Azərbaycan BMT-də: sıravi üzvdən ən nüfuzlu dövlətlər sırasına... – TƏHLİL
02.03.2023 [15:06]
Azərbaycan həm ikitərəfli münasibətlər, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini uğurla davam etdirir. Bu baxımdan, ölkəmizin Birləşmiş Millətlər Təşkilatında yüksək fəallığı da diqqəti cəlb edir.
Azərbaycan düz 31 il əvvəl - 2 mart 1992-ci ildə üzv seçildiyi bu təşkilatda müvəffəqiyyətlə təmsil olunmaqla tarixi nailiyyətlərə imza atır. Bir zamanlar BMT sıralarında sıravi üzv olan Azərbaycan indi qurumun ən prestijli dövlətlərindən birinə çevrilib.
Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra Azərbaycan BMT-nin tribunasından fəal istifadə etməyə başlayıb. Heydər Əliyev bir neçə dəfə BMT Baş Məclisinin iclaslarında iştirak edib, ölkəmizlə bağlı, xüsusilə Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə əlaqədar həqiqətləri dünya ictimaiyyətinə çatdırıb.
Prezident İlham Əliyev də Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədləri əsasında ərazi bütövlüyünün dəstəklənməsi, işğal olunmuş bütün ərazilərdən Ermənistan qüvvələrinin tam və qeyd-şərtsiz çıxarılmasının təmin olunması istiqamətində BMT çərçivəsində fəal diplomatik iş aparılmasını xüsusi diqqət mərkəzində saxlayıb.
Dövlətçilik tariximizin ən mühüm hadisələrindən biri isə, şübhəsiz ki, 2011-ci il oktyabrın 24-də Azərbaycanın 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsidir. Bu dövrdə Azərbaycanın təşəbbüsü ilə BMT TŞ-də dünyanı narahat edən bir sıra mühüm məsələlər gündəliyə daxil edilib və səmərəli müzakirələr aparılıb, müvafiq qərarlar verilib, sənədlər qəbul edilib. Azərbaycan BMT TŞ-dəki fəaliyyəti ilə humanizm dəyərlərinə, dünyanın müxtəlif regionlarındakı münaqişələrin aradan qaldırılması üçün göstərilən səylərə verdiyi önəmi nümayiş etdirib. Bütövlükdə, ölkəmizin bu quruma sədrliyi müddətində ümumilikdə qurumun 59 açıq və qapalı iclası keçirilib, 7 qətnamə, Şura sədrinin 3 bəyanatı və 13 mətbuat bəyanatı qəbul edilib.
Azərbaycan Prezidenti İlham Əliyev milli maraqlara, müasir çağırışlara uyğun fəaliyyəti ilə mühüm reallıqlar formalaşdırıb, bir çox ilklərə və yeniliklərə imza atıb. Məlumdur ki, Azərbaycanın 44 günlük müharibədə möhtəşəm qələbə qazanaraq torpaqlarını işğaldan azad etməsi təkcə ərazi bütövlüyünün və tarixi ədalətin bərpası deyil. Bu, eyni zamanda, dünyada yeni nümunənin - mühüm presedentin yaradılmasıdır. Söhbət Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının uzun illər kağız üzərində qalmış 822, 853, 874 və 884 saylı qətnamələrinin icrasına nail olmaqdan gedir. Bu, eyni zamanda, BMT-nin korlanmış imicinin bərpası üçün yeni nümunə yaradılması və ya şərait formalaşdırılması baxımından önəmlidir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını özü təmin etdi və bu, yəqin ki, BMT-nin təsis edildiyi vaxtdan bu günə qədər dünyada ilk belə haldır.
