İlham Əliyevin Laçın yolunda həyata keçirdiyi siyasi taktika
02.09.2023 [10:50]
Ermənistanda daxili siyasi prosesləri müəyyən edir
Erməni KİV-ləri bu gün İrəvanda mitinq olacağı ilə bağlı məlumat yayıb. Mitinq Paşinyan əleyhdarları tərəfindən təşkil edilib və baş nazirə qarşı bir sıra tələblərin də olacağı bildirilir.
Ermənistanda son dövrlər Rusiyaya qarşı yeni kampaniyaya start verilməsi fonunda Serj Sarkisyanı sıradan çıxarmaq düşüncəsi formalaşıb. Bu fikirlərin yaranmasında əsas səbəb Sarkisyanın müsahibələrində dəfələrlə Paşinyanı Rusiya ilə münasibətləri pisləşdirməkdə ittiham etməsidir. Son baş verən hadisələr isə eks-prezidentin yenidən hakimiyyətə yiyələnmək arzusunu alovlandırıb. Bu məsələdə onun həm Rusiyada, həm də Avropadakı dayaqlarından istifadə etmək üçün hərəkətə keçəcəyi də istisna edilmir.
Yeri gəlmişkən, Ermənistanın eks-prezidenti Robert Köçəryan da müxalifətin sentyabrın 2-də İrəvanın Azadlıq meydanında keçiriləcək mitinqində iştirak edəcək. Bundan əvvəl mitinqin təşəbbüskarı olan “Daşnaksütyun” partiyasının üzvü, parlamentin “Hayastan” blokunun deputatı İşxan Saqatelyan Ermənistan və Qarabağ separatçılarının taleyindən narahat olan bütün vətəndaşları aksiyada iştirak etməyə çağırıb.
“Bakı-Xəbər”qəzetinin baş redaktoru, politoloq Aydın Quliyev “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, Ermənistanda revanşist qüvvələr yenidən fəallaşmağa çalışır: “Sentyabrın 2-nə təyin olunmuş mitinq bunun ifadəsidir. Paşinyan hakimiyyəti küncə sıxışdırılıb. Azərbaycanın məlum həmlələri Ermənistan hakimiyyətini sülh sazişini imzalamaq zorunda buraxıb. Paşinyan hazırda ya real sülh prosesinə qoşulmalıdır, ya da Azərbaycanın təzyiqləri qarşısında daha çətin vəziyyətə düşəcək. Azərbaycan Laçın yolunda tam nəzarəti ələ almaqla separatçılara böyük zərbə vurdu. Azərbaycan prezidenti Ağdam-Xankəndi yolunu alternativ humanitar dəhliz kimi təklif etməklə separatçıların manipulyasiya imkanlarını sarsıtdı. Əslində, İlham Əliyevin 23 apreldən başlayaraq Laçın yolu ilə bağlı apardığı kurs separatçılarla İrəvan hakimiyyətinin əlaqələrinin nəzarətə götürülməsinə hesablanmışdı və Prezident Əliyev bu vəzifəni parlaq şəkildə icra etdi. İlham Əliyevin buna nail olması ərazilərimizdə erməni separatizminin kökünün tam kəsilməsinə doğru müstəsna tarixi əhəmiyyətli mərhələdir”
Onun sözlərinə görə, separatçıların İrəvanla irticaçı əlaqələrinin nəzarətə götürülməsi Azərbaycanın milli-dövlət mənafeləri baxımından 2 böyük nəticə verdi: “Birinci, Xankəndidə hakim xuntanın mövqelərini və siyasi perspektivini çökdürdü. Xunta başçısı Araikin hakim səhnədən getməsi bunun nəticəsidir. Araikin vurulub atılması onların Xankəndidə girov saxladıqları ermənilərin Bakı ilə təmas yolları axtardıqlarını göstərir. Əks halda məhv olacaqlarını anlayırlar. İkinci, Ermənistanın daxili siyasi həyatında Qarabağ klanının mövqelərinə son öldürücü zərbəni vurdu. Ermənistandakı revanşistlər əsasən hakimiyyətdən devrilmiş Qarabağ klanı və onun Etmənistandakı sponsorlarından ibarətdir. Onlar İrəvanda hakimiyyətdən devriliblər, Xankəndidəki separatçı xunta ilə əlaqələrini itiriblər. Bu vəziyyətdə Köçəryan, Sarkisyan kimi revanşistlər 2 sentyabr mitinqinə özlərini tam məhv olmaqdan son xilas şansı kimi baxırlar. Onlar başa düşürlər ki, bir mitinqlə nə İrəvandakı vəziyyəti dəyişə biləcəklər, nə də Ermənistanı qlobal diplomatik-siyasi müstəvidə məğlub durumdan çıxara biləcəklər. Nə qədər təsirli və güclü görünməyə çalışsalar da, 2 sentyabr mitinqi revanşistlərin son çırpıntılarıdır”.
A.Quliyev qeyd edib ki, əslində İrəvandakı 2 sentyabr mitinqi postmüharibə müstəvisində Azərbaycanın Ermənistan üzərində siyasi və diplomatik üstünlük qazandığının ifadəsidir: “Qarşıdakı müəyyən dövr ərzində Ermənistanda daxili siyasi vəziyyət xeyli gərginləşə bilər. Əgər Paşinyan bu arada Azərbaycanla sülh prosesində öz təşəbbüskarlığlnı artıra bilsə, Qarabağ klanı ilə mübarizədə Ermənistan cəmiyyətinin daha güclü dəstəyini ala bilər. Əks halda Qarabağlı revanşçıların onu sıxışdırmaq ehtimalı gerçəkləşə bilər. Onu da vurğulamaq lazımdır ki, İlham Əliyevin Laçın yolunda həyata keçirdiyi siyasi taktika Ermənistanda daxili siyasi prosesləri müəyyən edən əsas təsirə çevrildi”.
Günel Abbas
Xəbər lenti
Hamısına baxDünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Gündəm
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32

