Heydər Əliyev yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / “Xanoba” dövlət sərhədindən buraxılış məntəqəsi istifadəyə verilib

“Xanoba” dövlət sərhədindən buraxılış məntəqəsi istifadəyə verilib

17.03.2023 [13:22]

Rusiya Federasiyası ilə sərhəddə yerləşən Şimal Ərazi Baş Gömrük İdarəsinin "Xanoba" dövlət sərhədində buraxılış məntəqəsi istifadəyə verilib.

Bu münasibətlə təşkil olunan açılış mərasimində Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev, Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk, Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov və digər rəsmi şəxslər iştirak edirlər.

Nümayəndə heyətinin üzvləri əvvəlcə Xaçmaz şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, xatirəsini ehtiramla anıblar.

Azərbaycan və Rusiyanın hökumət nümayəndələri “Samur”, "Yaraq-Qazmalar” gömrük-keçid məntəqələrinə baxış keçirəcək, sonra “Xanoba” gömrük-keçid məntəqəsinin açılışı olacaq.

"Xanoba" gömrük postundakı inşaat işləri Prezident İlham Əliyevin 2020-ci ilin aprel ayında imzaladığı Sərəncama əsasən aparılıb.

Postda gömrük rejimi zonası, idxal-ixrac nəzarət xətləri, eləcə də inzibati bina inşa olunub, gömrük postu ən müasir avadanlıqlarla təchiz edilib.

"Xanoba" gömrük postu Şimal-Cənub nəqliyyat dəhlizi vasitəsilə yüklərin daha sürətli daşınmasına, sərhədkeçmə proseslərinin asanlaşdırılmasına, ölkəmizin tranzit imkanlarının genişlənməsinə, xüsusilə Azərbaycan- Rusiya sərhədində yaranan növbələrin tam aradan qaldırılmasına şərait yaradacaq.

Paylaş:
Baxılıb: 68 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Sosial

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31