Günün tələbindən yaranan televiziya
29.08.2023 [10:58]
2005-ci ilin 29 avqust tarixi Azərbaycanın televiziya məkanında yeni bir səhifənin başlandığı - İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTRYŞ) açılış mərasiminin keçirildiyi gündür.
Şirkət “İctimai televiziya və radio yayımı haqqında “Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 5 noyabr 2004-cü il tarixli Fərmanına əsasən yaradılıb. Həmin Fərmana əsasən, Azərbaycan dövlət televiziyasının 2-ci kanalı və Azərbaycan dövlət radiosunun 1-ci kanalı bütün əmlakı və avadanlığı ilə birlikdə İctimai Televiziya və Radio Yayımının Yayım Şurasına İctimai Televiziya və Radio Yayımları Şirkətinin yaradılması üçün verilib.
İctimai Televiziyanın yaranması günün tələbi idi. Buna görə də 2004-cü il sentyabrın 11-də “İctimai Televiziya və Radio Yayımı haqqında” Azərbaycan Respublikası qanununun qəbul edilməsilə şəffaflıq, qərəzsizlik və ictimai maraq prinsiplərini önə çəkən İctimai Teleradionun yaradılmasına start verildi. Qanun İctimai TV-nin müstəqil, tərəfsiz, qərəzsiz və doğru-dürüst informasiya çatdırmasını, plüralizmi, dözümlülük, rəngarənglik və başqalarından fərqlənmək prinsiplərini əsas götürür. İctimai Televiziya daxil olduğu teleməkanda rəqabət apararkən uğur üçün keyfiyyəti qurban verməməli, dini və milli tolerantlığı təbliğ etməli, etnik mədəniyyətlərə hörmət hissləri aşılamalı, informasiyalı cəmiyyətin qurucusu olmalı idi. 2005-ci il 29 avqust tarixində İTRYŞ-nın açılış mərasimi gerçəkləşdi. İTV qoyulan tələblərə əməl prinsipi ilə işə başladı.
Artıq bir neçə ildir ki, izləyicilərin qarşısına daim yeniliklərlə çıxan telekanalın gördüyü işlər media ekspertləri tərəfindən də yüksək qiymətləndirilməkdədir.
Professor Qulu Məhərrəmli “Yeni Azərbaycan” qəzetinə açıqlamasında bildirib ki, İctimai televiziya bizim televiziya məkanının rənglərindən biridir: “Onun müəyyən bir auditoriyası, sevənləri, yayımlanan verilişləri maraqla izləyən tamaşaçıları var. Bu mənada, İTV son illərdə bizim jurnalistikamızı, televiziya mədəniyyətimizi bu və ya başqa formada tamamlayan, onu inkişaf etdirən platformalardan biridir. Yarandığı gündən indiyə qədər İTV-ə münasibət heç vaxt birmənalı olmayıb. Hətta təxminən, 5-6 il bundan öncə İTV-nin AzTV-nin əlavəsinə çevrildiyi biabırçı vaxtlar da olub. Amma indi, Balaş Qasımov sədr seçildikdən sonra İctimai televiziyada müəyyən canlanma gedir ki, bunları ədalət naminə qeyd etməliyik”.
Professor İTV-də yayımlanan proqramlardan da söz açıb: “Birinci növbədə ictimai müzakirə proqramları say etibarı ilə artıb. “Yekun”, “Sabahın xeyir, Azərbaycan”, “Dikdaban”, “Sabaha saxlamayaq” kimi verilişlərdə ən müxtəlif mövzular müzakirə olunur. Canlı müzakirələrin sayı artıb. Verilişlərdə müxtəlif fikirlər səsləndirilir. Vaxtilə televiziyanın həndəvərinə buraxılmayan adamlar bu televiziyanın ekranından çıxış edirlər, fikirlərini deyirlər və hətta aparıcıya çevrilirlər. Məsələn, Eldar Namazovun orada veriliş aparmağı çox müsbət hadisədir. Biz İTV-dən danışarkən onun maraqlı layihələri haqqında da deməliyik. Bu layihələrdən biri haqqında yazmışam da. Müsəllim Həsənovun apardığı XX əsr - sözün həqiqi mənasında, bəlli standartlara cavab verən bir proqramdır. Aparıcısı, rejissor işi... Televiziya bu proqramda özünü gözəl ifadə edir. Diqqət yetirdikdə görünən odur ki, televiziya bu veriliş üçün heç nəyini əsirgəmir. Yəni bütün televiziyaların bir brend verilişi olur, bax, adını çəkdiyim bu veriliş XX əsr Azərbaycan tarixini araşdıran ən gözəl ekran əsəridir. Bunu birmənalı demək olar. Yaxud “3D” proqramı. Birmənalı qarşılanmaya bilər, lakin fakt odur ki, bizim televiziya məkanında dərhal diqqəti cəlb etdi və xeyli tamaşaçı auditoriyası toplaya bildi”.
