2 bəyanat, 2 məktub!
16.08.2023 [10:41]
Ermənistana kömək etmək üçün növbəyə düzülənlər...
Bu günlərdə İspaniyanın Rusiyadakı səfirliyi Qarabağdakı erməni separatçılarına yardım göstərildiyini açıqlayıb. Bu barədə İspaniya səfirliyi “Twitter” hesabında paylaşım edib.
İspaniya səfirliyi 250 erməni ailəyə maddi və sosial dəstək veriləcəyini bildirib. Paylaşımda səfirlik Qarabağ separatçılarının qondarma “bayrağından” istifadə edib.
Qərbi Azərbaycan İcması (QAİ) son vaxtlar İspaniyanın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini hədəf alan, separatizmi təşviq edən mövqeyini kəskin şəkildə pisləyib. İcma rəsmi Madriddən beynəlxalq hüquqa münasibətdə ikili standartlar siyasətinə son qoymağı və Azərbaycanın daxili işlərinə qarışmamağı tələb edib.
İcma İspaniyanı Ermənistandan qovulmuş azərbaycanlıların dinc yolla, təhlükəsiz şəkildə və ləyaqətlə öz evlərinə qayıtmasını dəstəkləməyə çağırıb.
Aİ missiyası Ermənistan ruporu rolunda...
Yeri gəlmişkən, avqustun 14-də Avropa İttifaqının (Aİ) Ermənistandakı missiyası Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistanla şərti sərhəddə silahlı qüvvə və hərbi texnika cəmləşdirməsi barədə bəyanatına reaksiya verib. Daha doğrusu, bu reaksiya tələm-tələsik, hətta az qala Ermənistan XİN-i qabaqlayan açıqlama kimi qəbul edilməlidir.
İcmadan bildirilib ki, 30 il ərzində Azərbaycan ərazilərinin işğalını, yüz minlərlə azərbaycanlının öz doğma yurdlarından qovulmasını “görməyənlər” indi revanşist hisslərlə yaşayan Ermənistana kömək etmək üçün növbəyə düzülüblər. Beləliklə, Aİ missiyası konkret olaraq Ermənistanın ruporuna çevrilib.
QAİ bildirir ki, Aİ missiyasının patrul apardığı, tez-tez binoklla Azərbaycan tərəfə baxdığı ərazilərin əksəri deportasiyaya məruz qalmış, Qərbi azərbaycanlıların vaxtilə yaşadıqları və zorla qovulduqları torpaqlardır: “Aİ-nin İcmanın müraciətlərinə əməli reaksiya verməməsi onun beynəlxalq hüquqa, bəşəri dəyərlərə və prinsiplərə fərqli yanaşma nümayiş etdirməsini göstərir”.
2 təşkilata məktub
Bundan başqa, QAİ “Human Rights Watch” və “Amnesty İnternational” təşkilatlarına məktublar göndərib. İcmadan bildirilib ki, Ermənistan etnik təmizləmə aparması və qovduğu azərbaycanlıların öz evlərinə qayıtmalarının qarşısını alması nəticəsində çoxsaylı vətəndaşlarımız zərər görüb. QAİ adıçəkilən təşkilatlardan azərbaycanlıların pozulmuş hüquqlarının bərpasında iştirak etmələrini xahiş edib.
Məktubda qeyd edilib ki, azərbaycanlı əhalinin Ermənistandan zorla qovulması, insan ləyaqəti və bərabərlik prinsiplərinə xələl gətirilməsi deməkdir. Bütün bunlar beynəlxalq konvensiya və müqavilələrə zidd olmaqla, insan hüquqlarının çoxsaylı və kobud pozuntulara səbəb olub: “Ermənistan orada yaşamış azərbaycanlılara qarşı qırğın, terror, hədə-qorxu törədiblər. Eyni zamanda, soydaşlarımızın əmlaklarını qanunsuz ələ keçirməklə, onları təhlükə və ya az dəyərli varlıqlar kimi qələmə verən sistemli təbliğat və insanlıqdan məhrumetmə kampaniyası aparıblar. Ermənistan hakimiyyət orqanları, həmçinin azərbaycanlıların qəbiristanlıqlarını, dini ocaqlarını, mədəni və tarixi abidələrini dağıdıb. Ermənistan hökuməti bunları törədərək azərbaycanlıları fiziki olaraq didərgin salmaqla kifayətlənməyib, həm də onların bir etnos kimi izlərini o torpaqlardan silməyə cəhd edib”.
