Hidayətin “Burdan min atlı keçdi” kitabından
12.08.2023 [10:00]
Cəfər Vəlibəyov
(1907-1981)
Köhnə bolşevik. Partiya və dövlət xadimi. Tanınmış jurnalist.
İyirmi iləcən “Sovet Ermənistanı” qəzetinin redaktoru. Müharibədən əvvəl C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru işləmişdi.
Hamı ona yoldaş Vəlibəyov, yaxın adamları isə Cəfər Mehdioğlu deyə müraciət edirdilər, mən isə “Cəfər dayı”.
Bir söhbətimizdən parça:
- Cəfər dayı, teatrdan nə yadınızdan qalıb?
- Nə unudulub ki?! Teatr mənə dünyaya açılan pəncərə olmuşdu. Orda bişdim və sonrakı işlərə tam hazır vəziyyətdə gəldim. Rəhbər işdə ən çətini adamları tez tanımaq, onların yerini tez müəyyənləşdirmək və zəhmətini düz qiymətləndirməkdir. Bax, bu çətin akademiyanı mən teatrda qurtardım.
Bu söhbəti eləyəndə Cəfər Mehdioğlu respublika Ali Soveti Rəyasət Heyətinin Sədr müavini idi. Teatrdan bu yüksək vəzifəyəcən uzun yollar keçmişdi, rayon partiya komitəsi işçisi, sonra onun birinci katibi, qəzet redaktoru, deputat, Mərkəzi Komitə üzvü... Və mənə elə gəlirdi ki, vəzifələrinin və şöhrətinin indiki mərhələsində bəlkə də teatr onu az maraqlandırır.
İlk tamaşalarımıza gələrdi. Əli Məmmədovla, Yunis Rzayevlə, Həbib Həsənovla, Rza Vəlibəyovla Cəfər Vəlibəyov və onun dostları hər tamaşadan, bəzən hər pərdədən sonra fikirlərini mənə açıq söyləyirdilər. Cəfər dayı hərdən gülə-gülə:
- Bax, bunu köhnə teatr direktoru kimi deyirəm ha... - əlavə edərdi.
Teatrın uğurları ilə ürəkdən sevinərdilər, problemlərlə maraqlanardılar və ciddi məsələlərlə bağlı respublikanın rəhbərliyinə müraciət edərdilər.
Cəfər Mehdioğlu respublikanı beş barmağı kimi tanıyırdı. Ona hər yerdə hörmət edərdilər.
Bir dəfə Göyçə mahalına səfərimiz zamanı mən bunun şahidi oldum. Onlar “Volqa” maşınında arxada əyləşmişdilər, Qədim Axta (indiki Hrazdan), Bəyazid (indiki Kamo), Basarkeçər (indiki Vardenis), Qaraqoyunlu (indiki Krasnoselo) kəndlərini keçdikcə keçmişləri xatırlayır, hər rayondan azı on-on beş adamın adını çəkirdilər. Harda dayanırıqsa böyük bir dəstə onları dövrəyə alırdı, evə dəvət edirdi. Cəfər Vəlibəyov da, Əli Məmmədov da camaatın güzaranı ilə maraqlanır, nəyə ehtiyacları olduğunu soruşurdular. Həllini gözləyən məsələlər hər yerdə vardı. Camaat danışdıqca onlar bu arzu və şikayətləri cib dəftərlərində qeyd edirdilər.
Bu səfər rəsmi olmasa da, onları hər rayonun girəcəyində rayon partiya komitələrinin birinci katibləri, zəhmətkeş deputatları sovetlərinin sədrləri qarşılayırdılar. Və o cib dəftərinə qeyd olunan məsələlərin çoxu elə oradaca həll olunurdu (İrəvana qayıdandan sonra müxtəlif nazirliklərə və idarələrə zəng çalıb, yerdə qalan məsələləri də həll edirdilər).
Təkrar edirəm: o səfər ezamiyyət deyildi, işgüzar səfər deyildi, bayram günləriydi, hava dəyişmək üçün şəhərdən çıxmışdılar. Amma nə ova getdilər, nə kef elədilər, nə qədəh qaldırıb sağlıq dedilər. Üç gün xalqın içində oldular. Camaatla bir yerdə dincəldilər.
Basarkeçərin bir kəndində bir baməzə qoca dedi ki, Allah sizə ömür versin, bizim təzə birinci katibimizin üzünü hələ görməmişdik...
Cəfər Vəlibəyov da, Əli Məmmədov da təəccüblə Qriqoryan familiyalı birinci katibə baxdılar. Katib qızarmışdı.
Cəfər Vəlibəyov ömrünün yarısını qəzet işinə həsr eləmişdi. Ermənistan SSRİ-in əməkdar jurnalistiydi. Ondan xahiş elədim ki, xatirələrini yazsın. Yazdı. Amma hələ indiyəcən heç yerdə nəşr olunmayıb. Maraqlı xatirələrdir. Az qala Sovet Ermənistanının bütün tarixi, bu canlı tarixdə bugünkü Ermənistanın ərazisində Azərbaycan mədəniyyəti, maarifi, tarixi abidələri, iyirmi-qırxıncı illərdə ayrı-ayrı görkəmli şəxsiyyətlərin fəaliyyəti əks olunubdur orada.