İndi yeni reallıqlar - postmüharibə gerçəklikləri mövcuddur. Azərbaycan regionda sülhə, sabitliyə - təhlükəsizliyə, əməkdaşlığa və inteqrasiyaya xidmət edən mühüm təklif və təşəbbüslərlə çıxış edir. Yeni reallıqlar fonunda regionda kommunikasiyalar bərpa olunmalı, sərhədlər dəqiqləşdirilməli, sülh müqaviləsi imzalanmalıdır. Amma eyni zamanda, Ermənistan 30 ilə yaxın davam edən işğal müddətində, həmçinin 44 günlük İkinci Qarabağ müharibəsi zamanı törətdiyi bütün cinayətlərə görə beynəlxalq hüquq qarşısında cavab verməli, maddi-mənəvi ziyanın bədəlini ödəməlidir. Bununla bağlı beynəlxalq təcrübə - presedent mövcuddur.
İraq 1990-1991-ci illərdə Küveytin işğalına görə 50 milyard dollardan çox təzminatın ödənişini başa çatdırıb. Proses Təzminat Komissiyasının işi nəticəsində həyata keçirilib. Komissiya isə 1991-ci ilin yazında BMT Təhlükəsizlik Şurasının qətnamələri ilə təsis olunub, hərbi müdaxilə nəticəsində vətəndaşlara, kompaniyalara, hökumətlərə və beynəlxalq təşkilatlara dəyən birbaşa zərərin ödənilməsi istiqamətində fəaliyyət göstərib. BMT Təhlükəsizlik Şurasının müvafiq qərarları əsasında təzminat ödənişi həyata keçirilib.
Eyni təcrübə Ermənistana qarşı nə üçün tətbiq edilməsin? Axı beynəlxalq ictimaiyyət, o cümlədən BMT-nin müvafiq strukturları Ermənistanın Azərbaycana məxsus sərvətləri talamasından, iqtisadi resursları qanunsuz mənimsəməsi və istismar etməsindən, kəndləri, şəhərləri, qəsəbələri dağıtmasından, maddi-mədəni irsə qarşı soyqırımı siyasəti həyata keçirməsindən xəbərdardır. BMT-nin aidiyyəti təsisatları faktları əsas götürməklə, müvafiq araşdırma aparmaqla Ermənistana qarşı qətnamələr qəbul etməli, bu ölkənin cəzalandırılması və Azərbaycana təzminat ödəməsi ilə əlaqədar müvafiq mexanizm yaratmalıdır. Dünya təcrübəsi ilə yanaşı, beynəlxalq hüquq normalarının tələbləri də ortadadır. Elə BMT tərəfindən 2001-ci ildə qəbul edilmiş “Dövlətlərin beynəlxalq-hüquqazidd əməllərinə görə məsuliyyəti” adlı qətnamənin 31-ci maddəsində təsbit edilib ki, beynəlxalq səviyyədə qanunsuz əməl törətmiş dövlət dəymiş maddi və ya mənəvi zərəri tam kompensasiya etməlidir.
Bir vaxtlar Məhəmməd Hadi deyirdi ki, “yox millətimin imzası imzalar içində”. İndi BMT-nin 30 il ərzində kağız üzərində qalmış qətnamələrinin icrasına öz hərbi-siyasi gücü ilə nail olan Azərbaycan adlı qalib dövlətin üçrəngli bayrağı ən yüksək zirvələrdə dalğalanır. Və bütün dünya bilir ki, Azərbaycanın Liderinin sözü imzası qədər dəyərli və keçərlidir!
Xəbər lenti
Hamısına baxDünya
07 İyun 20:17
Dünya
07 İyun 19:31
Sosial
07 İyun 18:34
Sosial
07 İyun 17:12
Siyasət
07 İyun 16:13
Dünya
07 İyun 15:40
Dünya
07 İyun 14:27
Dünya
07 İyun 13:31
Dünya
07 İyun 12:25
Dünya
07 İyun 11:19
Dünya
07 İyun 10:21
Dünya
07 İyun 09:50
Hadisə
07 İyun 08:39
Dünya
06 İyun 21:43
Dünya
06 İyun 20:35
YAP xəbərləri
06 İyun 19:31
Dünya
06 İyun 19:17
Siyasət
06 İyun 18:58
Dünya
06 İyun 18:22
Dünya
06 İyun 17:31
Maraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22
Dünya
06 İyun 12:45
Gündəm
06 İyun 12:37
Gündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29

