Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də dəyişiklik edilib

“Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də dəyişiklik edilib

20.12.2022 [15:58]

Prezident İlham Əliyev Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Qanunu imzalayıb.

Qanuna əsasən, Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilir:

- 80-ci maddə aşağıdakı redaksiyada verilir:

“80. Miqrasiya orqanlarının işçilərinin (pensiyaya çıxmış işçilər də daxil olmaqla) və onların ailə üzvlərinin tibbi təminatı “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.”;

- 81-ci maddə ləğv edilir;

- 85-ci maddədə “həyata keçirilir” sözləri “də həyata keçirilə bilər” sözləri ilə əvəz edilir;

- 90-cı maddə aşağıdakı redaksiyada verilir:

“90. Miqrasiya orqanlarının işçiləri hər ay vəzifə maaşlarının 1,1 misli məbləğində vəzifə maaşına əlavə alırlar.”.

Bu Qanun 2023-cü il yanvarın 1-dən qüvvəyə minir.

Paylaş:
Baxılıb: 483 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Analitik

Ədəbiyyat

Sosial

Siyasət

İqtisadiyyat

İqtisadiyyat

Sosial

32 il ötdü...

03 İyul 12:10  

Gündəm

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31