Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / MN: Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

MN: Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

14.08.2023 [10:02]

Avqustun 13-də saat 22:45-dən avqustun 14-ü saat 07:05-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca və Dəvəli rayonunun Arazdəyən yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Mollabayramlı və Sədərək rayonunun Heydərabad yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.

AZƏRTAC xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. 

Qeyd olunub ki, bölmələrimiz tərəfindən cavab tədbirləri görülüb.

Paylaş:
Baxılıb: 517 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31