3890 itkinimiz var...
30.08.2023 [12:08]
Beynəlxalq İtkinlər Günüdür
Yeganə BAYRAMOVA
Müharibə... Özü ilə bərabər bəlalar, ölüm-itim, qan-qadalar gətirən münaqişələr. Bir tərəfin öz mövqeyini qarşı tərəfə zorla qəbul etdirilməsi zamanı baş verən bu qanlı toqquşmalar, maddi və mənəvi əziyyətlər, insanların məhv olması ilə müşayiət olunur. Haqlı və haqsız olmasından asılı olmayaraq insan həyatının hədəf alındığı qarşıdurmalar zamanı həmin ölkənin hər bir vətəndaşı xəstəlik, zülm, ölümlə üzbəüz qalır. Bəzən illərlə, onillərlə davam edən müharibələrin dəhşətlərini, ağrı-acısını isə günahsız insanlar yaşayır.
Bu gün dünyada itkin düşmüş, müharibələrdə həlak olmuş, əsir və ya girov götürülmüş minlərlə insan var. 30 avqust Beynəlxalq İtkinlər Günüdür. Həmin gün 2010-cu il dekabrın 21-də BMT-nin Baş Məclisi tərəfindən təsis edilib. İtkin düşmək əsasən terror, siyasi müharibələr və ya diktatura rejimlərində insanların zorla qaçırılmasıdır.
Bu günün qeyd edilməsi hüquqları pozulmuş itkinlərin taleyi haqqında ictimaiyyətin maarifləndirilməsi məqsədi daşıyır. Beynəlxalq İtkinlər Günündə bir sıra beynəlxalq və qeyri-hökumət təşkilatları hər kəsin diqqətini itkinlərin taleyinə cəlb etmək üçün müxtəlif tədbirlər keçirirlər. Beynəlxalq hüquqa müvafiq olaraq hərbi əsirlər onları əsir götürən hər hansı hərbi hissənin, yaxud da konkret hansısa xüsusi şəxslərin nəzarəti altında deyil, birbaşa düşmən dövlətin himayəsi altında olmalıdır. Onlar heç bir halda hərbi hissələrdə saxlanıla bilməz.
Azərbaycan dünyada itkin düşmüşlərlə bağlı ən ağrılı problemlərlə üzləşən ölkələrdəndir. Birinci Qarabağ müharibəsi zamanı Ermənistanın təcavüzü və işğalçılıq siyasəti nəticəsində itkin düşmüş minlərlə azərbaycanlının taleyindən bu günə qədər də xəbər yoxdur. Məlumatlar göstərir ki, bu siyahıda olan insanların əksəriyyəti erməni əsirliyində ya işgəncə, ya da xəstəlikdən həlak olub. Bu günə qədər siyahıda olanların bəzilərinin Ermənistanda və işğal olunan ərazilərdə ağır fiziki işlərdə qul kimi istifadə olunduğu haqqında faktlar mövcuddur.
Hələ də ümid edirlər...
İtkin düşənlərin ailələri daim böyük həsrət və iztirab içərisində öz əzizlərinin taleyi barədə məlumat almaq istəyirlər. Lakin erməni siyasəti müharibə qanunlarını, beynəlxalq hüququ tanımadı, barbarcasına hərəkət edərək bu insanların da taleyinə aydınlıq gətirmədilər.
Erməni vandalizminin qurbanı olmuş vətəndaşlarımızla bağlı həqiqətlərin üzə çıxması həm də minlərlə gözüyaşlı ata-ananın, bacı-qardaşın, oğul-qızın təskinlik tapması, gözlərinin yollardan çəkilməsi demək olardı. Vaxt keçsə də doğmalarının yolunu gözləyən minlərlə ailə hələ də ümidlərini üzməyib. Sözsüz ki, hər bir itkin düşmüş şəxsin taleyi faciədir. İtkin düşmüşlərlə yanaşı, onların ailələri və yaxınları da bir faciə yaşayırlar. Hələ də ömürboyu itkin sevdiyini gözləyərək saçları ağaran qızlar, əsirlikdə olan atasının həsrəti ilə böyüyüb bu gün özü ata olan, amma gözləri yollardan çəkilməyən övladlar var...
