218 təqaüdçü diplomatdan Disney Plus-a ETİRAZ
11.08.2023 [15:03]
“Disney Plus”ın “Atatürk” televiziya serialının beynəlxalq yayımını dayandırması xəbəri Türkiyədə etirazla qarşılanıb. Öz növbəsində 218 təqaüdçü diplomat məsələyə sərt reaksiya verib.
yeniazerbaycan.com TV24-ə istinadən xəbər verir ki, təqaüdçü diplomatların etiraz mətnində aşağıdakı fikirlər öz əksini tapıb:
“Serialın yayımının dayandırılmasının səbəbi xüsusilə Amerika Erməni Milli Komitəsinin (ANCA) lobbiçilik fəaliyyəti ilə bağlıdır. Disney Plus yəqin ki, ANCA-nın sistematik olaraq türklərə qarşı qarayaxma kampaniyaları apardığını və 1970-1980-ci illərdə türk diplomatlarının dünya üzrə sui-qəsdlərindən məsul olan ASALA terror təşkilatını dəstəklədiyini bilir. Güman etmək istərdik ki, Disney Plus terror təşkilatı ilə dolayı yolla olsa belə, hər hansı bir əlaqədən qaçmaq üçün son dərəcə həssas olacaq. Beynəlxalq səviyyədə qəbul edilən Atatürk anlayışı kontekstində Disneydən 1981-ci ildə UNESCO-nun Atatürkün 100 illik yubileyi münasibətilə qəbul etdiyi qərarı xatırlamağı xahiş edirik. Birləşmiş Millətlər Təşkilatının qətnaməsində Atatürkün dünyada davamlı sülhün mühüm tərəfdarı olduğu və onun rəngindən, dinindən və irqindən asılı olmayaraq xalqlar arasında harmoniya və əməkdaşlığın inkişaf etdirilməsi üçün böyük səylər göstərdiyi təsdiqlənir. Bu səbəbdən biz Disney Plus-dan Atatürk serialının əvvəlcədən planlaşdırıldığı kimi yayımlanmasını xahiş edirik”.
Qeyd edək ki, mətni imzalayanlar arasında Türkiyənin Azərbaycandakı sabiq səfiri, “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə təmsilçisi Hulusi Kılıç da var.
Xəbər lenti
Hamısına baxDünya
09 Sentyabr 12:50
Elanlar
09 Sentyabr 12:49
Sosial
09 Sentyabr 12:42
Dünya
09 Sentyabr 12:23
Siyasət
09 Sentyabr 12:13
Gündəm
09 Sentyabr 12:12
Mədəniyyət
09 Sentyabr 11:49
Elm
09 Sentyabr 11:45
İqtisadiyyat
09 Sentyabr 11:43
Hadisə
09 Sentyabr 11:42
İqtisadiyyat
09 Sentyabr 11:41
Dünya
09 Sentyabr 11:34
Elm
09 Sentyabr 11:32
Dünya
09 Sentyabr 11:19
Gündəm
09 Sentyabr 10:42
Gündəm
09 Sentyabr 10:37
Mədəniyyət
09 Sentyabr 10:36
YAP xəbərləri
09 Sentyabr 10:34
İqtisadiyyat
09 Sentyabr 10:24
Gündəm
09 Sentyabr 09:52
Analitik
09 Sentyabr 09:17
Sosial
09 Sentyabr 08:53
Elm
09 Sentyabr 08:31
İdman
09 Sentyabr 07:59
Dünya
09 Sentyabr 07:58
Dünya
09 Sentyabr 07:56
Hadisə
09 Sentyabr 07:41
Dünya
08 Sentyabr 23:32
Dünya
08 Sentyabr 23:10
Dünya
08 Sentyabr 22:56
Dünya
08 Sentyabr 22:23
İqtisadiyyat
08 Sentyabr 21:45
Dünya
08 Sentyabr 21:34
İdman
08 Sentyabr 21:19
İqtisadiyyat
08 Sentyabr 20:42
Dünya
08 Sentyabr 20:31
Dünya
08 Sentyabr 20:17
Sosial
08 Sentyabr 19:50
İqtisadiyyat
08 Sentyabr 19:24
Sosial
08 Sentyabr 19:10
YAP xəbərləri
08 Sentyabr 18:18
Dünya
08 Sentyabr 18:16
YAP xəbərləri
08 Sentyabr 18:09
YAP xəbərləri
08 Sentyabr 17:41
YAP xəbərləri
08 Sentyabr 17:40
Dünya
08 Sentyabr 17:28
Sosial
08 Sentyabr 17:15
Siyasət
08 Sentyabr 17:11
YAP xəbərləri
08 Sentyabr 17:01
YAP xəbərləri
08 Sentyabr 16:59
YAP xəbərləri
08 Sentyabr 16:48
Din
08 Sentyabr 16:47
YAP xəbərləri
08 Sentyabr 16:36
YAP xəbərləri
08 Sentyabr 16:33
Dünya
08 Sentyabr 16:30
Elanlar
08 Sentyabr 15:49
YAP xəbərləri
08 Sentyabr 15:47
Dünya
08 Sentyabr 15:45
Diaspor
08 Sentyabr 15:41
Hadisə
08 Sentyabr 15:34
Elm
08 Sentyabr 15:33
Sosial
08 Sentyabr 15:26
Sosial
08 Sentyabr 15:25
Dünya
08 Sentyabr 15:17
Analitik
08 Sentyabr 14:31
İqtisadiyyat
08 Sentyabr 14:28
Dünya
08 Sentyabr 14:25
Gündəm
08 Sentyabr 14:22
Dünya
08 Sentyabr 14:10
Dünya
08 Sentyabr 13:39

