İndoneziya müstəqilliyinin 78-ci ildönümünü qeyd edir
17.08.2023 [13:27]
M.BAYRAMLI
Bu gün Cənub-Şərqi Asiyada ən böyük dövlət olan İndoneziya Respublikasının Müstəqillik Günüdür. 270 milyondan çox əhali bu gün milli bayramını qeyd edir.
Azərbaycanla İndoneziya arasında möhkəm əlaqələr və dostluq münasibətləri artıq 30 ildən çoxdur ki, həm ikitərəfli, həm də beynəlxalq səviyyədə inkişaf edir. 2005-ci ildə bu ölkədə səfirliyimiz fəaliyyətə başlayıb. 2011-ci ildən isə İndoneziyanın Bakıda səfirliyi açılıb.
Bir qədər ölkə haqqında...
"İndoneziya" latın sözü “indus” və yunan sözü “nesos”dan əmələ gəlib, mənası "Hind adaları” deməkdir. Dünyanın ən böyük ada ölkəsi olan İndoneziya Hind və Sakit okeanları arasında yerləşir. Ölkənin paytaxtı Cakartadır. 20-ci əsrin əvvəllərində bir millət dövləti kimi "İndoneziya" anlayışı yarandı və müstəqillik hərəkatları formalaşmağa başladı.
1945-ci il avqustun 17-də İndoneziyada Əhməd Sukarnonun başçılığı ilə hökumət quruldu və onlar müstəqilliklərini elan etdilər. 1950-ci ildə dövlətin adı dəyişdirilərək "İndoneziya Respublikası" adlandırıldı.
Ölkə quru sərhədlərini Papua -Yeni Qvineya, Şərqi Timor və Malayziyanın şərq hissəsi ilə bölüşür. Qeyd etdiyimiz kimi, 270 milyondan çox əhalisi olan İndoneziyada 700 dildə danışılır. Nə az, nə çox on yeddi mindən çox adası var. Dünyadakı on ən böyük adalardan üçü burada yerləşir. Adaların əksəriyyətinin adı belə yoxdur. Bundan başqa, ölkədə 400-dən çox vulkan var, onların təxminən 150-i aktivdir.
İndoneziyada dünyanın ən böyük qızıl mədəni Qrasberq mədəni (The Grasberg Mine) yerləşir. Burada təxminən 20 min adam çalışır. Bundan başqa, ölkə kömür, qalay, mis, qızıl, nikel kimi zəngin təbii ehtiyatları ilə zəngindir. Ölkədə eləcə də kənd təsərrüfatı ilə məşğul olurlar. Əsasən düyü, xurma yağı, çay, qəhvə, kakao, dərman bitkiləri, ədviyyat və rezin istehsal edirlər.
İndoneziyanın 78-ci Müstəqilliyi Günü şərəfinə bu gün İndoneziyanın Azərbaycandakı səfirliyində bayraqqaldırma mərasimi keçirilib.
Bayraq qaldırıldıqdan sonra mərasim 1945-ci ildə İndoneziyanın müstəqilliyinə nail olmaq üçün canlarını fəda etmiş İndoneziya qəhrəmanlarının xatirəsinin birdəqiqəlik sükutla yad edilməsi ilə davam edib.
Bu bayram günündə dost İndoneziya xalqını təbrik edir, daim əmin-amanlıq və rifah arzulayırıq.
Xəbər lenti
Hamısına baxDünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29
Dünya
15 Avqust 17:35
Sosial
15 Avqust 16:44
Dünya
15 Avqust 16:18
Sosial
15 Avqust 15:46
Sosial
15 Avqust 15:43
Gündəm
15 Avqust 15:40
Dünya
15 Avqust 15:23
Dünya
15 Avqust 14:31
Dünya
15 Avqust 13:19
Dünya
15 Avqust 12:24
Gündəm
15 Avqust 11:58
Gündəm
15 Avqust 11:45
Gündəm
15 Avqust 11:35
Hadisə
15 Avqust 11:32
Gündəm
15 Avqust 11:25
İqtisadiyyat
15 Avqust 11:22
İqtisadiyyat
15 Avqust 11:05
İqtisadiyyat
15 Avqust 10:35
Analitik
15 Avqust 10:15
Analitik
15 Avqust 09:55
Analitik
15 Avqust 09:35
Ədəbiyyat
15 Avqust 09:15
Ədəbiyyat
15 Avqust 09:05
Dünya
14 Avqust 23:54
Dünya
14 Avqust 23:25
Dünya
14 Avqust 22:50
Dünya
14 Avqust 22:15
Dünya
14 Avqust 21:50
Hadisə
14 Avqust 21:32
Dünya
14 Avqust 21:20
Dünya
14 Avqust 20:55
Dünya
14 Avqust 20:35
Dünya
14 Avqust 20:05
Dünya
14 Avqust 19:48
Dünya
14 Avqust 19:20
Mədəniyyət
14 Avqust 18:55
Elm
14 Avqust 18:43
İqtisadiyyat
14 Avqust 18:26
İqtisadiyyat
14 Avqust 18:10
Elm
14 Avqust 17:41
Sosial
14 Avqust 17:26
İqtisadiyyat
14 Avqust 17:25
İdman
14 Avqust 17:10
Mədəniyyət
14 Avqust 16:48
Mədəniyyət
14 Avqust 16:29
Sosial
14 Avqust 16:20
Sosial
14 Avqust 15:45
İdman
14 Avqust 15:40
Sosial
14 Avqust 15:25
Siyasət
14 Avqust 14:40
İqtisadiyyat
14 Avqust 14:35
Sosial
14 Avqust 14:20
İdman
14 Avqust 13:39
Sosial
14 Avqust 13:35
Sosial
14 Avqust 12:37
Gündəm
14 Avqust 11:55
Gündəm
14 Avqust 11:35
Gündəm
14 Avqust 11:05
İqtisadiyyat
14 Avqust 10:35
Analitik
14 Avqust 10:15
MEDİA
14 Avqust 09:55
Analitik
14 Avqust 09:30
Sosial
14 Avqust 09:10
Dünya
13 Avqust 23:55
Dünya
13 Avqust 23:35

