Müzakirələr nə vəd edir?
22.02.2023 [10:48]
Blinken-Çavuşoğlu görüşündə Cənubi Qafqazdakı vəziyyət diqqət mərkəzində olub
Nardar BAYRAMLI
ABŞ Dövlət katibi Antoni Blinkenin Türkiyəyə səfəri zamanı həmkarı Mövlud Çavuşoğlu ilə görüşündə bir sıra məsələlər, o cümlədən Cənubi Qafqazdakı vəziyyət müzakirə olunub. “Bu günlərdə Antoni Blinkenin Azərbaycan və Ermənistan liderləri ilə təmasları oldu. Məqsədimiz Cənubi Qafqazda davamlı sülhün və stabilliyin əldə olunmasıdır. Biz bu istiqamətdə birgə səylərə göstərməyə davam edəcəyik” - deyə M.Çavuşoğlu A.Blinkenlə birgə mətbuat konfransında deyib.
Tərəflər arasında Cənubi Qafqazla bağlı müzakirələr regionda sülh və təhlükəsizliyin təmin olunmasına öz təsirini göstərə bilərmi? Məsələ ilə bağlı qəzetimizə açıqlama verən Milli Məclisin deputatı Şahin İsmayılov bildirib ki, bölgədə sabitliyin təmin olunması sülhsevər ölkələrin marağındadır. Bu baxımdan, ABŞ dövlət katibi Antoni Blinkenlə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında Cənubi Qafqazda vəziyyətə dair müzakirələrin aparılması əhəmiyyətlidir. Onun sözlərinə görə, son zamanlar ABŞ Cənubi Qafqaz siyasətində fəallığını artırıb. Dövlət katibi Antoni Blinkenin mütəmadi olaraq regionla təmasları davam etdirməsi ABŞ-ın bölgə ilə bağlı mövqeyinin göstəricisidir. Məlumdur ki, bugünlərdə Almaniyada keçirilmiş Münhen Təhlükəsizlik Konfransında A.Blinkenin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın görüşü keçirildi. Həmin üçtərəfli görüşdə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması, sülh sazişi məsələsi müzakirə olunub. Bu baxımdan, ABŞ rəsmilərinin Azərbaycan və Ermənistanla təmaslarını artırması regionda sülhün təmin olunması baxımından önəmlidir. ABŞ Cənubi Qafqazda sülh və əməkdaşlıq mühitini dəstəklədiyini dəfələrlə bəyan edib. Eyni zamanda, A.Blinkenin müavini Karen Donfrid də mütəmadi olaraq regionda təmaslar qurur, hər iki ölkənin xarici işlər nazirləri ilə danışıqlar aparır. K.Donfridin ötən il regiona səfəri zamanı verdiyi açıqlamalarda nəqliyyat əlaqələrinin açılmasına da dəstək ifadə edilirdi. O, Zəngəzur dəhlizinin açılmasının əhəmiyyətini vurğulamışdı. Bu dəhlizin reallaşması həqiqətən də, nəinki region ölkələri, o cümlədən geniş ticarət əlaqələrinə malik olan Qərb ölkələri ilə Asiya dövlətləri üçün də tamamilə sərfəlidir.
Türkiyənin regionun böyük və güclü dövləti olduğunu deyən həmsöhbətimiz əlavə edib ki, rəsmi Ankaranın regiondakı proseslərə təsir rıçaqları da güclüdür: “ABŞ Dövlət katibi Blinken qardaş ölkəyə səfəri zamanı zəlzələ bölgəsinə gedib, türkiyəli həmkarı ilə helikopter vasitəsilə zəlzələnin ağır nəticələrini izləyib. Türkiyə üçün indi çətin bir dönəm olsa da, Blinkenlə Çavuşoğlunun görüşündə Cənubi Qafqazdakı vəziyyətin müzakirə olunması müsbət haldır. Türkiyə Azərbaycana dost və qardaş dövlətdir. Bütün platformalarda qardaş ölkə Azərbaycanın mövqeyini dəstəkləyib. 30 illik işğal dövründə rəsmi Ankara Ermənistanın təcavüzkar siyasətinin dünyada ifşa olunması üçün fəal siyasət həyata keçirib. 44 günlük Vətən müharibəsində də qardaş ölkənin dəstəyi möhtəşəm oldu. Bütün Türkiyə xalqının göstərdiyi mənəvi və siyasi dəstək bizi daha da ruhlandırdı. Eyni zamanda, Ermənistanı dəstəkləyən bəzi beynəlxalq güclər Türkiyə faktorundan ehtiyat edərək ölkəmizə qarşı hər hansı addım atmaqdan çəkindilər. Türkiyə təkcə ona görə Azərbaycanı müdafiə etmir ki, biz dost və müttəfiq ölkələrik. Məsələ ondadır ki, Azərbaycanın mövqeyi ədalətlidir və beynəlxalq hüquqa əsaslanır. Bu səbəblərə görə Türkiyə hər zaman Azərbaycanın yanındadır”.
Millət vəkili qeyd edib ki, ABŞ dövlət katibi Blinkenin Mövlud Çavuşoğlu ilə Cənubi Qafqazı müzakirə etməsi məhz Türkiyənin regionda nüfuzu ilə bağlıdır. Hər kəs bilir ki, Türkiyənin iştirakı olmadan regiondakı problemləri həll etmək mümkün deyil. “Hesab edirəm ki, Blinkenlə Çavuşoğlunun apardığı müzakirələr Cənubi Qafqazda sülhün təmin edilməsi istiqamətində irəliyə doğru addımdır. Bölgədə sülhün və təhlükəsizliyin təmin olunması ilə bağlı Azərbaycan öz mövqeyində haqlıdır və bunu bütün dünyaya bəyan edir. Beynəlxalq birlik, o cümlədən ABŞ bu məsələdə obyektiv yanaşma sərgiləməlidir. Təəssüf ki, biz bəzi beynəlxalq təşkilatların və ölkələrin erməni lobbisinin təsiri ilə qeyri-obyektiv yanaşmalar sərgilədiyini görürük. ABŞ bölgədə sülhün təmin olunması üçün Ermənistana təsir göstərməlidir”, - deyə millət vəkili vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41

