Niderlandda evimizin pencərəsindən Azərbaycan bayrağını asmışıq
24.08.2023 [15:59]
MÜŞFİQƏ
Xaricdə yaşayan azərbaycanlıların ürəyi hər zaman Vətənlə döyünür. Ölkəmiz üçün faydalı işlər görməkdə davam edir, haqq səsimizi dünyaya çatdırmağa çalışırlar. Onlardan biri də Tahirə Məhərrəmovadır. O, 2001-ci ildə tibb üzrə magistr təhsil almaq üçün Niderlanda üz tutur. Həyat göründüyü qədər də asan başlamır Tahirə xanım üçün. Əvvəlcə, yeni dil öyrənmək şərtləri onun həyatını çətinləşdirir, sonra isə valideyn həsrəti... Qəribçilikdə ona dəstək isə qan qardaşımız türklər olur. 3 il Vətənə qayıda bilmir, arzularını həyata keçirmək üçün gecə-gündüz çalışır. Bir il sonra ömür gün yoldaşı Yəhya Kamal Sönməz ilə tanış olur. Niderlandda toy edib, el adəti ilə gəlin köçür. Bu sevgidən 2004-cü ildə oğlu, 2008-ci ildə isə qızı dünyaya gəlir.
Qeyd edək ki, Yəhya Kamal bəy də əslən azərbaycanlıdır. Iğdır azərbaycanlılarındandır. Artıq çalışmaq eşqi Tahirə xanımda baş qaldırır və öz biznesini qurmaq qərarına gəlir: “Bir düşünün, yad bir məmləkətdə öz biznesini qurmaq necə çətin məsələdir. Mən tibb işçisi olmaqla yanaşı, insanların gözəlliyinə gözəllik qatmağı da çox sevirdim. Bu sevgini peşəyə çevirdim. 2004-cü ildə Niderlandda öz gözəllik salonumu açdım. Yoldaşım hər zaman mənə dəstəkçidir”. İş dünyasına yoldaşımla birgə atıldıq. Həm həyat yoldaşı, həm ana, həm də iş qadını olmağı seçdim”.
Tahirə xanım deyir ki, orada iş qurmaq o qədər də çətin deyil. Zaman belə puldur. İş qurmaq üçün nə az, nə çox 21 faiz vergi ödəməlisən.
Əsl azərbaycanlı övladlar böyüdürəm...
Tahirə xanımın sözlərinə görə, övladlarının hər ikisi də sərbəst Azərbaycan və türk dillərində danışır və yazır: “Ana dili çox önəmlidir. Mən də, həyat yoldaşım da milliyətçiyik. Bizim evdə ancaq öz dilmizdə danışılır (Red: Bu əsnada həyat yoldaşı Kamal bəy söhbətə qoşulur. Deyir ki, qapıdan içəri daxil olan kimi evdə hər kəs ana dilində danışır). Oğlum kolleci yüksək nəticələrlə bitirdiyi üçün Amsterdamda Tibb Universitetinin 3-cü kursuna birbaşa qəbul oldu.
Hollandiyada qaydalara görə, məzun olan tələbənin evinin pencərəsindən bayrağı asılır. Biz də evimizin pəncərəsindən şanlı Azərbaycan bayrağını asdıq. Qürurverici anlar idi. Qızımın isə 15 yaşı var. Hazırda 10-cu sinifdə oxuyur. Əlaçıdır”.
İstirahət üçün Vətənimizi seçirik
“Uşaqların təhsili ilə bağlı ancaq yaydan yaya Vətənə gələ bilirik. İstirahət üçün bir il Türkiyəyə gediriksə, növbəti il Azərbaycana mütləq baş çəkməliyik. Övladlarımız hər iki ölkənin adətlərinə yaxından bələddirlər. Boya-başa çatdığım Naxçıvana ailəmlə birgə səyahət etdik. Böyüdüyüm şəhəri tariximizi, adətlərimizi övladlarıma göstərdim. Bundan başqa, bu günlərdə Quba, Qusar və Xaçmaz bölgələrində də olduq. Şahdağın füsunkar təbiətinə uşaqlar heyran qaldılar. Həqiqətən Azərbaycan çox inkişaf edib. Hər dəfə gəldikcə bunun bir daha şahidi oluruq. Məndən olsa, ölkəmə köçüb burada yaşıyaram. Övladlarımın təhsili üçün hələ ki, oradayam. Amma həyat yoldaşımla təqaüdə çıxacağımız günü gözləyirik. Təqaüdə çıxan kimi Bakıya köçəcəyik. O vaxta kimi uşaqlar da böyüyb öz həyatlarını quracaqlar. Biz də xəyalımızı gerçəkləşdirmiş olacağıq”, - deyə həmyerlimiz söyləyir.
Hələ də Azərbaycan vətəndaşıyam...
Həmsöhbətim vurğulayır ki, harada oluruqsa, olaq Vətənimizə sahib çıxmalıyıq. Adətlərimizi təbliğ etməli, haqq səsimizi dünyaya çatdırmalıyıq: “Niderlanda gəldikdən sonra 4 aya dil öyrəndim. Hollandiya passportu almaq üçün dil bilməlisən. Amma mən dil öyrənsəm də, Azərbaycan vətəndaşlığından çıxmadım, çıxmaram da... Bayrağımın ayına, ulduzuna qurban olsun hər şey. Burada olduğum illər ərzində çox hollandlarla tanış oldum, onlara milli mətbəximizdən olan yeməkləri təqdim elədim. Novruz bayramında şəkərbura, paxlava bişirib payladım. “Baxın, bu bizim dolmadır, bizim paxlavadır”- deyə bacardığım qədər tanıtdım. 44 günlük Vətən müharibəsində belə buradakı azərbaycanlılar və türk qardaşlarımızla birlik və yumruq olduq. İstər maddi, istərsə də mənəvi dəstəyimizi əsirgəmədik. Gecəmiz gündümüzə qarışmışdı. Gözümüzdən yaş, dilimizdən dua əskik olmurdu. Əlimiz Vətənə çatmasa da, səsimizi dünyaya çatdırırdıq. Şüarlar səsləndirir, plakatlar qaldırırdıq. Vətəndən gələcək qələbə xəbərini gözləyirdik. Qələbə xəbərini alanda bütün Niderland bizim zəfərimizə tamaşa eləmişdi. Həyatımın ən unudulmaz günlərindən biri idi”.
Xəbər lenti
Hamısına baxMaraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22
Dünya
06 İyun 12:45
Gündəm
06 İyun 12:37
Gündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55
YAP xəbərləri
05 İyun 13:49
Siyasət
05 İyun 13:21
Sosial
05 İyun 12:36
Siyasət
05 İyun 12:23
Gündəm
05 İyun 12:11
Elanlar
05 İyun 12:02
Gündəm
05 İyun 11:57
Xəbər lenti
05 İyun 11:44
Gündəm
05 İyun 11:37
İqtisadiyyat
05 İyun 11:34
Gündəm
05 İyun 11:25

