Şəbəkə bu dəfə qənimətsiz qaldı...
19.08.2023 [10:30]
BMT TŞ-dakı qələbəmiz ermənipərəst xoru qüssəyə qərq edib
BMT TŞ platformasında növbəti diplomatik qələbəmiz ermənipərəst mərkəzlərlə yanaşı, ölkəmizin milli maraqlarına düşmən kəsilmiş müxalifəti də kədərə bürüyüb. Son bir neçə gündə sosial şəbəkələrdə bunun “hayıfını” çıxmaq üçün əl atmadıqları vasitə qalmayıb - gah Azərbaycanı “andemokratik” addımlarda “günahlandırırlar”, gah da “səhvlərimizdən” dəm vururlar. Təbii ki, məqsəd bəllidir. Azərbaycanın hər hansı bir qələbəsi ermənipərəst mərkəzlərlə sinxron işləyən bu kimi müxalifət nümayəndələri üçün eyni assosasiyasını verir - bundan qıcıqlanırlar, narahatlıqlarını büruzə verirlər.
Fransada yaşayan və həyatını “erməni müdafiəçiliyinə” həsr etmiş “milli satqınlar” daha çox həyəcanlı görünürlər. BMT məğlubiyyətinin “qisasını” almaq üçün ağlına və ağzına gələn bütün şəri-böhtanı ifadə edən belələri anlamırlar ki, daha çox özünüifşaya yol verirlər. Onsuz da cəmiyyət onları yaxşı tanıyır - bu kimi “çabalamalarla” isə “xəyanət dosyesi” daha da tamamlanır.
Qənimət Zahidin “sevinci”...
Məsələn, Fransada yaşayan və Əli Kərimlinin ermənipərəst mərkəzlərlə əlaqəçisi sayılan Qənimət Zahid də bu “xordan” ayrı düşmək istəməyib. Onun üçün də Azəbaycanı nədəsə “ittiham” etmək üçün tələsik “hərəkətə keçib”. Öz aləmində isə maraqlı bir “nüansın üstünü açıb” - Azərbaycan Açıq Hökumət Tərəfdaşlığı şəbəkəsindəki fəaliyyətini dayandırıb. Öz “iddiasını” arqumentləşdirmək üçün isə ermənilərin şəriki olan Qənimət Zahid son bir ildəki “siyasi təzyqləri” “əsas gətirib. Q.Zahidin bu şər-böhtanı bütün komponentlər üzrə yalandır - bunu ortada olan faktlar sübut edir.
Azərbaycan şəffaf və ədalətli siyasət yürüdür...
Birincisi, Azərbaycanın bu platforma çərçivəsindəki fəaliyyəti olduqca şəffaf və effektiv olub. Ölkəmizdə “Açıq Hökumət” prinsipləri həyata keçirilən korrupsiyaya qarşı mübarizə siyasətinin və idarəetmə sisteminin ayrılmaz tərkib hissəsidir. 2012 və 2016-cı illərdə Prezident fərmanları ilə Açıq Hökumətin Təşviqi üzrə iki Milli Fəaliyyət Planı qəbul edilib. Azərbaycan Respublikası 2011-ci ildə Açıq Hökumət Tərəfdaşlığına (AHT) qoşulmasına baxmayaraq, 2007-ci ildə Şəffaflığın Artırılması və Korrupsiyaya Qarşı Mübarizə üzrə Milli Strategiya xüsusilə AHT prinsiplərinin təşviqi və inkişafına yönəlmiş bir sıra tədbirləri əhatə edib. Ölkəmizdə ASAN xidmətin (bir pəncərə xidmət zalı) yaradılması bunun nümunəsidir. ASAN xidmət 2015-ci ildə BMT-nin İctimai Xidmət Mükafatına layiq görülüb.
QHT sektoruna müdaxilə edə bilməmələri...
