Xocavəndin Ərəkül kəndi ərazisində orta əsrlərə aid müsəlman qəbiristanlığı aşkarlanıb
12.01.2023 [14:55]
Xocavənd rayonunun Ərəkül kəndi müxtəlif vaxtlarda Hərəkül, Qara Quzey, Arakel adları ilə tanınıb. Tarixi məlumatlara əsasən, kənddə 1840-ci ildə Cənubi Azərbaycanın Qaradağ mahalındakı Sevakar kəndindən və İrəvan əyalətinin Qafan mahalından köçüb gəlmə erməni ailələri məskunlaşmışdı. 1988-ci ildə Ermənistandan qovulmuş Azərbaycan ailələri kənddə məskunlaşdıqdan sonra əhalinin xahişi ilə yaşayış məntəqəsi Azərbaycan şairi və Səfəvilər dövlətinin görkəmli xadimi Şah İsmayıl Xətainin şərəfinə Xətai adlandırılıb.
AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutuna 2022-ci il oktyabrın 15-də Xocavənd rayonunun Ərəkül (Xətai) kəndi ərazisində insan qalıqlarının aşkar edilməsi ilə bağlı məlumat daxil olub. Məlumatı ərazidə fəaliyyət göstərən “Caspian Geomatic” MMC-nin əməkdaşları tərəfindən verilib. İnstitut rəhbərliyinin göstərişi ilə Xocavənd-Füzuli arxeoloji ekspedisiyasının əməkdaşı Vüsal Həsənov aidiyyəti qurumların nümayəndələri ilə bərabər əraziyə baxış keçirib.
İnstitutdan bildirilib ki, aşkar edilmiş insan qalıqları Xocavənd rayonunun Ərəkül kəndinin şimalında, təbii təpəliklərin üzərində yerləşir. İnsan qalıqları Ərəkül kəndi ilə qonşu kəndləri əlaqələndirən torpaq yolun kənarlarında aşkarlanıb.
Torpaq yolun çəkilişi zamanı təpə üzərində olan məzarlıq ərazisi iki hissəyə bölünüb. Yolun üzərinə düşən qəbirlər zamanında dağıdılıb. Qəbiristanlığın üst torpaq səviyyəsi yoldan ortalama 3-4 metr yüksəklikdə yerləşir. Yolun hər iki kənarında, qərb-şərq istiqamətində ən az beş qəbir kamerasını divar kəsiyindən izləmək mümkündür. Su axıntılarından baş verən sürüşmə nəticəsində qəbir kameraları bir hissəsi tam, digərləri qismən dağılıb.
Qəbiristanlığın dövrünü və dəfn adət-ayinlərini müəyyən etmək məqsədilə divarda izlənən qəbirlərdən biri arxeoloq tərəfindən açılıb. Məlum olub ki, sürüşmə prosesində skeletin kəllə sümüyü itirilsə də, digər sümüklər anatomik şəklini qoruyub. Yaşlı insana aid olan qəbirdə dəfn islam qaydalarına uyğun həyata keçirilib. Qəbir mövcud torpaq səviyyəsindən 2.10 metr dərinlikdə yerləşir.
Arxeoloq-antropoloq Vüsal Həsənov tərəfindən skeletlərin ilkin müayinəsi zamanı məzarlığın orta əsrlərə (XIII-XV) aid olduğu müəyyən edilib. Qəbirlərin heç birində yerüstü əlamətlər müşahidə edilməyib. Kamera indiki torpaq səviyyəsindən 40-50 sm aşağıda yerləşir. Bu da onu deməyə əsas verir ki, uzun zaman ərzində təpəliklərdən gələn axıntılar yeni torpaq qatı formalaşdırıb. Qəbirlərdə yerüstü əlamətlərin olmaması səbəbindən bu məzarlar diqqətdən kənarda qalmışdı.
Xatırladaq ki, Ərəkül kəndində ermənilərə məxsus qəbiristanlıq XIX-XX əsrlərə aiddir. Bu, onların yuxarıda qeyd edildiyi kimi, XIX əsrin 40-cı illərində burada məskunlaşdırılması ilə bağlıdır. Əldə edilmiş dəlillər müsəlman əhalinin bu ərazidə ermənilərdən çox-çox əvvəl yaşadığını sübuta yetirir.
Gələcəkdə abidədə nəzərdə tutulan arxeoloji tədqiqatlar yaşayış məskəninin meydana çıxma tarixi, məzarlığın yaşı və bir sıra sosial-iqtisadi məsələlərə aydınlıq gətirə bilər.
Xəbər lenti
Hamısına baxSiyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
İqtisadiyyat
03 İyul 18:28
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
YAP xəbərləri
02 İyul 14:24
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31

