Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Şamil Ayrım: “Azərbaycanlıların 31 Mart qəddar soyqırımına nəruz qalmasının tarixdə bir daha təkrarlanmayacağına əminəm”

Şamil Ayrım: “Azərbaycanlıların 31 Mart qəddar soyqırımına nəruz qalmasının tarixdə bir daha təkrarlanmayacağına əminəm”

31.03.2023 [12:56]

“31 mart soyqırımı azərbaycanlılara qarşı törədilən qəddar bir siyasətdir.  Qüdrətlənən Azərbaycan Qarabağ zəfəri ilə 200 il boyunca davam edən belə vəhşi davranışlara son qoydu. Əminəm ki, güclü lider, xalq və ordu birliyi ilə Azərbaycan 31 Mart qəddar soyqırımının tarixdə bir daha təkrarlanmasına yol verməyəcək gücdədir”.

Bu fikirləri “Yeni Azərbaycan” qəzetinin Ankara bürosuna açıqlamasında Türkiyəli millət vəkili, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrım bildirib.

“Tarixə baxdığımız zaman Azərbaycan türkləri 1905, 1918, 1930, 1948, 1992-ci ildə soyqırıma məruz qalıb” deyə bildirən millət vəkili 31 mart 1918-ci ildə Azərbaycan türklərinin soyqırıma məruz qalmasının simvolik bir tarix olduğunu qeyd edib: “Bu qanlı hadisələr 1918-ci ildə yalnız 31 martda Azərbaycanda baş verən bir proses deyildi. Türkiyədə Ərzurum, Ərzincan, Qars ilə eyni vaxtda Lənkəranda, Qubada bu qırğınlar törədilmişdi. Bakıda, Şamaxıda, Zəngəzurda - təkcə bu 3 ərazidə 30 minə yaxın müsəlman türkləri qətlə yetirilmişdi. Bu qırğınlar beləcə 5-6 ay davam etmişdi. 

Bu qanlı cinayətlərin tarixə keçməsi, yeni nəslin yaddaşlarında qalması və hər zaman ayıq-sayıq olmamız üçün Ulu Öndər Heydər Əliyevin daha bir müdrik addımı ilə - 26 mart 1998-ci il tarixli Sərəncamı əsasında 31 Mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olundu. 

Məlumdur ki, bu qətliamlar ermənilərin əli ilə edilib, sonradan müxtəlif dövlətlərdən də bu qanlı cinayətlərdə iştirak edənlər olub. Azərbaycan Türklərinə qarşı edilən bu soyqırım hadisələrində onları öz ata-baba torpaqlarına bu yolla çıxarma cəhdləri də vardı. Hazırda Qarsda, İğdırda əksəriyyət insanlar İrəvan əsillidir. Bununla da erməni silahlıların əli ilə 80 faizdən çoxu müsəlman türkü olan İrəvanın demoqrafik qurluşunu dəyişdirdilər”.  

Şamil Ayrım onu da bildirib ki, Türkiyədə mütəmadi olaraq Azərbaycanla bağlı həqiqətləri, o cümlədən 31 Mart Azərbaycanlıların soyqırımı mövzusunu dilə gətirir: “Türkiyədə hər il bu mövzu ilə bağlı müvafiq dairələrdə çıxışlar edilir. 31 mart hadisələri zamanı həyatını itirən bütün Azərbaycan türklərini, o cümlədən  Çanaqqalada şəhid olan azərbaycanlıları ehtiramla yad edirəm, Allahdan rəhmət diləyirəm”.
Azərbaycan Ordusunun Laçın yolundakı hakim yüksəklikləri və sərhədboyu geniş sahələri nəzarətə götürməsi ilə bağlı dünən yayılan rəsmi məlumatdan qürur hissləri yaşadığını bildirən Azərbaycan əsilli millət vəkili deyib ki, tolerant ölkə olan və regionda böyük gücə cevrilən ölkəmizdə bir daha belə soyqırım hadisələrinin yaşanmayacağına inanır: “Çox millətləri özündə birləşdirən Azərbaycan doğru, haqlı bir yolu ilə Qafqazda parlayan bir ulduza çevrilib. Qarabağın Azərbaycan torpaqları olmasını döyüş meydanında da, diplomatik müstəvidə də, xalqının sözü ilə də bildirdi. 110 gündür Azərbaycanlı aktivistlər Laçın yolunda iradə nümayiş etdirir. Artıq güclü bir Azərbaycan var. Cənab İlham Əliyev də dəfələrlə söylədi ki, Qarabağda yaşayan ermənilər Azərbaycan qanunları çərşivəsində yaşamaq hüququna malikdirlər, istəmirlərsə Azərbaycanın tarixi Qarabağ  torpaqlarını tərk etməlidirlər.  Qərbin əli ilə Qarabağın münqaişə yuvasına çevrilməsinə bir daha yol verilməyəcək. Bütün dünyaya nümunə olan Azərbaycan-Türkiyə müttəfiqliyi, güclənməkdə olan dünya türk biliyi bunun qarşısını alacaq. 200 il boyunca zülmə, soyqırıma, didərginlik həyatına məruz qalan  Azərbaycan türkləri bir daha qəddar haqsızlıqlarla üzləşməyəcək.  Çünki Azərbaycan 2020-ci ildə qazandığı şanlı Zəfər ilə zülmə son qoydu”.

Sevil Hilalqızı Ünal, Ankara

Paylaş:
Baxılıb: 318 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Dialoqlar

16 May 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

16 May 08:33  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31