Onlarla fəxr edirik!
01.04.2023 [12:00]
Google”da çalışan azərbaycanlıları tanıyaq!
MÜŞFİQƏ
1 aprel 2004-cü il... Dünyadakı ən böyük axtarış sistemi olan “Google”-nın təqdimatından 19 il keçir. Şirkətin ən önəmli resursları isə işçiləridir - onlara yüksək aylıq maaşlar verməklə yanaşı, asudə vaxtlarının da səmərəli keçirilməsi üçün xüsusi səy göstərilir. “Business Insider” baş proqram mühəndislərinin 475 min dollar maaş aldığı “Google”da satış üzrə mütəxəssislərə 50,200 dollar ödənilir.
“Google” özü məni tapdı, işə dəvət etdi
Xüsusilə də gənclər burada işləməyə can atırlar. Qürur hissi ilə deyə bilərik ki, həmin gənclər sırasında azərbaycanlılar da yer alır. Xüsusilə də London və Kaliforniya ofislərində işləyən həmvətənlərimizin sayı üstünlük təşkil edir. Belə gənclərdən biri də Esmiralda Şirinovadır. Esmiralda hazırda London ofisində çalışır. O deyir ki, başına gələn ən maraqlı hadisə məhz “Google” şirkəti tərəfindən iş təklifi almağıdır. “Onsuz da məndən daha yaxşıları var”, - deyə düşünüb “Google”a sənədlərini verməyibmiş. Lakin taleyin işinə bax ki, şirkətin özü həmyerlimizi “Linkedin” vasitəsilə tapıb və işə dəvət edib. “Ona görə daim özünə inanmaq, lazım gəldikdə risk etmək, belə şansları əldən qaçırmamaq lazımdır”, - deyə o, vurğulayıb: “Hazırda işlədiyim komandada mənimlə birlikdə çalışan üç azərbaycanlı var. Birlikdə vaxt keçirməyə çalışırıq. Böyük şirkətlərdə işləməyin öz çətinlikləri var. Təsəvvür edin, şirkətin 90 min işçisi var. Bu qədər parlaq beyinli insanların arasında necə fərqlənəcəyəm deyə düşünürsən. İşçi kimi fərqli ideya tapmalı və onu insanlara təsdiq etməlisən”.
Səngərdə əsgərlərimiz, “Google”da isə o...
Daha bir qürur duyacağımız gəncimiz isə Nicat Zeynalovdur. Hazırda “Google”nin San Fransisko ofisində “software” mühəndisi kimi çalışır. Nicat Vətən müharibəsindən sonra “Google maps”dəki adların dəyişdirilməsində iştirak edib: “Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi zamanı gedən dəyişikliklərin beynəlxalq hüquq normaları və “Google”nin öz daxili normaları çərçivəsində “Google maps” xəritəsində əks olunması üçün səylər göstərdim. Onlardan biri “Madagis”in “Suqovuşan”a dəyişməsi oldu. Qarabağın ətrafında “Disputed area” kimi qeyd edilən qırıq-qırıq xətlərin yığışdırılması, eləcə də yerlərin adlarının Azərbaycanca göstərilməsini təşkil etdim. Çünki bura Azərbaycanın ərazisidir və dilimiz Azərbaycan dilidir”.
Masallıdan Kaliforniyaya gedən yol...
Daha bir gəncimiz Rəhim Rəhimli Masallıda dünyaya gəlib. BANM-da təhsil alarkən universitetdə “Google Play” üçün bir neçə tətbiqetmələr hazırlayıb. Prezident təqaüdçüsü olub. Təhsilini başa vurduqdan sonra ABŞ-ın EPAM şirkətində, daha sonra isə “Google”da işə qəbul olub: “Google Cloud”un Kaliforniya (Silikon Vadisi) komandasında çalışıram. İşim software development - proqram təminatının yaradılmasından və sazlanmasından ibarətdir. “Google”da çox fərqli bir mühit var. Bura data driven şirkətdir, yəni bütün qərarların arxasında data (məlumat) dayanır. İstəyərdim ki, ölkəmiz, eləcə də dünya üçün faydalı insan olum”.
Xəbər lenti
Hamısına baxElm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07

