Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Prezidentin şedevr müsahibəsindən sonra

Prezidentin şedevr müsahibəsindən sonra

05.08.2023 [16:02]

Rusiya Azərbaycan - Ermənistan sazişi üçün Azərbaycanın konstitusiyasında dəyişikliklər istəyir, ya da .....

"Rusiya XİN - in MDB ölkələri üzrə Departament direktoru D.Qonçarın bu sözlərindən sonra Rusiyanın Azərbaycan- Ermənistan normallaşma prosesini hara və hansı prinsiplərlə aparmaq istədiyinə gərək şübhə edən qalmasın."

Bu barədə “Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev özünün fasebook səhifəsindəki paylaşımında qeyd edib. yeniazerbaycan.com paylaşımı təqdim edir:

“Öncə onun bəzi fikirlərinin arxasındakı mənalara və birbaşa məzmunlara bir də baxaq. Qonçar deyib:

1. Ölkələr istənilən şərtlərlə sülh sazişi imzalamağa hazır deyillər. Bəyanatlar versələr də ki, hazırıq, əslində  hazır deyillər...

Mənim şərhim - Az qala Ermənistanın boynuna qoyurlar ki, siz saziş imzalamağa hazır deyilsiniz və  hazır  olmamalısınız....

2.Qonçar sazişin imzalanması üçün bir sıra problemlərin həll olunmalı olduğunu deyib...

Mənim şərhim - bu eynilə mayın 19- da Moskvada XİN- lərin üçtərəfli görüşündən sonra Lavrovun açıq dediyi sözlərin və demək, həmin  siyasətin davamıdır. Lavrov demişdi ki, sərhədlər delimitasiya olunmayınca, sərhədlərdə vəziyyət sabitləşməyincə, Laçın yolunda işlər qaydaya düşməyincə sazişin bir çox maddələrini razılaşdırmaq mümkün olmayacaq. Bu, o deməkdir ki, sülh sazişini mümkün edən bu  üç şərtin üçünün də "ipi bizim əlimizdədir"... Buraxmarıq..

3.Qonçar davam edir:" Sazişə qədər ən böyük problemlərdən biri " Azərbaycanın hüquq sistemində Dağlıq Qarabağ ermənilərinin ( özü də Dağlıq Qarabağ - baxın) təhlükəsizliyinin təmin edilməsi və hamı tərəfindən bu hüquqlara əməl edilməsidir."

Mənim şərhim- Dostlar, tutursunuz ki, cənab Qonçar hara vurur? Bilirsiniz belə həssas və uzaq nöqtəni vurmaq onun təkbaşına işi deyil? Qonçar Azərbaycanın konstitusiya dəyişikliyinə getməsinə və konstitusiyada erməni təhlükəsizliyi ilə bağlı yeni maddənin olmasına eyham vurur. Ya da ermənilərin hüquq və təhlükəsizlikləri  barədə keçmiş sovet dövründə olduğu kimi ayrıca " Azərbaycan Respublikası Qaununun qəbul edilməsinə işarə edir....

4.Qonçarın daha bir çarpaz və nataraş fikri :" Sülh sazişinin həyata keçirilməsi üçün elə bir beynəlxalq dəstək mexanizmi lazımdır ki, Azərbaycanın və Ermənistanın suverenliyi və siyasi müstəqilliyi şübhə altına alınmasın.

Mənim şərhim- baxın, yenə də haranı vurur. Demək istəyir ki, Rusiyasız saziş imzalana bilməz, imzalansa iki ölkənin suverenliyi şübhə altına alınacaq, ən etibarlı beynəlxalq mexanizm isə  Rusiyanın iştirakı ilə saziş imzalamaqdan ibarətdir. Burada İyulun 15- də Brüsseldə üçtərəfli görüşdən sonra Rusiya XİN- in yaydığı acıqlı bəyanat yada düşür .Qonçar həmin bəyanatın leytmotivləri əsasında danışır, daha doğrusu bizə təlqin edir. 15 iyulda Rusiya XİN demişdi ki, Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin ayrıca maddə ilə ehtiva olunduğu sülh sazişinin hazırlanması  və Moskvada üçtərəfli Rusiya- Azərbaycan - Ermənistan sammitində imzalanmasının təşkilinə dəstək verə bilərik.

Həmin şey deyilmi? Sazişdə ermənilərlə bağlı maddə olsun, Moskvada imzalansın və sair. Bunlar " bizsiz, Rusiyasız saziş imzalana bilməz" mesajı deyilmi?!....

Bax, burada məşhur filmdə Molla Sadığın Cahandar ağanın dalınca dediyi " baxarıq, kim at oynadacaq" sözlərini xatırlatmaq istəyirəm.

Onu da deyim ki, Azərbaycan- Ermənistan sazişi məsələsində Rusiyanın açılmamış kartı qalmayıb. Sonda Zaxarovanın sözlərini xatırladım. Dedi ki, Paşinyanın  Qarabağı Azərbaycan ərazisi kimi tanımasından sonra Rusiyanı aşağı  fəallıq göstərməkdə qınaması gülüncdür. Diplomat açıq- aşkar deyir ki, Paşinyan, Qarabağı Azərbaycan ərazisi kimi tanımamalı idin, ya da bizimlə məsləhətləşmədən niyə tanıdın, biz deyəndə tanımalı idin və sair...

Qonçarın saziş barədə bəyanatlarının Azərbaycan prezidentinin Evronyus televiziyasına həqiqətən şedevr müsahibəsindən sonra səsləndirilməsi də diqqət çəkən faktdır. Prezidentimiz çox tutarlı əsas və izahlarla Avropa İttifaqının ən yaxşı vasitəçi ola biləcəyini demişdi. Bundan qabaq eyni məzmunlu bəyanatı Şuşa media forumunda da səsləndirmişdi. Demişdi ki, Brüssel təmaslar üçün əlavə dəstək mexanizmidir və sərhədlər, Naxçıvana yolun açılması kimi həssas məsələlərə toxunmaq imkanı yaradır....

Rusiyanın bundan sonra nələr edə biləcəyini düşünmək lazımdır. Azərbaycan- Ermənistan sülh sazişi ilə bağlı Rusiyanın öz " Konsepsiyasının " olduğuna şübhə yoxdur. Həm də bu " Konsepsiya " əsasən Azərbaycanın ziyanınadır...

Ayrıca şəkildə bu " Konsepsiyanı" tarix üçün təhlil edəcəm.

Bir daha əminəm ki, müharibədən sonrakı siyasi Qarabağ məsələlərinin də uğurlu həlli üçün İlham Əliyevin siyasətinə hamılıqla dəstək verilməlidir.Ölkınin içində birliyin olması çox vacibdir..."

Paylaş:
Baxılıb: 521 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31