İnformasiya cəmiyyəti və Azərbaycan
17.05.2023 [10:48]
17 may - Ümumdünya İnformasiya Cəmiyyəti günüdür
Yeganə BAYRAMOVA
İnformasiya-kommunikasiya texnologiyaları (İKT) hər bir sahəyə aid məlumatların toplanmasında, emalında və ötürülməsində mühüm rol oynayır. İKT-nin inkişaf etdirilməsi zərurəti indiki qloballaşma dövründə daha çox hiss olunur. Bu texnologiyaların sürətlə inkişafı və yayılması bəşəriyyətin inkişafı üçün də geniş imkanlar yaradır. Bəşəriyyətin yeni inkişaf dövrünə qədəm qoyması yeni cəmiyyətin formalaşmasını da labüd edir.
Beləliklə, informasiya və texnologiya əsrində zamanın tələbi ilə cəmiyyət də informasiyalaşdırılıb. Başqa sözlə desək, informasiya cəmiyyəti təşəkkül tapıb. Bu gün informasiya cəmiyyəti mahiyyət etibarı ilə qlobal xarakter alıb. Hətta bu cəmiyyətin şərəfinə yeni bir təqvim də təsis edilib. Belə ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası 2006-cı ildə 17 may tarixini “Ümumdünya İnformasiya Cəmiyyəti günü” elan edib.
Bu günün may ayının 17-də qeyd olunmasının tarixi səbəbləri var: məhz həmin gün 1865-ci ildə Parisdə 20 Avropa ölkəsinin nümayəndələri tərəfindən Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) yaradılması haqqında müqavilə imzalanıb. Belə bir İttifaqın yaradılmasının əsas məqsədi həmin dövrə məxsus teleqraf əlaqələri üçün vahid standartları müəyyən etmək idi.
Dünya ölkələrində olduğu kimi Azərbaycanda da 17 - may Ümumdünya İnformasiya Cəmiyyəti günü kimi qeyd olunur. Bu gün üçün hər il bir mövzu müəyyən edilir. 2023-cü ilin mövzusu “İnformasiya və kommunikasiya texnologiyaları vasitəsilə ən az inkişaf etmiş ölkələrin səlahiyyətlərinin artırılması”dır.
Qeyd edək ki, Azərbaycan BMT-nin Beynəlxalq Telekommunikasiya İttifaqı ilə münasibətlərini yüksək səviyyədə həyata keçirir. Ölkəmiz 1992-ci ildən bu təşkilatın üzvüdür. Bu gün ölkəmizdə dövlət idarəçiliyi, təhsil, səhiyyə, biznes, bank işi və digər sahələrdə yeni dəyərlər yaradan İKT ictimai-iqtisadi münasibətlərin vacib tərkib hissəsinə çevrilib. İnternet mediasının inkişafı, internetdə fikir və söz azadlığının mövcudluğu, elektron qəzet və jurnalların, sosial şəbəkələrin geniş yayılması İKT-nin cəmiyyətə verdiyi yeni imkanlardır.
Bu gün ölkəmizdə təhlükəsizlik məsələləri, eləcə də internetin, informasiya cəmiyyətinin inkişafı diqqət mərkəzindədir. Belə ki, Azərbaycanda informasiya cəmiyyətinin qurulması dövlət siyasətinin əsas prioritetlərindən biri kimi qəbul edilib. Bu siyasətin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Məhz onun Sərəncamı ilə “Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər” təsdiq edilib.
Ulu Öndərin siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Həmin tədbirlərin davamı olaraq “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya həyata keçirilib. Milli Strategiyanın əsas məqsədi ölkədə informasiya cəmiyyətinin bərqərar olması, onun yaratdığı imkanlardan vətəndaşların, cəmiyyətin, dövlətin inkişafı üçün səmərəli istifadə edilməsi idi. Azərbaycan informasiya cəmiyyətinin, elektron dövlətin, İKT infrastrukturunun inkişaf səviyyəsinə görə dünyada qabaqcıl mövqe tutur. Müvafiq beynəlxalq təşkilatların illik hesabatları da bunu təsdiq edir.
Ümumiyyətlə, informasiya cəmiyyətinin formalaşması prosesi mürəkkəb və çoxşaxəlidir. Bu prosesin müvəffəqiyyətlə həyata keçirilməsi üçün cəmiyyətin hər bir üzvünün informasiya texnologiyalarının gündəlik həyatımızda əhəmiyyətini dərk edərək bu prosesdə yaxından iştirak etməsi vacib şərtdir.
Xəbər lenti
Hamısına baxSosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03

