Zəngəzur dəhlizi türk dünyasını bir-birinə daha möhkəm bağlayacaq
16.08.2023 [11:30]
Türkiyəli jurnalistlərin Qarabağ və Şərqi Zəngəzur təəssüratları
Günel ABBASOVA
Azərbaycanın qələbəsi ilə yekunlaşan 44 günlük Vətən müharibəsinin ardından işğaldan azad edilmiş ərazilərimizə “Böyük Qayıdış”ın tam şəkildə təmin olunması ölkəmizin əsas prioritetlərindəndir. Belə ki, işğaldan azad edilmiş regionlarımızda yeni infras?rukturun qurulması, evlərin tikilməsi, o cümlədən yolların və digər kommunikasiya sistemlərinin yaradılması istiqamətində aparılan sürətli işlər onu deməyə əsas verir ki, 30 ilə yaxın məcburi köçkün həyatı yaşamış vətəndaşlarımızın öz doğma yurd-yuvalarına qovuşmaları uğurla davam etdiriləcək. Bu gün işğaldan azad olunan ərazilərimiz sürətlə, fasiləsiz olaraq yenidən qurulur. Bu prosesə bütün imkanlar səfərbər edilir, sərmayələr qoyulur. Prezidentin də dediyi kimi, yeganə rəqibimiz zamandır.
Lakin erməni vandallarının çoxlu sayda minaladıqları ərazilərin təmizlənməsi ümumi prosesi ləngidir. Ancaq bununla yanaşı, qısa müddətdə yol, işıq, su və digər infrastrukturun qurulması, böyük layihələrin həyata keçirilməsi ölkəmizin gücünün, siyasi iradəsinin və iqtisadi imkanlarının göstəricisidir.
Ermənilərin sərhəddə törətdiyi təxribatlar, Laçında həyata keçirdikləri humanitar şou mənzərəsi də qayıdışın tez zamanda yekunlaşmasına mane olur. Proseslərin yekun vəziyyətini dünya mediasına aydın şəkildə çıxarmaq üçün işğaldan azad edilmiş ərazilərə xarici media nümayəndələrinin, beynəlxalq təşkilatların əməkdaşlarının cəlb olunması əsas məsələlərdən biridir. Bu fəaliyyət də öz növbəsində mütəmadi şəkildə davam etdirilir.
Yeri gəlmişkən, avqustun 14-də qardaş ölkə Türkiyədən olan jurnalistlərin işğaldan azad edilən ərazilərə səfəri başlayıb. Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları üzrə səfərdə olan media nümayəndələri əvvəlcə işğaldan azad edilmiş Ağdam şəhərinə gediblər. Türkiyəli jurnalistlərin növbəti səfər etdikləri ərazi Zəngilan rayonunun Ağalı kəndi və Laçın şəhəri olub.
Ölkəmizdə səfərdə olan türkiyəli jurnalist, “Haber Global”ın xəbər koordinatoru Halil Ərdoğan bildirib ki, işğaldan azad olunan Azərbaycan torpaqlarında görülən işlər Türkiyəni də qürurlandırır: “Çünki qardaş Azərbaycanın sevinci, bizim də sevincimizdir. Azərbaycanla bağlı həm tarixi, həm də müasir günümüzə dair çoxlu kitablar oxuyaraq araşdırmalar apardım. Eləcə də çoxlu xəbərlər hazırladım, ancaq ilk dəfədir Azərbaycanda oluram. İkinci Qarabağ müharibəsindən artıq üç ilə yaxın müddət keçir və ötən bu zaman ərzində çox dəyişikliklər baş verib. Ermənilərin uzun illər işğal altında saxlayaraq viran etdiyi Azərbaycan torpaqlarının görüntülərini biz hər zaman mediadan izləyirdik.
Bu gün bu əraziləri canlı olaraq gördük və ermənilərin kəndləri, rayonları necə viran qoyduqlarının şahidi olduq. Eyni zamanda, azad olunan ərazilərdə Azərbaycan tərəfindən çox geniş tikinti-quruculuq işlərinin həyata keçirildiyini gördük. Olduğumuz Ağalı kəndi də bu görülən işlərin bariz nümunəsidir. Həmçinin burada yollar inşa olunur, bu yollar Qarabağda və Şərqi Zəngəzurda bütün istiqamətlərə uzanır. Bununla bərabər tarixi abidələr yenidən bərpa edilir, yeni evlər inşa olunur, kəndlər, şəhərlər yenidən qurulur. Bu görülən işlər həm Azərbaycanı, həm də Türkiyəni sevindirən bir amildir. Burada önəmli bir məqam isə Zəngəzur dəhlizidir. Bu dəhliz vasitəsilə türk dünyası tamamilə bir-birinə daha çox möhkəm bağlanmış olacaq və nəticədə qarşılıqlı əlaqələr, həmçinin ticarət dövriyyəsi daha da möhkəmlənəcək”.
Ağdama səfər etmiş Türkiyənin “Haber Global” televiziya kanalının müxbiri Hamza Çifçi bildirib ki, Ağdama gələrkən yeni yolun tikintisinin şahidi olublar: “Tikinti işləri sürətli şəkildə aparılır. Şəhərdə də bərpa-tikinti işlərinin getdiyini gördük. Bütün bunlar bizi ruhlandırdı. Ağdam-Xankəndi yolu ilə bağlı onu deyə bilərəm ki, yol mədəniyyətdir. Ancaq Ağdam-Xankəndi yolunun istifadəsi ilə bağlı bəzi əngəllərlə qarşılaşıldığını duyduq. Azərbaycan Qarabağdakı erməni vətəndaşlara daşınmaların bu yol vasitəsilə həyata keçirilməsini istəyir. Ümid edirik ki, Azərbaycanın bu xoş niyyəti müsbət qarşılanar və yol istifadəyə verilər”.
Xəbər lenti
Hamısına baxSiyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53