Azərbaycan QHT sektorunun inkişafına da xüsusi diqqət ayırıb. Hətta dövlətimizin vətəndaş cəmiyyətinin layihələrinin maliyyələşdirilməsi prosesini belə uğurla həyata keçirir. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi (əvvəlki adla Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası) qeyri-hökumət təşkilatlarının inkişafını, dövlət-özəl və qeyri-hökumət təşkilatları arasında əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsini və təşviqini, eyni zamanda, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən məsələlərə dair qeyri-hökumət təşkilatlarının irəli sürdükləri təşəbbüslərin, proqram və layihələrin mövzularının qiymətləndirilməsini təmin edir. Bu qurum 2007-ci ildə yaradılan Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının bazasında formalaşdırılıb. Yəni, Q.Zahidin ortaya atdığı platformanın yaranmasından öncə Azərbaycanda QHT sektorunun inkişafı diqqət mərkəzində saxlanılıb. O başqa məsələdir ki, illərdir bir sıra maraqlı dairələr, hətta ermənipərəst mərkəzlər Azərbycanda vətəndaş cəmiyyəti vasitəsilə özlərinin gizli və çirkin planlarını həyata keçirə bilmirlər. Bu isə həmin “dairələrin” sonradan ölkəmizə qarşı açıq kin-küdurət ssiyasəti yürütməsi ilə nəticələnib...
Turkiyə, Macarıstan... və Azərbaycan
Bir xüsusa diqqət yetirək - Açıq Hökumət Tərəfdaşlığı şəbəkəsindən “çıxarılan” ölkələrin siyahısı böyük maraq kəsb edir. Burada cəmisi 4 dövlətin adı var ki, onlardan ikisi Azərbaycan və Türkiyədir. Əlavə olaraq bu “siyahıda” Macarıstan da “təmsil” olunur. Bu məqamın özü belə bəzi qaranlıq “siyasi niyyətlərdən” xəbər verir. Yəni, bu günün rakursundan baxdıqda, milli maraqlarına uyğun siyasət yürüdən ölkələr bu təşkilatın əsas hədəfidir.
Yaponiyanın, İsveçrənin, Rusiyanın olmadığı şəbəkə...
Hələ “üzvlüyə uyğun” sayılan, amma hələ üzv qəbul edilməmiş dövlətlərin siyahısı daha böyük maraq kəsb edir. Burada Avstriya, Belçika, İslandiya, Yaponiya, Polşa, Portuqaliya, Rusiya, Sloveniya, İsveçrə kimi dövlətlərin adlarına rast gəlmək mümkündür. Xüsusilə Rusiya 2013-cü ildən şəbəkəyə daxil olmaq üçün ard-arda cəhdlər göstərib - amma, bütün cəhdlər boşa çıxıb və şəbəkə Moskvanı “qəbul etməyib”.
Azərbaycanın bu şəbəkədən ayrılmasına səbəb olacaq məqamlardan biri isə qurumun ölkəmizə qarşı fərqli standartlarla yanaşmasıdır - təbii ki, burada da bir neçə fərqli amil saymaq olar. Məsələn, şəbəkənin baş icraçı direktoru Sanjay Pradxan Hindistan əsillidir. Hindistanın isə illərdir ki, Ermənistanı qeyri-qanuni şəkildə silahlandırması faktı heç kimə sirr deyil. Məhz BMT TŞ platformasındakı uğursuzluğu kompensasiya etmək üçün erməni “müttəfiqlərinə” bu kimi “jestin” edilməsi də istisna oluna bilməz...
Tofiq Yaqublu hamını “satdı”...
Digər tərəfdən, onsuz da bir müddətdir ki, Azərbaycan qarşı antimilli şəbəkənin açıq kampaniyasının şahidiyik. Azərbaycan qanunvericiliyini pozmaqda və müvafiq cinayətlərdə günahlandırılaraq şübhəli şəxs kimi saxlanılan, haqqında həbs-qəti imkan tədbiri seçilən Qubad İbadoğlunun ədalət məhkəməsi qarşısına çıxarılması ermənipərəst mərkəzlərin açıq hücumuna səbəb olub. Düzdür, Açıq Hökumət Tərəfdaşlığı şəbəkəsi bu haqda bir “iddia” irəli sürməsə də “xoruzun quyruğu” bizim bəzi “küt təfəkkürə” malik “müxalifət ekspertlərinin” səyi ilə ortaya çıxır. Məsələn, Ə.Kərimlinin sevimlisi və ermənipərəst müxalifət şəbəkəsinin üzvü olan Tofiq Yaqublu da guya “Fransadakı təmsilçiləri” qənimət Zahidə dəstək olmağa “çalışıb”. Amma sosial şəbəkədə yazdığı post ilə bütövlükdə prosesi “bulayıb”. Sevinə-sevinə Azərbaycanın şəbəkədən ayrıldığını “xəbər verən” T.Yaqublu sonda “Qubad İbadoğluya azadlıq!” “şüarını” paylaşıb. Üstəlik təxminən Avropanın yarısının, hətta dünyanın ən aparıcı ölkələrinin belə təmsil olunmadığı şəbəkəni tərifləməkdən yerə-göyə sığdıra bilməyib.
