Fransa Senatının sədrinə etiraz...
20.07.2023 [11:00]
Larşenin fikirləri vəziyyəti gərginləşdirmək cəhdi kimi qəbul edilir
NARDAR
Fransa yenidən özünün anti-demokratik simasını nümayiş etdirməkdədir. Belə ki, rəsmi Paris Ermənistanın silahlandırılmasını davam etdirmək niyyətindədir. Fransa Senatının sədri Jerar Larşe Parisdə erməni həmkarı Alen Simonyanla görüşdən sonra Makron hökumətini “Ermənistanın təhlükəsizliyini təmin etmək üçün Fransa silahlarının tədarükünü sürətləndirməyə” çağırıb.
Jerar Larşenin bu mövqeyi Azərbaycanda etirazla qarşılanıb. Milli Məclisin Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, deputat Soltan Məmmədov məsələ ilə bağlı Fransa Senatının sədri Jerar Larşeyə və Senatın Fransa-Qafqaz dostluq qrupunun rəhbəri Alen Uperə məktublar ünvanlayıb. Deputat Senatın sədrinin Ermənistan parlamentinin sədri Alen Simonyanla görüşü barədə özünün tviter hesabından paylaşdığı məlumatın Azərbaycan ictimaiyyətində təəccüb və ciddi narazılıqla qarşılandığını ifadə edib. O, Jerar Larşenin Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağ bölgəsini Ermənistanla birləşdirən Laçın yolunun təcili açılması tələbinin, habelə “Ermənistanın təhlükəsizliyinin təminatı” məqsədilə ona Fransa tərəfindən müdafiə xarakterli silahların verilməsinin sürətləndirilməsi yönündə çağırışının regionda vəziyyəti yenidən gərginləşdirmək cəhdi kimi qəbul edildiyini bildirib.
Senat sədrinin mövqeyi beynəlxalq təşəbbüslərə ziddir
Məktubda Fransa Senatı sədrinin fikirlərinin ABŞ və Avropa İttifaqı Şurasının vasitəçiliyi ilə ölkələrin bir sıra mübahisəli məsələləri razılaşdırdığı, danışıqlar prosesində əhəmiyyətli irəliləyişə nail olunduğu vaxta təsadüf etdiyi təəssüflə bildirilib. Baş tutmuş yüksək səviyyəli danışıqlarda Ermənistanın və Azərbaycanın BMT Nizamnaməsinə, 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiqliyini nümayiş etdirərək, bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıdıqlarını bəyan etdikləri diqqətə çatdırılıb. Cənubi Qafqazda dayanıqlı sülhün əldə olunmasına böyük ümidlər yarandığı belə bir həssas dövrdə Fransanın yüksəkvəzifəli dövlət nümayəndəsi tərəfindən səsləndirilən fikirlərin yeni mübahisələr və gərginlik yaratmaqdan başqa heç nəyə xidmət etmədiyi vurğulanıb.
Soltan Məmmədov məktubunda Fransa Senatı sədrinin Laçın yolunun bağlı olması barədə fikirlərinin həqiqəti əks etdirmədiyini, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir neçə gün öncə qəbul etdiyi qərarında Ermənistanın Laçın yolu ilə bağlı müvəqqəti təminat tələbini rədd etdiyini, məhkəmənin nəzarət-buraxılış məntəqəsinin Laçın yolu boyunca hərəkətə mane olmadığına dair qərarını, məhkəmənin ölkəmizin 2022-ci il 21 dekabr tarixli qərarın tələblərini pozduğunu müəyyən etmədiyini diqqətə çatdırıb.
Deputat Ermənistanın iyunun 15-də Azərbaycan hərbçisinin yaralanması ilə nəticələnən hərbi təxribatına, habelə Ermənistan tərəfinin Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) konvoylarından qeyri-qanuni fəaliyyətlər üçün sui-istifadə etməklə müxtəlif növ qaçaqmalın keçirilməsi cəhdlərinin aşkarlanmasına baxmayaraq, Laçın sərhəd-gömrük buraxılış məntəqəsi vasitəsilə humanitar yüklərin, fərdi keçidlərin və tibbi təxliyənin normal qaydada həyata keçirilməsi üçün bütün imkanların yaradıldığını bildirib.
Daha sonra məktubda Ermənistanın beynəlxalq konvensiyaların tələblərini pozaraq, Azərbaycan ərazisində minalar basdırması, nəticədə müharibədən sonra işğaldan azad olunmuş ərazilərdə əksəriyyəti mülki şəxs olmaqla, 300-dən çox insanın mina qurbanı olması barədə məsələyə Fransanın bu günə qədər laqeyd münasibət sərgiləməsi təəssüflə bildirilib.
Soltan Məmmədov məktubunda Jerar Larşeyə Milli Məclisin Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri adından müraciət edərək, onu Cənubi Qafqazda sülh, sabitlik və əməkdaşlıq üçün mühitin yaradılmasına heç bir faydası olmayan, Azərbaycanla Fransa arasında dərin köklərə malik və geniş spektri əhatə edən ikitərəfli münasibətlərə zərər vuran addımlardan və təşəbbüslərdən çəkinməyə dəvət edib.
Dostluq qrupu nə etməlidir?
Soltan Məmmədov Senatın Fransa-Qafqaz dostluq qrupunun rəhbəri Alen Uperə ünvanladığı məktubunda isə Fransa Senatı sədrinin fikirlərinin Azərbaycan cəmiyyətində dərin anlaşılmazlıq doğurduğu, Cənubi Qafqazda dayanıqlı sülhün əldə olunmasına böyük ümidlər yarandığı dövrdə Fransanın yüksəkvəzifəli dövlət nümayəndəsinin səsləndirdiyi müharibəyə və silahlanmaya çağırışların bizim xalqlarımızın təhlükəsiz, azad və firavan gələcəyinə xidmət etmədiyi bildirilib.
Deputat son dövrlərdə Azərbaycanla Fransa arasında bir çox sahələri əhatə edən, xalqlarımızın ortaq maraqlarından irəli gələn tərəfdaşlıq əlaqələrinin zədələndiyini, hər iki ölkənin parlamentlərində fəaliyyət göstərən dostluq qruplarının qarşılıqlı etimad mühitinin bərpa olunması üçün səylərini bundan sonra da davam etdirməsinin vacibliyini qeyd edib. Soltan Məmmədov senatorun Fransa ilə Azərbaycan arasında dərin tarixi köklərə malik əlaqələri yüksək qiymətləndirdiyini bildiyini, onun bütün imkanları səfərbər edərək, Fransa ictimaiyyətinə, Senat rəhbərliyinə və üzvlərinə Azərbaycanın haqlı və ədalətli mövqeyini çatdırmaq üçün əlindən gələni edəcəyinə dair əminliyini ifadə edib.
Məktubun sonunda Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri belə bir həssas dövrdə beynəlxalq ictimaiyyətdən, müxtəlif ölkələrin yüksək dövlət vəzifələri tutan, ictimai rəyə təsir imkanlarına malik olan siyasətçilərdən, o cümlədən fransalı siyasətçilərdən gözləntilərin müharibəyə çağırışlar deyil, sülh, əməkdaşlıq və birgəyaşayış formulunu tapmağa yardım etmək olduğunu diqqətə çatdırıb.
Xəbər lenti
Hamısına baxGündəm
15 İyun 00:14
Xəbər lenti
14 İyun 21:52
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45

