Ramana kəndinin Roma ilə nə əlaqəsi var?
09.09.2023 [18:11]
Abşeron kəndləri
Şahanə
Qədimliyi, tarixi-mədəni zənginliyi ilə seçilən Bakı kəndlərindən biri də Ramanadır. Tarixçilərdən Sara Aşurbəyli və S. Vəliyevin fərziyyələrinə görə, Ramana kəndinin adı romalılarla (Roma imperiyasının legionları eramızın birinci əsrində Abşeronda olublar) əlaqədardır. Digər fərziyyəyə görə, Ramana sözü iki fars sözünün birləşməsindən əmələ gəlib: rahi - yol, mani - kəsən, kəsişən. Əvvəllər Abşeron kəndlərinin yolları Ramanada kəsişərmiş. Hazırda Ramana kəndini ətrafla əsasən iki yol birləşdirir: magistraldan ayrılan yol Muxtarov sahəsindən keçib kəndə qədər uzanır və ikinci yol isə aeroporta gedən yolla birləşir.
Kənddə əsasən üç böyük məhəllə var: Qala dibi, Aşağı və Yuxarı məhəllə.
Həmin məhəllələr də nəsillərə, tayfalara görə bölünüb. Qala dibi məhəlləsində Bakıxanovların evləri olub. Kəndin qəbiristanlığında Bakıxanovların əcdadlarının üç məzarı var.
Neft sahibkarlarından Zəfər və Qurban Babayevlərin kənddəki evində hazırda klub, kitabxana və bələdiyyə idarəsi yerləşir.
Ramanada Məmmədxanlılar, Maşılılar, Mollalılar, Məmmədtağılılar, Meybalılar, Eyvazlılar, Rəhimlilər, Ərəblilər, Seyidlilər, Mirzəbəylilər, Qənbərlilər kimi geniş tanınan tayfalar olub.
Ramana kəndinin sakinləri, neft sənayesi inkişaf etməmişdən əvvəl əkinçilik və maldarlıqla məşğul olublar. Əkin sahəsinin müəyyən hissəsində pambıq da əkiblər. Qala cinsli qoyun və at saxlayıblar.
Kənd sakinlərinin dediyinə görə Nobel qardaşları və fransız sahibkarı Rotşild Bakıya ilk kapitalı Ramana kəndinə yatırmağa başlayıb. Əcnəbi sahibkarların fəhlələr üçün tikdirdiyi evlər isə bu günə kimi qalmaqdadır. Hazırda kənddə Nobellərə məxsus evlərdən uşaq bağçası və yaşayış binası kimi istifadə olunmaqdadır. Nobelin evləri kənd əhalisi arasında “Nobelski” adı ilə tanınır.
Kəndin ən yüksək yerini öz əzəməti ilə diqqəti cəlb edən möhtəşəm Ramana qalası tutub. Dörd tərəfdən üzərində bürclər olan və qala divarları ilə əhatəyə alınan bu müdafiə tikilisi XIV əsr abidəsidir. Ağ daşdan tikilən qalanın hündürlüyü 15 metrdir. Güman edilir ki, qala müdafiə məqsədilə tikilib və Şirvanşahlar dövləti dövründə qəsr kimi istifadə olunub.
Ramana qalasından “Koroğlu”, “Nəsimi” və “Babək” filmlərinin çəkilişində istifadə olunub. Qala sonuncu dəfə bu filmlərdən birinin, “Koroğlu”nun çəkilişi zamanı, 1956-cı ildə bərpa olunub. O zaman qala dağınıq vəziyyətdə olub. Tarixçilər Ramana qalasından Qız qalasına vaxtilə yeraltı yolun olduğunu qeyd ediblər.
Deyilənə görə…
Ramana kəndinin sakinləri arasında bir çox məzəli əhvalatlar yayılıb. Deyilənlərə görə, ramanalı bir kişi mədrəsənin qarşısından keçərkən oğlunun ağlamaq səsini eşidir və oraya daxil olur. Görür ki, molla onun oğlunun ayaqlarını falaqqaya salıb döyür. Ata uşağın ayaqlarını açır və mollanın ayaqlarını falaqqaya salıb onu uşaqlara yaxşıca döydürür. Digər maraqlı hadisə Lenin ilə bağlıdır. 1924-cü ildə Lenin vəfat etdikdən sonra “Leninneft” idarəsinin 12-ci mədənində iclasa yığılırlar. Bir neçə çıxışdan sonra, mədəndə işləyən Əliməmməd adında savadsız fəhləyə söz verilir. O bir qədər fikrə getdikən sonra deyir: “Öldü Lenin, çarəmiz nədir? Yaşasın Stalin!”
Xəbər lenti
Hamısına baxDünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10