Destruktiv yanaşma...
İcmanın məktubunda bildirib ki, 1987-1991-ci illərdə Ermənistanın azərbaycanlılara qarşı apardığı etnik təmizləmə nəticəsində bu gün həmin ölkədə bir nəfər də olsun azərbaycanlı qalmayıb: “Ermənistan qovduğu yüz minlərlə azərbaycanlının geri qayıtmaq hüququnu təmin etməkdən imtina etməklə, onların iztirablarını daha da artırır. Ermənistan dəfələrlə etdiyimiz çağırışlara rəğmən, bizimlə insan hüquqlarımız mövzusunda dialoqa başlamaqdan belə qəti şəkildə imtina edir. Biz dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə hörmətimizi açıq şəkildə təsdiqləsək də, eləcə də geri qayıtmaq hüququmuza dair tələbimizin Ermənistanın ərazi bütövlüyünə xələl gətirməsi kimi qələmə verilməməli olduğunu aydın şəkildə bəyan etsək də, Ermənistan destruktiv yanaşmasını davam etdirir”.
QAİ bildirib ki, Azərbaycan əhalisinin Ermənistandan zorla qovulması çoxsaylı fundamental insan hüquqları prinsiplərinin və beynəlxalq konvensiyaların kobud və çoxşaxəli pozulmasıdır: “Qətliamlar, hədə-qorxu, nifrət təbliği ilə amansız etnik təmizləmənin həyata keçirilməsi və qayıtmaq hüququnun inkarı sonu bitməz insan iztirabları, parçalanmış icmalar və dərin ədalətsizliklərə gətirib çıxarıb. Ermənistanın hərəkətləri Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Pakt, “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Konvensiya və digər beynəlxalq sənədlərdə təsdiq edilmiş bərabərlik, ayrı-seçkiliyə yol verməmək və insan ləyaqəti prinsipləri ilə tamamilə ziddiyyət təşkil edir. Bu dərin pozuntuları aradan qaldırmaq, zərərçəkmiş əhalinin hüquqlarını bərpa etmək və insan hüquqlarına, ədalətə və bərabərliyə sadiqliyi təsdiqləmək üçün təcili və güclü beynəlxalq müdaxilə zəruridir”.
İcmanın məktubunda həmçinin qeyd olunub ki, geri qayıtmaq hüququnun təmin olunması ədaləti bərpa etmək, sülh və barışıq əldə etmək üçün beynəlxalq səylərin mərkəzində olmalıdır: “Bu pozuntuların ağırlığını və miqyasını, həmçinin qarşıda duran vəzifələri nəzərə alaraq, təşkilatlarınızın missiyasına və təşəkkül tapmış təcrübəyə uyğun olaraq, təcili şəkildə aşağıdakı tədbirləri görməyinizi xahiş edirik:
Sənədləşmə
Şahid ifadələri, fotoşəkillər, videomateriallar və digər sənədlər da daxil olmaqla, azərbaycanlıların Ermənistandan zorla qovulmasına dair sübutlar mühümdür. Həmçinin Ermənistanın qovulmuş azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə qayıtmaq hüququndan istifadə etməsinə əngəl törətməsi ilə bağlı insan hüquqlarının pozulmasına dair sübutların toplanması və sənədləşdirilməsində peşəkar yardımınızı xahiş edirik.
Mövcudluq, monitorinq və hesabat
Təşkilatlarınızdan xahiş edirik ki, ümumi vəziyyəti, qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətlə qayıtması ilə bağlı vəziyyəti daimi nəzarətdə saxlayasınız. Azərbaycanlılara qarşı etnik təmizləmə, o cümlədən mədəni abidələrin dağıdılması və təhqir edilməsi ilə bağlı sübutları toplamaq üçün Ermənistana araşdırma missiyası göndərməyiniz vacibdir.
