Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / DİN çimərliklərlə bağlı vətəndaşlara müraciət edib

DİN çimərliklərlə bağlı vətəndaşlara müraciət edib

06.08.2023 [16:38]

Daxili İşlər Nazirliyi (DİN) çimərliklərlə bağlı vətəndaşlara müraciət edib.

DİN-in mətbuat xidmətindən bildirilib ki, çimərliklərdə istirahət edən valideynlərin azyaşlı övladlarını nəzarətsiz qoymaları halları müşahidə edilir.

"Bu gün 42 uşağın paytaxt çimərliklərində itməsi ilə bağlı DİN-nə məlumatlar daxil olub. Dərhal çimərliklərdə təhlükəsizlik tədbirlərinə cəlb edilən polis əməkdaşları məlumatlar üzrə əlaqələndirilməklə, həmin uşaqların tapılması təmin edilərək ailə üzvlərinə təhvil verilib.

Vətəndaşlardan xahiş edirik ki, övladlarını nəzarətsiz qoymasınlar.

DİN tərəfindən respublikamızın bütün istirahət rayonları üzrə təhlükəsizlik və ictimai qaydanın effektiv qorunması məqsədilə xidmət təşkil edilib, xidmətə əlavə qüvvə çıxarılıb. Hazırda bütün rayonlar üzrə xidmət davam etdirilir", - müraciətdə deyilir.

Paylaş:
Baxılıb: 657 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Sosial

MEDİA

Gündəm

Sosial

İqtisadiyyat

İqtisadiyyat

Gündəm

Analitik

Braziliya seçkiləri

08 Oktyabr 09:17  

Sosial

Payız depressiyası...

08 Oktyabr 08:52

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31