Çimərliklərdə yemək yeyərkən gigiyena qaydalarına riayət edirsiniz?
11.08.2023 [12:43]
M. Bayramlı
Yay aylarında sərinləmək üçün tez-tez üstünlük verilən hovuzlar və dənizlərdə xəstəliklərə yoluxma riski olduqca yüksəkdir. Ona görə də mütəxəssislər vurğulayırlar ki, bu ərazilərdən istifadə etməzdən əvvəl onların gigiyenik olub-olmamasına fikir vermək lazımdır. Xüsusilə də, qida ilə yoluxan xəstəliklərə...Biz bilirik ki, qida təhlükəsizliyi əllərin düzgün və təmiz yuyulmasından başlayır. Qida ilə yoluxan xəstəliklər çox vaxt çirklənmiş əllərlə yaranır. Bu barədə Qida Təhlükəsizliyi Agentliyinin bir neçə tövsiyyəsini sizə təqdim edirik.
Əllərinizi yuyun!
İlk növbədə, gigiyena qaydalarına ciddi əməl olunmalıdır. Əllərin və qida ilə təmasda olan səthlərin təmizliyi qida yolu ilə yoluxan xəstəlik və digər infeksiya riskini azaldır. Bundan başqa, yalnız istehlak üçün yararlı olan sudan istifadə tövsiyə olunur. Bir göl və ya çay ilk baxışdan təhlükəsiz görünə bilər. Lakin unutmaq olmaz ki, bakteriya və viruslar açıq gözlə görülməyəcək qədər kiçikdir. Yaxşı olar ki, yemək hazırlamaq, içmək və ya əl yumaq üçün özünüzlə şüşə qabda götürülən sudan istifadə edəsiniz.
Qab-qacaqların təmizliyinə fikir verin!
Qab-qacaqların təmizliyi də vacib şərtdir. Çarpaz çirklənmənin qarşısını almaq üçün, xüsusən də qril və ya kabab hazırlayarkən çiy ət, quş əti və ya dəniz məhsullarını qoyulan boşqablardan təkrarən hazır yemək qoymaq üçün istifadə edilməməlidir. Onları mütləq isti və sabunlu su ilə yuyub, durulamaq lazımdır.
Qidanı soyuducuda saxlayın!
Qida məhsullarını uzun müddət keyfiyyətli saxlamaq üçün buz və ya gel ilə doldurulmuş izolyasiyalı paketlərdən ibarət soyuducudan istifadə edilməsi məsləhətdir. Çimərliyə gedərkən (birbaşa günəş işığı xaricində) soyuducunu avtomobilin ən soyuq hissəsində daşımaq lazımdır. Soyuq saxlanması lazım olan qidalara çiy ət, toyuq əti, dəniz məhsulları, doğranmış meyvə-tərəvəz, tez xarab olan süd məhsulları aiddir. Digər qidalara damcılamanın qarşısını almaq üçün çiy əti soyuducunun alt təbəqəsində xüsusi qabda saxlamaq lazımdır. Eləcə də çiy ət və dəniz məhsullarının etibarlı şəkildə büküldüyünə əmin olmaq lazımdır ki, onun suyu bişmiş qidaları və ya meyvə-tərəvəzi çirkləndirməsin. Soyuducuda qablaşdırmadan əvvəl təzə meyvə-tərəvəz axar su altında yuyulub, təmiz parça və ya kağız dəsmal ilə qurulanmalıdır. Mütəmadi istifadə olunan məhsullar üst təbəqəyə qoyulmalıdır. Soyuducunu tez-tez açıb-bağlamaqdan çəkinmək lazımdır. Belə etmək temperaturun artmasına səbəb ola bilər. Bu baxımdan yemək və içki üçün ayrı soyuducuların olması məsləhət görülür. Soyuducunu kölgədə və ya sığınacaqda qoyaraq, birbaşa günəş şüalarından uzaq tutmaq vacibdir. Yəni günəşdən kənar bir yer təyin edib, qismən qumda basdırmaq olar. Üzərini isə adyalla örtmək və çimərlik çətiri ilə kölgə salmaq da olar. Soyuducunu bir gün əvvəldən soyutmaq daha yaxşıdır. Soyuducunun daxili temperaturu ilıq olduğundan buz paketlərini yerləşdirdikdə onun müəyyən miqdarı əriyə bilər. Ona görə də evdən çıxmazdan əvvəl dondurula biləcək məhsullar dondurulmalıdır. Nəzərə almaq lazımdır ki, soyuq hava kütləsi aşağı düşdüyündən soyuducunun alt təbəqəsi daha sərin olur. Kənardan daxil olan havanın dolaşmaması üçün soyuducunun içini tamamilə doldurmaq lazımdır. Əgər kifayət qədər qida və içki yoxdursa, su şüşələrini dondurub, boş yerlərə yerləşdirmək olar. Soyuq yeməklər 4 dərəcə C temperaturda və ya aşağı temperaturda saxlanılmalıdır.
