Kimi öldü, kimi qaldı...
26.08.2023 [11:45]
Şahanə
Siyasi sui-qəsd bir və ya daha çox insanın məqsədli və planlı şəkildə öldürülməsi deməkdir. Öldürülən və ya öldürülməsi istənilən şəxs ümumiyyətlə, dövlətə məxsus və ya strateji əhəmiyyətli şəxsdir. Bunlardan ən başlıcası da ölkə başçılarıdır.
Prezidentlərin həyatlarının mühafizəsi hər zaman hüquq-mühafizə orqanları üçün prioritet məsələ olub. İndiyə qədər onlarla ölkə başçısına sui-qəsd təşkil edilib. Bəzən bu istiqamətdə uğur əldə olunub, bəzən isə sadəcə uğursuz cəhd kimi başa çatıb.
Dünya tarixinə nəzər yetirən zaman məlum olur ki, prezidentləri ən çox sui-qəsd qurbanı olan ölkə Amerika Birləşmiş Ştatlarıdır. Amerikada ilk dəfə sui-qəsdin hədəfi prezident Endryu Cekson olub. Hadisə 1835-ci il yanvarın 30-da Kapitoli binasının yaxınlığında baş verib. Naməlum şəxs atəş açmaq üçün prezidentə yaxınlaşan zaman hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən dərhal saxlanılıb. O, ifadəsi zamanı prezidenti məhz işsiz qaldığı üçün öldürmək istədiyini bildirib.
1865-ci il aprelin 12-də ildə prezident Avraam Linkoln teatrda "Bizim Amerikalı əmioğlumuz" tamaşasına baxarkən həmin teatrın aktyoru Con Uilks But tərəfindən qətlə yetirilib. Həmin gecə onunla birlikdə köməkçisi və xarici işlər naziri də sui-qəsdə uğrayıb, ancaq möcüzə nəticəsində xilas olublar.
ABŞ-ın 35-ci prezidenti Con Kennediyə 22 noyabr 1963-cü ildə sui-qəsd təşkil edilib. Dallas şəhərinə səfər edən zamanı günorta saat 12:30-da snayper tüfəngindən iki dəfə atəş açılır. Birinci güllə prezidentin boynuna, ikincisi isə başına dəyir. Həkimlər 25 dəqiqə ərzində xəstəxanaya çatdırılan Kennedinin həyatını xilas etməyə çalışıblar. Lakin saat 1-də rəsmi olaraq onun ölüm xəbəri elan edilir. Bütün hadisəni Abraham Zapruder adlı Dallas sakini kameraya çəkmişdi. Sui-qəsdlə bağlı Amerika ordusunun keçmiş kəşfiyyatçısı Li Harvey Osvald həbs olundu və Dallas polis idarəsinin qarşısında Cek Rubi tərəfindən öldürüldü.
13 Aprel 1993-cü ildə Küveytdə çıxış edən Amerika prezidenti Corc Buş (ata Buş) Səddam Hüseynin tərəfdarları olduqlarını iddia edən bir qrup terrorçunun bombalı sui-qəsd cəhdinə hədəf olub. Küveyt polisi təcavüzə son anda mane ola bilir.
Sui-qəsd cəhdi oğul Corc Buşun da həyatından yan keçmir. Oğul Corc Buş ABŞ prezidentliyi dövründə 2 dəfə sui-qəsd cəhdinə hədəf olub. İlk hadisə 2001-ci fevralın 7-də Ağ Evin qarşısında baş verib. Robert Piket adlı ruhi xəstə Ağ Evə yaxınlaşaraq atəş açmış, lakin məqsədinə nail ola bilməmişdi.
“30 canlı”
Bill Klionton Amerikanın 42-ci prezidentidir. Ona qarşı 30 sui-qəsd hazırlanıb və nəticədə 95 nəfər həbs edilib. Yaxalanan cinayətkarların hamısı psixi cəhətdən xəstə şəxslər olublar. Sui-qəsdlərin hamısı 1993-1995-ci illər arasında olub.
Sui-qəsd sayına görə “Ginnesə” düşdü
Kubanın keçmiş lideri Fidel Kastro həyatına hazırlanan sui-qəsdlərin sayına görə Ginnesin rekordlar kitabına daxil olub. Kastroya 638 sui-qəsd hazırlanıb və bunların heç birində uğur əldə edilməyib.
Xəbər lenti
Hamısına baxGündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42