İctimai radionun fəaliyyətindən danışan professor bu radioda ana dilimizin normalarına riayət olunduğunu xüsusi vurğulayıb: “İkinci bir tərəfdən, radiosu da sükunət halından çıxa bildi. İndi orada çox maraqlı verilişlər gedir. Hesab edirəm ki, ana dilimiz ən yaxşı orada təbliğ olunur. Bununla yanaşı, Fatehin verilişləri sevilir və baxılır. Yəni hiss olunur ki, bu gün İctimai TV-də bir intellektual qat var ki, o, tədricən televiziyaya müəyyən yön verə bilir. Bütün bunları deməmək olmaz”.
Əlbəttə ki, tamaşaçıların istədikləri başqa fərqli layihələr də ola bilər. Ümumiyyətlə, İTV plüralizmin daha çox təbliği, cəmiyyəti tamamilə ifadə edə bilmək üçün yaradılıb: “İdarəçiliyində mühüm rol oynayan Yayım şurası ondan ibarətdir ki, orada cəmiyyətin müxtəlif təbəqələri təmsil olunsun və o, həm mövzu gətirsin, həm də televiziyadakı fikir rəngarəngliyini təmin etsin. Ona görə ki, İTV cəmiyyətin televiziyasıdır, cəmiyyət üçün bir tribuna, cəmiyyətdə sosial harmoniya yaradan bir media qurumu olmalıdır. Buna görə İTV-dən tamaşaçıların da istəkləri, gözləntiləri çoxdur”.
İctimai televiziyada çalışanların peşəkarlığından danışan Q.Məhərrəmli onun peşəkar, yaradıcı komandasının olduğunu xüsusi vurğuladı: “Düşünürəm ki, İctimai televiziyanın çox peşəkar, yaradıcı komandası var. Sadəcə, mən arzulayardım ki, onların azadlıqları bir az çox olsun. Çünki indi bəzi məmurlar hesab edirlər ki, müəyyən sədlər qoymaq lazımdır, medianın qarşısını buraya qədər kəsmək lazımdır... Amma bunlar indiki, alternativ media qurumlarının, alternativ kommunikasiyaların olduğu şəraitdə yanlış yanaşmadır. Ona görə biz İTV-ni sözün həqiqi mənasında cəmiyyətin televiziyasına çevirməklə bir çox problemləri, o cümlədən cəmiyyətdə bizi narahat edən problemləri orada göstərməklə, həmin məsələlər haqqında danışmaqla onların həllinə nail olmaq imkanlarımızı artıra bilirik. Yaxşı sənədli filmlər çəkilir. Məsələn, Şuşanın alınması ilə bağlı sənədli film çox xoşuma gəldi. Çox gözəl işləmişdilər. Ümumiyyətlə, peşəkar səviyyə yaxşıdır”.
Telekanalın hazırda yüksəliş dövrünü yaşadığını deyən professor kollektivi təbrik edib, onlara uğurlar arzu edib: “Bu addımların atılması təqdirəlayiqdir. Hesab edirəm ki, İTV indi yüksəliş dövrünü yaşayır. Bir az azadlığını artırmaq, bir az peşəkarlığını artırmaq, bir az cəmiyyəti daha dolğun ifadə etmək və plüralizmi çoxaltmaqla bu televiziyanı biz ən yaxşı telekanallardan birinə çevirə bilərik. Yeganə kanaldır ki, ayrıca qanunla tənzimlənir. Ona görə də İTV-dən gözləntilərimiz çoxdur. Kollektivini təbrik edir, uğurlar arzulayıram!”
