avqust 13:50
Elm
13 Avqust 13:26
Elm
13 Avqust 13:20
İqtisadiyyat
13 Avqust 13:12
Elm
13 Avqust 13:11
İqtisadiyyat
13 Avqust 12:53
Gündəm
13 Avqust 12:40
Mədəniyyət
13 Avqust 12:25

