Avtomobillər niyə bahadır?
10.08.2023 [11:30]
Gömrük rüsumlarına yenidən baxılmalıdır...
Y.BAYRAMOVA
Son illər Azərbaycanda avtomobillərin sayı xeyli artıb. Onların əksəriyyəti ikinci əl olsa da, qiymətlər yetərincə yüksəkdir. Təzə avtomobillərdən heç danışmağa dəyməz. Paytaxtda qiyməti bir neçə yüz min olan avtomobillərə rast gəlmək adi hala çevrilib. Bu maşınların bəlli sahibləri var. Sıravi vətəndaşlar isə ya yerli, ya da qonşu Gürcüstanın avtomobil bazarlarında nisbətən ucuz maşınlar almağa üstünlük verirlər.
Qiymətlərin bahalığı bir çoxlarını avtomobili kreditlə almağa vadar edir. Ancaq bank faizlərinin yüksək olması da ciddi problemlər yaradır. Bir sözlə, Azərbaycanda maşınların qiyməti qonşu ölkələrlə, həmçinin Avropa ilə müqayisədə bahadır. İkinci əl avtomobil alan şəxslər əsasən Almaniya istehsalı olan maşınlara üstünlük verir. Bu da həmin avtomobillərin daha keyfiyyətli və dözümlü olması ilə izah olunur. Belə avtomobillərin əksəriyyəti ya Gürcüstandan, ya da elə Almaniyanın özündən gətirilir. Ancaq Azərbaycana çatınca qiyməti xeyli artır.
Almaniyada bəzi modellər Azərbaycanla müqayisədə 10-15 min avro ucuzdur. Ölkəmizdə populyar olan bəzi maşınların qiymətində fərqə nəzər salaq. Məsələn, 2004-cü il istehsalı olan BMW x5 (mühərrik - 4800 sm3) markalı avtomobil Almaniyada 10-12 min dollar olsa da, eyni avtomobilin ölkəmizdə qiyməti 35 ABŞ dollardır. Hətta 2000-2001-ci il istehsalı olan avtomobillərin də qiyməti 18-20 min dollar civarındadır.
İdxal qiymətləri yüksəkdir
Mövzu barədə “Yeni Azərbaycan”a danışan iqtisadçı-ekspert Fuad İbrahimovun fikrincə, ölkəmizdə avtomobillərin qiymətinin baha olmasında başlıca səbəb idxal qiymətlərinin yüksək olmasıdır. O qeyd edib ki, elektrik və hibrid avtomobillərin baha olması idxal qiymətlərini artırır. Bu baxımdan ölkədə avtomobil bazarında bahalaşma hökm sürür: “Bu isə alıcılıq qabiliyyətinə mənfi təsir göstərəcək. Statistik məlumatlara görə, hazırda Azərbaycandakı avtoparkın 80 faizindən çoxunu yaşı 10 ildən artıq olan avtomobillər təşkil edir. Avtoparkı yeniləmək istəyiriksə, bəzi təşviq proqramlarının artırılmasına, o cümlədən gömrük rüsumları və vergi dərəcələrinə baxılmasına ehtiyac var”.
Növbəti qiymət artımı...
“Ölkə daxilində avtomobillərin bahalaşması davam edəcəkmi?” sualına ekspert belə cavab verib:“Növbəti qiymət artımı dalğası ola bilər. Bu, köhnə avtomobillərə də təsir göstərəcək. Amma qiymət artımının kəskin olması mümkün deyil. Çünki qiymətlər çox artsa, satışlar azalacaq. Adətən hər il yay aylarında avtomobillərə maraq artır və onun qiymətində müəyyən artım olur”.
Avtomobil idxalında artım var
Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, ötən ilin ilk rübündə minik avtomobillərinin idxalı 15 min 934 ədəd idisə, 2023-cü ilin ilk rübündə 19 min 264 ədəd təşkil edib. 2023-cü ilin ilk 3 ayında Azərbaycana 3 min 47 ədəd daxili yanma mühərrikli avtomobillərlə yanaşı, elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri, 408 ədəd isə yalnız elektrik mühərriki ilə hərəkətə gətirilən avtomobillər idxal edilib. Ötən ilin eyni dövründə bu, müvafiq olaraq 3 min 140 ədəd və 70 ədəd idi.
Xəbər lenti
Hamısına baxDünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42