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının son məlumatına görə, Birinci Qarabağ müharibəsində 3890 nəfər Azərbaycan vətəndaşı itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. Onlardan 3171 nəfəri hərbçi, 719 nəfəri mülki şəxsdir. Mülki şəxslər içərisindən 71 nəfəri yetkinlik yaşına çatmamış uşaq, 267 nəfəri qadın, 326 nəfəri yaşlı insanlar olub.
İtkin düşmüş şəxslərin ümumi sayından 872 nəfər, o cümlədən 29 uşaq, 98 qadın və 112 qoca əsir-girov götürülmüş və ya işğal edilmiş ərazilərdə qalmışdı. Sonradan azad olunmuş əsir və girovlar həmin şəxsləri sağ gördüklərini təsdiq ediblər.
36 uşaq və 65 qadından xəbər yoxdur
Ermənistanın əsirliyindən azad edilmiş hərbçilərin və hadisə şahidi olmuş mülki vətəndaşların ifadələrinə və sübutlara baxmayaraq, Ermənistan bu şəxslərin əsir-girov götürülməsi və saxlanması faktını inkar edir. Beynəlxalq humanitar hüquq normalarının Ermənistan tərəfindən pozulmasının ən qabarıq nümunəsi Xocalı soyqırımıdır. 1992-ci il fevralın 26-da Xocalı şəhəri Ermənistan tərəfindən tam mühasirəyə alınaraq yerlə-yeksan edilib, dinc əhali pusquya salınaraq onlara divan tutulub. 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın, 70 qoca vəhşicəsinə öldürülüb. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki, 130 uşaq valideynlərindən birini itirib. Aralarında 76 uşağın olduğu 487 nəfər yaralanıb. Xocalı soyqırımı zamanı yüzlərlə azərbaycanlı əsir və girov götürülüb. Onlardan 196 nəfərin, o cümlədən 36 nəfər uşaq, 65 nəfər qadının taleyi naməlum olaraq qalmaqdadır.
Erməni quldurları hətta beynəlxalq qurumlardan da çəkinməyiblər. Məsələn, Beynəlxalq Qırmızı Xaç Komitəsində (BQXK) əsir və girov kimi qeydiyyatda olan soydaşlarımız belə sonradan ya öldürülüb, ya da yoxa çıxarılıb. 1998-ci və 2001-ci illərdə Azərbaycana verilən rəsmi məlumatlara əsasən, hərbi əməliyyatların gedişində Ermənistan tərəfindən əsir-girov götürülmüş 54 Azərbaycan vətəndaşına Ermənistanda və keçmiş işğal edilmiş ərazilərimizdə BQXK tərəfindən saxlanma yerlərində baş çəkilib. Onlar BQXK-nin rəsmi qeydiyyatında olublar. Ancaq Ermənistan həmin 54 nəfərdən 17-sini qətlə yetirib. Digər 37 nəfərin taleyi isə bu günə qədər məlum deyil.
6 hərbçimizin taleyi məlum deyil
İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra Azərbaycanın aidiyyəti qurumları tərəfindən təqdim edilmiş siyahıya əsasən, 300-ə yaxın Azərbaycan hərbçisi itkin düşmüş hesab edilirdi. Üçtərəfli Bəyanata uyğun olaraq Rusiya sülhməramlı kontingentinin və BQXK-nın yaxından iştirakı ilə həyata keçirilmiş təxirəsalınmaz axtarış tədbirləri nəticəsində itkin düşmüş hərbi qulluqçularımızın əksəriyyətinin nəşi işğaldan azad edilmiş ərazilərimizdən götürülüb və eyniləşdirilərək ailələrinə təhvil verilib. Ancaq təəssüf ki, Vətən müharibəsində iştirak etmiş 6 hərbçimizin axtarışı ilə bağlı zəruri tədbirlərin keçirilməsinə baxmayaraq, onların sonrakı taleyinin müəyyən edilməsi mümkün olmayıb. Onlar Vətən müharibəsində itkin düşmüş şəxs kimi Dövlət Komissiyasında qeydiyyata alınıb və taleləri bu vaxtadək məlum deyil.
