Əməklərinin qarşılığı – mükafatlar
30.08.2023 [14:11]
Dünyada yaradıcı adamlarının əməyinin qiymətləndirilməsi üçün çoxsaylı beynəlxalq mükafatlar təsis olunub.
Buker Mükafatı, yoxsa “Man Booker Prize”
1969-cu ildən 2002-ci ilə qədər Ədəbiyyat üzrə Buker Mükafatı kimi məşhur idi (Booker Prize). 2002-ci ildən mükafatın əsas sponsoru “Man Group” şirkəti oldu və mükafatın adı da avtomatik dəyişdi: Man Booker Prize kimi təqdim edilməyə başlanıldı. Mükafat iki ildən bir verilir. Əvvəlcə bu mükafat yalnız Britaniya Birliyi ölkələrinə təqdim olunurdu. 2014-cü ildən isə mükafat beynəlxalq miqyasa çıxdı, istənilən ölkənin yazıçısı bu mükafatı almaq hüququ qazandı. Tək şərt isə əsərin ingilis dilində yazılması, ya da bu dilə mükəmməl tərcümə olunmasıdır. Qalib gələn əsər pul mükafatı qazanan yazıçı və tərcüməçi arasında bölüşdürülür. Məbləğ 50.000 funt sterlinqdir (65.500 ABŞ dolları).
İlk Beynəlxalq Buker mükafatçısı alban şairi İsmayıl Kadar olub. Sonrakı laureatlar nigeriyalı Çinua Açebe (2007), kanadalı Elis Manro (2009) və amerikan ədəbiyyatının klassiki hesab olunan Filip Rot (2011) olublar. Bukerin bir neçə ölkədə də mükafatları var: Asiya Bukeri, Rus Bukeri və s.
Pulitser mükafatı
XIX-XX əsrlərdə yaşamış məşhur jurnalist, varlı ailənin övladı Cozef Pulitserin təsis etdiyi nüfuzlu mükafatdır. Pulitser mükafatı hər il jurnalistka, ədəbiyyat, dram və non-fikşn sahəsindəki nailiyyətlərinə görə təqdim olunan əsərlərə verilir. Pulitzer mükafatı Kolumbiya Universiteti tərəfindən idarə olunur və 21 kateqoriya üzrə verilir. 20 kateqoriyanın qaliblərinə sertifikat və 15.000 ABŞ dolları təqdim olunur. Ədəbiyyat üzrə Pulitzer mükafatı isə 1918-ci ildə təsis edilib. Ernest Pool “Onun ailəsi” romanına görə bi kateqoriyada ilk mükafatın sahibi olub.
Neustadt
Digər bir prestijli ədəbi mükafat olan Neustadt 1969-cu ildə ABŞ-da təsis edilib. İki ildən bir verilən mükafat tək bir əsərə yox, bütün yaradıcılığa aid edilir. Mükafatı ABŞ-ın Oklohoma Universiteti və nüfuzlu ədəbiyyat dərgisi World Literature Today dəstəkləyir. Qalib hər il dəyişdirilən 7 nəfərlik münsiflər heyəti tərəfindən seçilir. İstənilən dildə yazılan əsər mükafata namizəd kimi təqdim oluna bilər, ancaq əsərin bir qismi münsiflər heyətinin qiymətləndirilməsi üçün ingilis dilinə tərcümə olunmalıdır. “Books Abroud” dərgisinin redaktoru İvar İvaksın təklifi ilə “Beynəlxalq xarici ədəbiyyat mükafatı” adı verilən mükafat daha sonra indiki adı il məşhurlaşıb. Mükafat alan şəxs sertifikat, gümüş qartal tükü mükafatı və 50.000 ABŞ dolları alır. Mükafat, dram, poeziya və bədii ədəbiyyat sahələrində görkəmli işləri qiymətləndirir.
Kosta mükafatı (Costa Book Awards)
1971-ci ildə yaradılan mükafat əvvəlcə Whitbread Book Award adlanırdı. 2006-cı ildə Costa Coffe rəsm sponsor olduğu üçün mükafatın adı dəyişdirildi. Mükafata yalnız Böyük Britaniya və İrlandiyadan olan yazarlar, ingilis dilində yazılmış əsərlərini təqdim edə bilərlər. Mükafat yalnız ədəbiyyat sahəsindəki parlaq və görkəmli işlərə aid edilmir, həmçinin mütaliəyə maraq yaradan kitablara da verilir. Mütaliəni xoş bir əyləncə kimi təbliğ etmək mükafatın əsas hədəflərindən biridir. Mükafat bir neçə kateqoriyalar üzrə verilir: bioqrafiya, roman, uşaq ədəbiyyatı, ən yaxşı ilk roman və şeir. Laureatlar hər biri 5 min funt-sterlinq alırlar.
Amerika Ədəbiyyat mükafatı
Mükafat 1994-cü ildə təsis edilib. Beynəlxalq yazı sahəsində əməyi olan müəlliflərə verilir. Mükafat qismən məşhur Nobel Ədəbiyyat mükafatına alternativ olaraq yaradılmışdır. Hər il məşhur Amerika ədəbiyyatşünasları, dramaturqları, şairləri və yazıçıları da daxil olmaqla 6-8 münsif üzvü qalibi təyin etmək üçün toplanır. Qalib heç bir pul mükafatı almır.
