İki Liderin bir mesajı
23.08.2023 [16:36]
Nurlan QƏLƏNDƏRLİ
YAP Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri
Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana dövlət səfəri yerli və beynəlxalq medianın diqqətindədir. Səfərin tarixi, dövlət başçılarının görüşü zamanı müzakirə olunan məsələlər və mühüm sənədlərin imzalanması müxtəlif rakurslardan təhlil edilir.
Bu xüsusda bir neçə məqama xüsusi diqqət yetirmək lazımdır:
- Azərbaycan ilə Özbəkistan arasında strateji tərəfdaşlığın dərinləşdirilməsinə, ikitərəfli və çoxşaxəli münasibətlərin genişləndirilməsinə xidmət edən təmasların baş tutması Cənubi Qafqazda yeni geostrateji reallıqların, Avrasiyada isə yeni beynəlxalq nizamın yaranması ərəfəsində xüsusi önəm daşıyır;
- İki dost, qardaş və tərəfdaş ölkə arasında qarşılıqlı fəaliyyətin bütün istiqamətləri üzrə aydın fikirlərin ifadə edilməsi, strateji yol xəritəsinin müəyyənləşdirilməsi yeni mərhələdə qarşıda duran hədəflərin və ortaq prioritetlərin reallaşdırılmasına etibarlı zəmin yaradır;
- Qarşılıqlı faydalı əməkdaşlığın dərinləşdirilməsi ölkələrimizin qlobal arenada, beynəlxalq təşkilatlar səviyyəsində milli maraqlara dair bütün məsələlərdə bir-birini dəstəkləməsi baxımından vacib və əhəmiyyətlidir;
- Yeni mərhələdə Azərbaycan-Özbəkistan münasibətlərinin genişləndirilməsi Türk dünyasında inteqrasiyanın sürətləndirilməsi üçün faydalıdır. Məlumdur ki, iki ölkə Türk dünyasında mühüm söz və nüfuz sahibidirlər, geniş təsir imkanlarına malikdirlər. Tərəflərin münasibətlərinin inkişafı təkcə iki ölkə deyil, türkdilli ölkələrin mövcud olduğu coğrafiyada geosiyasi və geoiqtisadi təşkilatlanmanın gücləndirilməsi, yeni güc mərkəzinin yaradılması üçün olduqca əhəmiyyətlidir. Xüsusilə də, 44 günlük müharibədə Qələbə qazanan Azərbaycanın geostrateji reallıqlar yaratması - yeni əməkdaşlıq imkanlarının, işbirliyi platformalarının reallaşdırılması Türk dünyasına yönəlik perspektivlərin yaranması deməkdir. Nəqliyyat-kommunikasiya sahəsində layihələrin reallaşdırılması isə bu xüsusda önəmli siyasi və iqtisadi dividendlər vəd edir. Avrasiyada geniş coğrafiyanı əhatə edən, Asiya ilə Avropanı birləşdirən Şərq-Qərb dəhlizinin tərkib hissəsi olacaq Zəngəzur nəqliyyat dəhlizinin gerçəkləşdirilməsi isə regional əməkdaşlıq və beynəlxalq inteqrasiyanı sürətləndirəcək;
- Azərbaycan-Özbəkistan strateji işbirliyi keyfiyyətcə yeni mərhələyə yüksəlir. Xüsusilə də, səfər çərçivəsində 20 sənədin imzalanması energetika, nəqliyyat, qarşılıqlı iqtisadi fəaliyyət, humanitar məsələlər və digər istiqamətlərdə yeni uğurlar qazanılmasına zəmin yaradır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, görüşlər və danışıqlar münasibətlərinin inkişafının gələcəyini müəyyən etdi. Artıq əldə edilən nəticələr bizim düzgün yolda olduğumuzu göstərir.
P.S. Dövlət başçılarının mətbuata bəyanatlarla çıxışı zamanı diqqətəlayiq və maraqlı bir məqamın növbəti dəfə şahidi olduq. Bu, tarixin təkrarı və ya reallığın daha bir təsdiqi idi. Şavkat Mirziyoyev qeyd etdi ki, “İlham Heydər oğlu, Sizə səmimiyyətlə demək istəyirəm, Azərbaycan dilində danışanda mən Sizi çox gözəl başa düşürəm. Mən Zirvə toplantılarında özbək dilində çıxış edəndə İlham Heydər oğlu da mənə deyir: “Mən Sizi tam başa düşürəm”. Beləliklə, bu, çox şey deməkdir, biz bunu bilməli, qiymətləndirməli, sevməli və təbliğ etməliyik”.
Düz 14 ay əvvəl - 22 iyun 2022-ci il tarixində Prezident İlham Əliyev Özbəkistanda dövlət səfərində olarkən maraqlı və önəmli bir fikir söyləmişdi: “Qardaşım Şavkat Miromonoviçin bütün dediklərini mən anladım, tərcüməçiyə ehtiyac qalmadı”. Bu, Azərbaycan Prezidentinin Daşkənddən Türk dünyasına (və dünyaya) xitabən tarixi, mədəni, mənəvi və siyasi məzmuna malik net – çağırış və bəyanat xarakterli mühüm, dəqiq və konkret mesajı idi. Mesajın məzmunu ondan ibarət idi ki, türk dövlətləri bütün məsələlərdə anlaşa, birlikdə hərəkət edə və hədəflərinə nail ola bilirlər. Ona görə də hər hansı tərcüməçiyə (vasitəçiyə) və tərcüməyə (kənar müdaxiləyə, təsirə) lüzum və yer yoxdur. “Tərcüməçiyə ehtiyac yoxdur” fikri türk dövlətləri prizmasından həm günümüzün reallıqlarını, həm də uzaq hədəfləri əks etdirir. Bu, Heydər Əliyevin “bir millət, iki dövlət” kəlamına praktik məzmun verən, bir millətin bir neçə dövlətinin münasibətlərini, ortaq dəyərlərini, siyasi iradəsini, strateji düşüncəsini və gələcəyə baxışını tərənnüm edən mükəmməl ifadədir. Ulu Öndərin məlum deyimi Azərbaycan ilə Türkiyənin könül birliyinin rəmzinə çevrildi. Prezident İlham Əliyevin bəhs olunan fikri isə türk dövlətlərinin həm mədəni, həm də mənəvi-siyasi bağlılığının məğzi, leytmotividir desək, yanılmarıq. Cənab İlham Əliyevin bir ifadəsi təkcə günün, gündəmin sözü deyil, qarşıdakı onilliklərin bəyanatı, Türk Dövlətləri Təşkilatının söz ilə çəkilmiş mənəvi-siyasi yol xəritəsidir.
İki Liderin bir (və birlik) mesajı niyyətimizin bəlli, məramımızın ali, yolumuzun isə açıq olduğunu göstərir. Yola davam!
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35

