Uğurla inkişaf edən iki dost ölkə
25.08.2023 [10:29]
Mübariz ABDULLAYEV
Azərbaycan və Özbəkistan yerləşdikləri coğrafiyaların - Cənubi Qafqazın və Mərkəzi Asiyanın önəmli dövlətləridirlər. Hər iki dövlət yüksək inkişaf dinamikasına malikdir və burada liderlərin müəyyənləşdirdikləri strateji kursun önəmini xüsusi qeyd edə bilərik. Prezident İlham Əliyev son 20 ildə islahatlar yolu ilə Azərbaycanı dünyada ən dinamik iqtisadi inkişaf templərinə malik olan ölkələrdən biri səviyyəsinə yüksəldib. Qısa müddətdə respublikanın iqtisadi müstəqilliyi tam şəkildə təmin olunub. Bu gün iqtisadi potensialı baxımından Cənubi Qafqazın lider dövləti olan Azərbaycan hədəflədiyi starteji məqsədlərə doğru inamlı addımlar atır. Ölkə Vətən müharibəsində öz gücünə ərazi bütövlüyünü təmin etməyə nail oldu. Eyni zamanda, müharibə başa çatandan dərhal sonra iğaldan azad edilmiş ərazilərdə böyük investisiya tutumuna malik irimiqyaslı layihələrin və “Böyük qayıdış” proqramının icrasına start verilib. Bunları yalnız Azərbaycan kimi güclü və iradəli dövlət edə bilər. Güclü iqtisadi potensial zəminində həmçinin ölkənin siyasi müstəqilliyi tam təmin olunub. Bu gün dünyada respublikamızla diktant dili ilə danışacaq hansa bir güc mərkəzi yoxdur. Prezident İlham Əliyev ölkənin, xalqımızın milli maraqlarını qətiyyətlə qoruyur, respublikamıza aid bütün qərarlar məhz Bakıda, dövlətimizin başçısı tərəfindən verilir.
Oxşar fikirləri Özbəkistan barəsində də ifadə etmək mümkündür. Son illərdə bu ölkədən inkişafla, xüsusilə də müasir sənaye inkişafı, müdafiə imkanlarının genişlənməsi ilə bağlı xoş xəbərlər gəlir. Ölkədə innovasiyaların, müasir yanaşmaların tətbiqinə geniş meydan verildiyinin şahidi oluruq. Eyni zamanda, Özbəkistan beynəlxalq platformalarda qətiyyətli mövqe sərgiləyir. Ölkənin regional və qlobal əməkdaşlıqda rolu getdikcə artır. Bu kimi məqamlara diqqət çəkən Prezident İlham Əliyev dost ölkənin inamlı inkişaf yoluna çıxmasında Şavkat Mirziyoyevin liderliyinin əvəzolunmaz rol oynadığına xüsusi diqqət çəkib. Özbəkistanla bağlı xoş təəssüratlarını bölüşən dövlətimizin başçısı deyib: “Qardaş Özbəkistan xalqı Sizə bir daha böyük etimad göstərib, Özbəkistanın inkişafında Sizin səylərinizə yenə layiqincə qiymət verib. Qardaş ölkə Sizin rəhbərliyiniz altında quruculuq yolu ilə uğurla irəliləyir. Mən Sizin rəhbərliyiniz altında Özbəkistanda ölkənin inkişafı, onun potensialının möhkəmlənməsi, müdafiə qabiliyyətinin güclənməsi, həmçinin beynəlxalq məsələlərdə nüfuzunun artması üçün həyata keçirilən böyük dəyişiklikləri dəfələrlə şəxsən görmək imkanına malik oldum”.
Dost Özbəkistanın dövlət başçısının Azərbaycana səfərinin gündəliyi kifayət qədər zəngindir. Səfər çərçivəsində Prezident İlham Əliyevin Prezident Şavkat Mirziyoyev ilə təkbətək görüşü olub. Dövlət başçıları, həmçinin geniş tərkibdə görüş keçiriblər. Ali səviyyədə aparılan müzakirələr aktual məsələlərin geniş spektrini əhatə edib. İstər təkbətək, istərsə də nümayəndə heyətlərinin üzvlərinin iştirakı ilə baş tutan görüşlər çərçivəsində qarşılıqlı münasibətlərin, xüsusilə də iqtisadi sahədə əməkdaşlığın möhkəmlənməsi istiqamətində bütün nailiyyətlər ətraflı təhlil edilib. Müzakirələrdə birgə iqtisadi fəaliyyətin, bu sahədə müştərək əməkdaşlığın inkişafının zəruriliyinin vurğulanması təsadüfi deyil.
Ekspertlərin də bildirdikləri kimi, son illərdə iki ölkə arasında bərqərar olan siyasi dialoqun yüksək səviyyəsinə adekvat şəkildə ikitərəfli iqtisadi əlaqələrin də əhatə dairəsi genişlənib. Milli Məclisin deputatı Vüqar Bayramovun “Yeni Azərbaycan”a verdiyi məlumata əsasən, ötən 5 ildə tərəflər arasında ticarət dövriyyəsi 4.2 dəfə artaraq 2022-ci ildə 183.3 milyon dollara çatıb. Ölkələr arasındakı ticarət dövriyyəsi son 5 ildə hər il əvvəlki ilə nisbətən artıb. Belə ki, 2018-ci ildə 43.9 milyon dollar olan ticarət dövriyyəsi 2019-cu ildə 81.9, 2020-ci ildə 82.3 və 2021-ci ildə 111.9 milyon dollaradək yüksəlib. Bu da tərəflər arasındakı strateji münasibətlərin inkişaf səviyyəsini göstərən əsas meyarlardan hesab olunur. Türk Dövlətləri Təşkilatının (TDT) üzvləri olaraq tərəflər həm qeyri-enerji, həm enerji sahəsində yeni starteji əməkdaşlıq potensialına malikdirlər.
Vüqar Bayramov bildirib ki, Azərbaycan Özbəkistan ilə eyni zamanda, iqtisadiyyatın fərqli sahələrində əməkdaşlıq edir. “Nəqliyyat, logistika, kənd təsərrüfatı ilə yanaşı birgə sərmayə qoyluşları da prioritetləşməkdədir. Hər iki ölkə müxtəlif beynəlxalq qurumlarda, o cümlədən Türk Dövlətləri Təşkilatında sıx və məhsuldar əməkdaşlıq formalaşıdırıb”, - deyə Milli Məclisin deputatı vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59