Satqın zümrənin “züyü”...
Göründüyü kimi, şəbəkənin BMT TŞ-nın məlum müzakirəsinin ardından tələm-tələsik belə bir addımı atması ölkəmizə qarşı aparılan və ikili standartlara söykənən ermənipərəst kampaniyanın növbəti nümunəsidir. Müxalifətin satqın zümrəsinin bu kampaniyaya “züy” tutmağa çalışması isə onların eyni mənbədən maliyyələşdiyinin növbəti bariz isbatıdır...
SADİQ
Xəbər lenti
Hamısına baxDünya
14 Sentyabr 20:17
Maraqlı
14 Sentyabr 19:58
Dünya
14 Sentyabr 19:24
Analitik
14 Sentyabr 19:02
Dünya
14 Sentyabr 18:30
Gündəm
14 Sentyabr 18:17
Dünya
14 Sentyabr 17:43
Dünya
14 Sentyabr 17:19
Dünya
14 Sentyabr 16:45
YAP xəbərləri
14 Sentyabr 16:34
Dünya
14 Sentyabr 16:34
Elm
14 Sentyabr 16:31
YAP xəbərləri
14 Sentyabr 16:25
Dünya
14 Sentyabr 16:22
YAP xəbərləri
14 Sentyabr 16:04
Dünya
14 Sentyabr 15:50
YAP xəbərləri
14 Sentyabr 15:47
Elm
14 Sentyabr 15:46
Elm
14 Sentyabr 15:46
Elm
14 Sentyabr 15:46
Siyasət
14 Sentyabr 15:45
Dünya
14 Sentyabr 15:34
Dünya
14 Sentyabr 14:59
YAP xəbərləri
14 Sentyabr 14:51
YAP xəbərləri
14 Sentyabr 14:26
Hadisə
14 Sentyabr 14:20
İqtisadiyyat
14 Sentyabr 14:19
YAP xəbərləri
14 Sentyabr 13:59
YAP xəbərləri
14 Sentyabr 13:54
YAP xəbərləri
14 Sentyabr 13:50
YAP xəbərləri
14 Sentyabr 13:46
Dünya
14 Sentyabr 13:45
YAP xəbərləri
14 Sentyabr 13:44
Dünya
14 Sentyabr 13:18
Dünya
14 Sentyabr 12:56
Sosial
14 Sentyabr 12:45
Sosial
14 Sentyabr 12:40
Gündəm
14 Sentyabr 12:32
Dünya
14 Sentyabr 12:20
Elm
14 Sentyabr 12:00
Dünya
14 Sentyabr 11:43
İqtisadiyyat
14 Sentyabr 11:41
Sosial
14 Sentyabr 11:39
Dünya
14 Sentyabr 11:19
Xəbər lenti
14 Sentyabr 11:15
Gündəm
14 Sentyabr 10:54
Dünya
14 Sentyabr 10:51
Dünya
14 Sentyabr 10:25
Gündəm
14 Sentyabr 09:48
Dünya
14 Sentyabr 09:40
İdman
14 Sentyabr 09:17
Dünya
14 Sentyabr 08:52
İdman
14 Sentyabr 08:35
Dünya
13 Sentyabr 23:18
Dünya
13 Sentyabr 22:40
İdman
13 Sentyabr 22:01
Dünya
13 Sentyabr 21:14
Dünya
13 Sentyabr 20:31
Dünya
13 Sentyabr 19:17
Dünya
13 Sentyabr 18:25
Dünya
13 Sentyabr 17:52
Dünya
13 Sentyabr 16:19
Dünya
13 Sentyabr 15:22
Dünya
13 Sentyabr 14:33
Dünya
13 Sentyabr 13:17
Analitik
13 Sentyabr 13:02
Dünya
13 Sentyabr 12:31
Dünya
13 Sentyabr 11:29
Dünya
13 Sentyabr 10:32
Dünya
13 Sentyabr 09:18