Maarifləndirmə
Sizdən xahiş edirik ki, öz hesabatlarınız, nəşrləriniz və KİV-lə əməkdaşlığınız vasitəsilə Ermənistandan azərbaycanlıların etnik təmizləməyə məruz qalması barədə məlumatlılığı artırasınız. Bu, beynəlxalq ictimaiyyəti Ermənistanın törətdiyi qəddarlıqlar barədə və insan hüquqlarının və beynəlxalq humanitar hüququ pozması haqqında məlumatlandırmağa kömək edərdi.
İctimai kampaniyalar
Təşkilatlarınızdan xahiş edirik ki, Ermənistandan azərbaycanlıların etnik təmizlənməsi və Ermənistanın onların öz evlərinə qayıtmasına imkan yaratmaqdan israrla imtina etməsi ilə bağlı ictimai rəyi səfərbər etmək və dəstək toplamaq üçün ictimai kampaniyalara başlasın.
İctimai vəkillik
Ermənistandan qovulmuş azərbaycanlıların hüquqlarını müdafiə etmək üçün nüfuzunuzdan və təsir imkanlarınızdan istifadə etməyinizi xahiş edirik. Bu, qovulmuş azərbaycanlıların hüquqlarını müdafiə etmək və onların təhlükəsiz şəkildə və ləyaqətlə geri qayıtmasını təmin etmək üçün hökumətlər, beynəlxalq təşkilatlar və digər maraqlı tərəflərlə əlaqəni əhatə edə bilər.
Ermənistan hökumətinə təzyiq
Təşkilatlarınız hökumətlərin və beynəlxalq qurumların Ermənistan tərəfindən törədilmiş etnik təmizləməyə qarşı sərt mövqe tutmaları vacibdir. Qayıdış məsələsini həll etmək üçün diplomatik, iqtisadi və siyasi vasitələrdən istifadə etmələri üçün lobbiçilik etməklə insan haqları məsələmizə kömək edə bilərsiniz. Bu qəbildən olan tədbirlərə hökumətləri Ermənistana qarşı sanksiyalar, embarqolar və digər tədbirlər görməyə çağırmaq daxildir.
Hüquqi tədbirlər
Xahiş edirik ki, Ermənistandan azərbaycanlıların etnik təmizlənməsinə görə məsuliyyət daşıyan və onların geri qayıtmaq hüququna mane olan şəxslərin və qrupların təhqiqatı, cinayət təqibinin həyata keçirilməsini tələb etməklə onların ədalət məhkəməsi qarşısında cavab vermələrini təmin etməkdə təşkilatımıza kömək edəsiniz. Bu, müvafiq beynəlxalq qurumlarla əməkdaşlıq etməyinizi və hökumətləri cinayətkarlara qarşı hüquqi tədbirlər görməyə təşviq etməyinizi ehtiva edə bilər.
Qurbanları dəstəkləmək
Təşkilatınız Ermənistan tərəfindən etnik təmizləmə qurbanlarına öz hekayələrini danışmağa və ədaləti müdafiə etməyə kömək edə bilər. Bu dəstək Ermənistanın törətdiyi hüquq pozuntularından əziyyət çəkənlərin və onların icmalarının öz haqq səslərini ucaltmağa yardım edər.
Ədalətli gələcəyə doğru...
QAİ-nin məktubundan həmçinin qeyd olunub: “Biz, həmçinin təşkilatınızın nümayəndələrini İcmamızı ziyarət etməyə və daha ədalətli gələcəyə doğru birgə işləməyə imkan yaradacaq əməkdaşlığa başlamaq imkanlarını araşdırmağa dəvət edirik.
Sizin müdaxilənizin, Ermənistandan qovulmuş azərbaycanlıların məruz qaldıqları böyük haqsızlıqların aradan qaldırılmasında və onların pozulmuş hüquqlarının bərpasında mühüm rol oynayacağına inanırıq”.
Y.SAHİB
Xəbər lenti
Hamısına baxSosial
18 May 22:30
Dünya
18 May 22:17
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Gündəm
18 May 14:27
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39