Qərbi Azərbaycanda soydaşlarımız içində uzun illər yüksək vəzifə tutan bu hörmətli, ağsaqqal, nurani insanla bütün mövzularda söhbətimiz tuturdu, bircə mənim qatı şovinist saydığım “Hovhannes Bağdasaryan” mövzusundan başqa. Problem bundaydı ki, bu şovinist, antitürk, anti-Azərbaycan tip Cəfər Mehdoğlunun dostuydu və mən Cəfər dayını inandıra bilmirdim ki, Hovhannes kişi bizə düşmən mövqedədir.
Onlar eyni dövrdə redaktor olmuşdular, Cəfər Vəlibəyov - “Sovet Ermənistanı”nın, Hovhannes Bağdasaryan - “Sovetakan Hayastan” (“Sovet Ermənistanı”) qəzetinin. Hovhannes oradan Mərkəzi Komitənin ikinci katibi “seçildi”. Sonra Moskva onu millətçilik üstündə guya tənqid elədi və 1966-cı ildə A.Koçinyan birinci katib seçiləndə Hovhannes ikinci katib vəzifəsindən azad olunaraq, mədəniyyət naziri təyin olundur. Tezliklə nazir kreslosu darlıq elədi və onun üçün Respublika Ali Sovet Rəyasət Heyəti Sədrinin birinci müavini vəzifəsi təsis edildi və bu vəzifəyə “seçildi”. Bu vaxtlar C.Vəlibəyov da Ali Sovet Rəyasət Heyətinin Sədr müaviniydi, pensiyaya çıxandan sonra Bakıya köçənəcən parlamentdə müxtəlif vəzifələrdə işlədi.
H.Bağdasaryanın yeni təyinatına gəlincə... Hətta Rusiya Federasiyası kimi nəhəng respublikanın Ali Sovetində belə vəzifə yox idi! Onu bu vəzifədə əsas fəaliyyət istiqamətlərindən biri respublikada Azərbaycan toponimərini dəyişdirərək erməniləşdirmək idi. Cəfər dayıya belə gəlirdi ki, bunlar hamısı yuxarıların tapşırığıdır, “Hovhannes Minayeviç sadəcə, icraçıdır”.
Sonralar Cəfər dayıya da hər şey aydın oldu. Bir dəfə mənə: “Sən düz deyirsən, bu əclaf millətçi imiş!”- dedi.
Bu fikrin davamını Hovhannes Bağdasaryan özü danışdı: “Eşitdim Cəfər Mehdioğlu Bakıya köçür, zəng çaldım ki, bu nə məsələdir? Sizə gəlmək istəyirəm. Dedi: gəlmə, mən özüm gələcəyəm. Gəldi, özü də evə yox, işə. Qapını açan kimi dişinin dibindən çıxanları dedi mənə: “Yüz ilin dostuyuq, ailələrimiz də dostdur, amma indi anladım ki, sən saxta adamsan, sən şovinistsən... Milli hissləri sən qızışdırdın, aləmi qatıb-qarışdırdın, Azərbaycan toponimlərinin hamısını sən dəyişdin. Azərbaycana qarşı düşmənçilik yaratdın. Sən əclafsan!”- dedi və çıxıb getdi.
Cəfər Mehdioğlu Bakıya köçdü. Sözləri Hovhannesə sərt sillə kimi dəymişdi. Cəfər Mehdioğlunu tanıyan kim çıxsaydı qabağına Hovhannes keçmiş dostuyla son görüşünü xatırlayacaqdı, acıqla, yana-yana, bir az da, əlbəttə, nifrətlə qarşılaşacaqdı! Hətta mənə də - oğlu yaşında cavana da...
Bu nekroloq həyatını Azərbaycan mətbuatının, mədəniyyətinin inkişafına həsr edən, uzun illər çox yüksək vəzifələr tutan, ömrünün qürub çağlarında erməni şovinist millətçiliyini ifşa edən, bütün əsaslı ittihamlarını Hovhannes Bağdasaryanın gözlərinin içinə deyən Cəfər Mehdioğlunun keçdiyi böyük ömrü yolunu dolğun əks etdirmirdi.
Xəbər lenti
Hamısına baxDünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57
YAP xəbərləri
12 İyun 11:54
İqtisadiyyat
12 İyun 11:49
İqtisadiyyat
12 İyun 11:48
İqtisadiyyat
12 İyun 11:47
İqtisadiyyat
12 İyun 11:47
Dünya
12 İyun 11:39
Dünya
12 İyun 11:33
Gündəm
12 İyun 11:25
Siyasət
12 İyun 11:22
Siyasət
12 İyun 11:16
Sosial
12 İyun 11:01
İqtisadiyyat
12 İyun 10:50
İqtisadiyyat
12 İyun 10:38
YAP xəbərləri
12 İyun 10:20
Analitik
12 İyun 10:16
Analitik
12 İyun 09:51
Yeni texnologiyalar
12 İyun 09:30
Analitik
12 İyun 09:17
Sosial
12 İyun 08:52
Sosial
12 İyun 08:36
Dünya
12 İyun 07:24
Dünya
12 İyun 00:19
Siyasət
11 İyun 23:51
Dünya
11 İyun 23:49
İdman
11 İyun 23:21
Sosial
11 İyun 23:21
Dünya
11 İyun 22:46
Dünya
11 İyun 22:34
Sosial
11 İyun 22:19
Sosial
11 İyun 21:55
Dünya
11 İyun 21:52
Siyasət
11 İyun 21:48
Dünya
11 İyun 21:28
Dünya
11 İyun 21:10
Dünya
11 İyun 20:41
Dünya
11 İyun 20:16