Tez hazırlanan qidalara üstünlük verin!
Yay əyləncələri zamanı qida seçiminə diqqət edilməli, hazırlamağı mürəkkəb olmayan və dağılmayan qidalara üstünlük verilməlidir. Yeməklər hazırlanarkən bişirilmə temperaturuna riayət edilməlidir (bunun üçün xüsusi termometrdən istifadə etmək olar). Yeməyin lazımi temperaturda saxlanması da vacib şərtdir. Ona görə də isti qidaların isti, soyuq qidaların isə soyuq qalmasını təmin etmək lazımdır. Tez xarab olan yeməklər 2 saatdan çox açıqda qalmamalıdır. İsti havalarda (32° C-dən yuxarı) isə yemək 1 saatdan çox açıqda qalmamalıdır. Unutmaq olmaz ki, qidanın “təhlükəli bölgə” adlandırılan 4° C ilə 60° C arasında 2 saatdan çox (və ya açıq havada temperatur 32° C-dən yuxarı olduqda 1 saatdan çox) saxlanması bakteriyaların sürətlə çoxalmasına və yoluxucu xəstəliklərin yaranmasına səbəb olur. Soyuq yeməklər kiçik ölçülərdə servis edilməlidir. Yaxşı olar ki, bu tip yeməklər elə əvvəlcədən kiçik ölçülərdə qablaşdırılsın. Çünki böyük ölçüdə qablaşdırılmış qidanı hər dəfə servis üçün soyuducudan çıxartdıqda temperatur balansı pozulur. Ət və toyuq əti bişirildikdən sonra servis edənə qədər isti (60° C-də və ya daha isti) saxlanılır. İsti yeməyi qril rəfinin yanına qoyaraq isti saxlamaq mümkündür. Yeməyi hazırlamaq üçün qumsuz bir bölgə yaratmağa çalışmaq lazımdır. Turizm obyektlərində də qidalanma zamanı yeyinti məhsullarının keyfiyyəti və təhlükəsizliyi təmin edilməlidir. Eyni zamanda xəstəliklərə yoluxma hallarının və ya yayılmasının qarşısının alınması məqsədilə profilaktik olaraq bir sıra qaydalara əməl edilməlidir.
Dezinfeksiya işləri aparılmalıdır!
Müəssisənin təmizlik vasitələri və dezinfeksiyaedici maddələrlə daimi olaraq təmin edilməsi şərtdir. Mətbəxdə, sanitar qovşaqda və xidmət zallarında mütəmadi dezinfeksiya işləri aparılmalıdır. Müəssisə daxilində işçi heyət şəxsi gigiyena qaydalarına riayət etməlidir. İşçilər, xüsusilə də mətbəxdə çalışan heyət xüsusi iş geyimində olmalı, gündəlik ev geyimlərinin iş prosesində istifadəsinə yol verilməməlidir. Hər iş növbəsindən sonra geyim forması dəyişdirilməlidir. Yeməklər hazırlanarkən lazımi temperatur dərəcəsinə qədər bişirilməli, xam məhsullar istifadədən əvvəl düzgün yuyulub qurudulmalı, eləcə də yemək dəstləri, mətbəx avadanlıqları, kirli səthlər yuyulub təmizlənməlidir. Qida qəbulu zallarında həm yemək masaları, həm də oturacaq yerləri arasında ara məsafəsi gözlənilməlidir.