2021-ci ilin fevral - 2022-ci ilin aprel ayına qədər işğaldan azad edilmiş Şuşa rayonu, Daşaltı kəndi, Xocavənd rayonu, Edilli kəndi, Xocalı rayonunun Fərrux və Daşbaşı kəndləri ərazisində kütləvi məzarlıqlarda ekshumasiya aparılıb. Həmçinin işğaldan azad edilmiş Ağdam, Şuşa, Göygöl, Tərtər, Füzuli, Kəlbəcər və Zəngilan rayonları ərazilərində tikinti-quruculuq işləri aparılarkən 82 şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları müəyyən edilərək götürülüb.
30 il sonra dəfn olundular...
Xatırladaq ki, Şuşanın Daşaltı kəndində ermənilərin qətlə yetirdiyi və kütləvi məzarlıqda basdırdığı 15 nəfərə aid meyit qalıqları aşkar olunmuşdu. Həmin şəxslərdən ikisinin, Birinci Qarabağ müharibəsində itkin düşmüş Mikayılov Baba Balakişi oğlu və Hüseynov Gülverdi Ağahüseyn oğlunun qalıqları 30 il sonra dəfn edilib. Onların hər ikisi 1992-ci ildə Şuşa rayonun Daşaltı kəndində gedən döyüşlərdə itkin düşmüşdü.
Qeyd edək ki, bir qədər əvvəl Daşaltıda kütləvi məzarlıqlarda tapılan qalıqlar üzərində aparılan tədqiqatlar nəticəsində 15 nəfər itkin düşmüş şəxsin aqibətinə aydınlıq gətirilib. Onların 11 nəfəri hərbçi, 4 nəfəri mülki şəxsdir.
İndiyədək onlardan ikisi dəfn olunub. 15 nəfərdən 7-si Daşaltı kəndində, 4 nəfəri Kəlbəcər, 4-ü Füzuli rayonunda itkin düşənlərdir.
Beynəlxalq siyasət
1993-cü ildə Əsir və itkin düşmüş girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası yaradılıb. Dövlət Komissiyası yarandığı vaxtdan etibarən Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq humanitar hüquq normalarına uyğun olaraq Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) ilə sıx əməkdaşlıq edir.
Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasında “İtkin düşmüş şəxslər” ilə bağlı iki ildən bir qətnamə qəbul edilir. Ölkəmiz eyni zamanda BMT-nin Qadınların Statusu üzrə Komissiyasında qəbul edilən “Silahlı münaqişələr zamanı girov götürülmüş qadınlar və uşaqların azad edilməsi haqqında” adlı qətnamənin əsas təşəbbüskarıdır.
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü zamanı bir çox beynəlxalq hüquq normaları, o cümlədən beynəlxalq humanitar hüququn tələbləri kobud şəkildə pozulub. Müharibə qaydalarına zidd olaraq mülki əhali qorunmayıb, əksinə, onlar girov götürülüb və bir çox hallarda öldürülüb. Çox vaxt əsir və girovlara ağlasığmaz işgəncələr verildikdən sonra onlar öldürülüb və işgəncələrin izlərinin itirilməsi məqsədilə meyitləri belə Azərbaycan tərəfinə təqdim edilməyib.
Hazırkı şəraitdə itkinlərin taleyinin müəyyən edilməsinə mane olan əsas faktlar isə Ermənistanın dəfn yerləri barədə məlumatları təqdim etməməsi və işğaldan azad edilmiş ərazilərdə çoxsaylı minaların olmasıdır. Yüksəksəviyyəli görüşlərdə və müxtəlif platformalarda dəfələrlə qaldırılmasına və müzakirə edilməsinə baxmayaraq, Ermənistan tərəfi Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərə aid məzar yerləri barədə məlumatları təqdim etmir.
Əsir və girov götürülən şəxslərin əksəriyyətinin Ermənistanın birbaşa nəzarəti altında insan alverinin qurbanına çevrildiyi, onların bəzilərinin bədən orqanlarının transplantasiya edilərək satıldığı, şəxsiyyətləri və ləyaqətlərinin alçaldıldığı artıq sübuta yetirilib. Təəssüf ki, müharibələrin acı nəticələrindən insanlarımızı qorumalı olan beynəlxalq humanitar hüquq hamımıza, bütün dünya dövlətlərinə, səlahiyyətli beynəlxalq təşkilatlara məxsus olsa da, bu insanlığa yaraşmayan praktikaya qəsdən göz yumur və reaksiya vermir...
Xəbər lenti
Hamısına baxSosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27