“The Women’s Prize for Fiction”
Böyük Britaniyada təsis olunmuş mükafat ən çox maraq oyadan mükafatlardan biridir. Mükafat yalnız xanımlar üçündür. Qadın nəsrinin nümayəndələri üçün geniş imkanlar açan mükafatın ilk adı “Portağal” (Orange Prize for Fiction) olub. 1996-cı ildə yaradılmış bu mükafat ingilisdilli qadın yazarlar üçün nəzərdə tutulub. Münsif heyəti də qadınlardan ibarətdir. Qaliblərə 30 min funt sterlinq pul mükafatı ilə yanaşı, həm də Bessi adlı zərif bürünc heykəlcik təqdim olunur.
Hüqo mükafatı (Hugo Avard)
Mükafat “İnanılmaz hekayələr” elmi-fantastik jurnalının təsisçisi Hüqo Hernsbekin adından götürülüb. Fantastika janrında yazılmış ən yaxşı əsərlərə verilir. Hugo Mükafatı Dünya Elm Fantastika Cəmiyyəti tərəfindən maliyyələşdirilir. Mükafat 1953-cü ildən bəri hər il keçirilən Dünya Elmi Fantastika Konvensiyasında qəbul edilən kateqoriyalar üzrə verilir: ən yaxşı qısa roman, ən yaxşı qrafika hekayəsi, ən yaxşı fantezi, ən yaxşı dramatik təqdimat və ən elmi fantastika kitabı...
Varvik mükafatı
Mükafat 2008-ci ildə İngiltərənin Varvik Universitetində təsis olunub. Dünyada analoqu olmayan yazı müsabiqəsidir. Universitetin tələbələri, məzunlar, işçiləri, habelə nəşriyyat sənayesində işləyənlər namizədlik üçün əsər təqdim edə bilərlər. Hər il mükafat üçün yeni bir mövzu təsdiqlənir. Əsər ingilis dilində yazılmalıdır.
Qonkur mükafatı
Fransanın ən nüfuzlu ədəbi mükafatı 1896-cı ildə təsis olunmuş və 1902-ci ildən təqdim edilməyə başlamış Qonkur mükafatıdır. Fransada yaşayan fransızdilli müəllifə ən yaxşı roman və ya novellalar toplusuna görə verilir. Fransız klassikləri olan Edmon və Jül Qonkur qardaşlarının adını daşıyan mükafatın məbləği tamamilə simvolik anlam daşıyır və hazırda cəmi 10 avro təşkil etsə də, laureat olan müəllifin kitabları qısa zamanda böyük tirajlarla satılaraq ona yaxşı gəlir və şöhrət qazandırır. Qonkur Akademiyasına tamamilə simvolik məbləğə çalışan (ildə 60 frank) Fransanın 10 ən məşhur ədəbiyyatçısı daxildir. İki səs vermək imkanı olan akademiyanın prezidentindən fərqli olaraq, onların hərəsi bir səsə malikdir və hər il istədikləri bir müəllifin kitabına səs verə bilərlər.
İlk vaxtlar mükafat qeyri-adi istedad, forma və məzmunla bağlı yeni və cürətli axtarışlar müəllifi olan gənclər üçün nəzərdə tutulsa da, təsisçi Edmon Qonkurun bu arzusu çox tez unuduldu. Belə ki, bəzən mükafata elə əsərlər layiq görülür ki, orada istedad və yenilik adına heç bir şey tapmaq olmaz. Hərçənd laureatlar arasında dünya oxucusuna bəlli olmayan imzalarla yanaşı, Marsel Prust (1919), Moris Dryuon (1948), Simon De Bovuar (1954), Paskal Lene (1974), Amin Maaluf (1993) kimi məşhur imzalar da var.
Ədəbiyyat üzrə Nobel mükafatı
Bildiyiniz kimi, Albert Nobelin adına olan bu nüfuzlu mükafat hər il müxtəlif kateqoriyalar üzrə verilir. Ən çox mübahisə doğuran və reaksiya yaradan isə Nobel Ədəbiyyat mükafatıdır. Dünyanın bir çox ölkələrindən tanınmış müəlliflər bu mükafata layiq görülüblər. Nobel hər hansısa əsərə görə yox (bir-iki istisnanı çıxmaq şərti ilə) yazıçının bütöv yaradıcılığına verilir.
Nobel
Elm sahəsində ən nüfuzlu mükafatlardan olan Nobel Mükafatı dəyərli elmi tədqiqatlara, inqilabi ixtiralara, o cümlədən mədəniyyət və ya cəmiyyətin inkişafı ilə bağlı xidmətlərə görə verilir. Bu nüfuzlu beynəlxalq mükafat 27 noyabr 1895-ci ildə İsveç ixtiraçısı, alim Alfred Nobelin vəsiyyəti əsasında təsis edilmiş və ilk dəfə sahibinə 1901-ci ildə təqdim olunmuşdur. Mükafat 6 sahə üzrə verilir - kimya, fizika, fiziologiya və tibb, ədəbiyyat, iqtisadiyyat və Nobel Sülh mükafatı. Bu beynəlxalq mükafat İsveç və Norveç komitələri tərəfindən hər il təqdim olunur.
Kral Faysal
Ərəb dünyasının nüfuzlu elmi mükafatıdır. Kral Faysal Fondu bu mükafatları 1976-cı ildən İslam dünyasına və islama xidmət edən şəxslərə, həmçinin riyaziyyat, kimya, fizika, biologiya kimi elm sahələrində mühüm nailiyyətlər əldə edən elm xadimlərinə verir. Dünyanın ən məşhur mükafatlarından biri olan Kral Faysal “Ərəb dünyasının Nobeli” hesab edilir. Mükafata əlyazması ilə sertfikat, 24 əyarlıq xatirə medalı, 200 qram qızıl medalyon və 200 min ABŞ dolları pul daxildir.
Xəbər lenti
Hamısına baxDünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54