Xəbər lenti
Hamısına baxDünya
14 Sentyabr 23:39
Müsahibə
14 Sentyabr 23:17
Elm
14 Sentyabr 22:40
YAP xəbərləri
14 Sentyabr 22:29
Dünya
14 Sentyabr 22:14
Sosial
14 Sentyabr 21:59
Dünya
14 Sentyabr 21:23
Dünya
14 Sentyabr 20:45
Dünya
14 Sentyabr 20:17
Gündəm
14 Sentyabr 19:59
Maraqlı
14 Sentyabr 19:58
Dünya
14 Sentyabr 19:24
Analitik
14 Sentyabr 19:02
Dünya
14 Sentyabr 18:30
Gündəm
14 Sentyabr 18:17
Dünya
14 Sentyabr 17:43
Dünya
14 Sentyabr 17:19
Dünya
14 Sentyabr 16:45
YAP xəbərləri
14 Sentyabr 16:34
Dünya
14 Sentyabr 16:34
Elm
14 Sentyabr 16:31
YAP xəbərləri
14 Sentyabr 16:25
Dünya
14 Sentyabr 16:22
YAP xəbərləri
14 Sentyabr 16:04
Dünya
14 Sentyabr 15:50
YAP xəbərləri
14 Sentyabr 15:47
Elm
14 Sentyabr 15:46
Elm
14 Sentyabr 15:46
Elm
14 Sentyabr 15:46
Siyasət
14 Sentyabr 15:45
Dünya
14 Sentyabr 15:34
Dünya
14 Sentyabr 14:59
YAP xəbərləri
14 Sentyabr 14:51
YAP xəbərləri
14 Sentyabr 14:26
Hadisə
14 Sentyabr 14:20
İqtisadiyyat
14 Sentyabr 14:19
YAP xəbərləri
14 Sentyabr 13:59
YAP xəbərləri
14 Sentyabr 13:54
YAP xəbərləri
14 Sentyabr 13:50
YAP xəbərləri
14 Sentyabr 13:46
Dünya
14 Sentyabr 13:45
YAP xəbərləri
14 Sentyabr 13:44
Dünya
14 Sentyabr 13:18
Dünya
14 Sentyabr 12:56
Sosial
14 Sentyabr 12:45
Sosial
14 Sentyabr 12:40
Gündəm
14 Sentyabr 12:32
Dünya
14 Sentyabr 12:20
Elm
14 Sentyabr 12:00
Dünya
14 Sentyabr 11:43
İqtisadiyyat
14 Sentyabr 11:41
Sosial
14 Sentyabr 11:39
Dünya
14 Sentyabr 11:19
Xəbər lenti
14 Sentyabr 11:15
Gündəm
14 Sentyabr 10:54
Dünya
14 Sentyabr 10:51
Dünya
14 Sentyabr 10:25
Gündəm
14 Sentyabr 09:48
Dünya
14 Sentyabr 09:40
İdman
14 Sentyabr 09:17
Dünya
14 Sentyabr 08:52
İdman
14 Sentyabr 08:35
Dünya
13 Sentyabr 23:18
Dünya
13 Sentyabr 22:40
İdman
13 Sentyabr 22:01
Dünya
13 Sentyabr 21:14
Dünya
13 Sentyabr 20:31
Dünya
13 Sentyabr 19:17
Dünya
13 Sentyabr 18:25
Dünya
13 Sentyabr 17:52