Xatırladaq ki, İTV 2022-ci il yanvarın 28-dən “Azerspace-1” peykində HD yayım formatına keçib. Şirkət 24 saat ərzində Azərbaycan Respublikasının bütün ərazisində yayımlanır. Həftəlik yayımın ümumi həcmi 168 saat (100%) təşkil edir. Ümumi efir vaxtının 65 faizini ölkədə istehsal olunan proqramlar, 30 faizini xaricdə istehsal olunan proqramlar, 5 faizini şəxsi istehsal proqramları təşkil edir.
Günel ABBAS
Xəbər lenti
Hamısına baxSosial
19 Sentyabr 19:17
Dünya
19 Sentyabr 18:22
Dünya
19 Sentyabr 17:38
Sosial
19 Sentyabr 16:35
Hadisə
19 Sentyabr 15:30
Gündəm
19 Sentyabr 14:46
Sosial
19 Sentyabr 14:43
Sosial
19 Sentyabr 14:35
Gündəm
19 Sentyabr 13:19
Dünya
19 Sentyabr 12:23
Gündəm
19 Sentyabr 11:05
Siyasət
19 Sentyabr 11:00
İqtisadiyyat
19 Sentyabr 10:59
Gündəm
19 Sentyabr 10:40
Siyasət
19 Sentyabr 10:25
Gündəm
19 Sentyabr 10:23
İqtisadiyyat
19 Sentyabr 09:41
Analitik
19 Sentyabr 09:14
Ədəbiyyat
19 Sentyabr 08:57
Ədəbiyyat
19 Sentyabr 08:31
Gündəm
19 Sentyabr 08:16
Dünya
18 Sentyabr 23:46
Dünya
18 Sentyabr 23:21
Dünya
18 Sentyabr 22:49
Dünya
18 Sentyabr 22:17
Dünya
18 Sentyabr 21:53
Dünya
18 Sentyabr 21:25
Dünya
18 Sentyabr 20:43
Dünya
18 Sentyabr 20:18
Dünya
18 Sentyabr 19:59
Dünya
18 Sentyabr 19:20
YAP xəbərləri
18 Sentyabr 19:07
YAP xəbərləri
18 Sentyabr 19:03
YAP xəbərləri
18 Sentyabr 19:00
Dünya
18 Sentyabr 18:25
Analitik
18 Sentyabr 18:15
Siyasət
18 Sentyabr 18:03
Dünya
18 Sentyabr 17:45
Dünya
18 Sentyabr 17:19
YAP xəbərləri
18 Sentyabr 16:30
YAP xəbərləri
18 Sentyabr 16:23
Dünya
18 Sentyabr 16:23
Elanlar
18 Sentyabr 16:21
Din
18 Sentyabr 16:12
Dünya
18 Sentyabr 16:04
Dünya
18 Sentyabr 15:52
Dünya
18 Sentyabr 15:48
Mədəniyyət
18 Sentyabr 15:47
Elm
18 Sentyabr 15:40
İqtisadiyyat
18 Sentyabr 15:32
Dünya
18 Sentyabr 15:31
YAP xəbərləri
18 Sentyabr 14:56
YAP xəbərləri
18 Sentyabr 14:54
Dünya
18 Sentyabr 14:50
Sosial
18 Sentyabr 14:50
Siyasət
18 Sentyabr 14:28
Dünya
18 Sentyabr 14:27
İqtisadiyyat
18 Sentyabr 13:55
Dünya
18 Sentyabr 13:42
Dünya
18 Sentyabr 13:19
YAP xəbərləri
18 Sentyabr 13:07
Dünya
18 Sentyabr 12:50
Gündəm
18 Sentyabr 12:35
Dünya
18 Sentyabr 12:21
Formula 1
18 Sentyabr 12:12
Hadisə
18 Sentyabr 12:12
Elm
18 Sentyabr 12:11
Mədəniyyət
18 Sentyabr 12:10
İdman
18 Sentyabr 12:10
Sosial
18 Sentyabr 11:55

