Goranboyda Ulu Öndər Heydər Əliyevin anım günü münasibətilə mərasim təşkil olunub
12.12.2022 [16:24]
97 saylı Goranboy-Ağdam-Tərtər Seçki Dairəsindən Milli Məclisin deputatı Ağalar Vəliyevin təşəbbüsü və İcra Hakimiyyəti ilə birgə təşkilatçılığı ilə Goranboy rayonunda Ümummilli Lider Heydər Əliyevin anım günü münasibətilə mərasim təşkil olunub.
Tədbirdən əvvəl Ulu Öndərin rayon mərkəzindəki abidəsi ziyarət olunub, əziz xatirəsi böyük ehtiramla yad edilib və abidəsi önünə tər gül-çiçək dəstələri qoyulub.
Rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyevin, hüquq-mühafizə orqanlarının rəhbərlərinin, şəhid ailələrinin, qazilərin və ictimaiyyətin nümayəndələrinin iştirakı ilə keçən mərasimdə Heydər Əliyevin Azərbaycanın çağdaş tarixindəki misilsiz xidmətləri xüsusi vurğulanıb.
Qeyd olunub ki, respublikaya rəhbərlik etdiyi bütün dönəmlərdə Ümummilli Lider xilaskarlıq və dövləti inkişaf yoluna çıxarmaq missiyasını layiqincə yerinə yetirib, onun uzaqgörən və məqsədyönlü siyasəti sayəsində müstəqilliyimizin dönməzliyi təmin edilib və Azərbaycan böyük intibah yoluna qədəm qoyub.
Bildirilib ki, Heydər Əliyevin ən böyük missiyalarından və müstəsna xidmətlərindən biri də əsasını qoyduğu hərtərəfli milli intibahı özündən sonra inamla davam etdirə biləcək layiqli varisini yetişdirməsi idi.
Bu gün Prezident İlham Əliyev tərəfindən Ulu Öndərin sosial-iqtisadi inkişaf kursu qloballaşan dünyanın tələblərinə uyğun uğurla davam etdirilir və müasir həyatımızın bütün sahələrində yüksək nailiyyətlər qazanılır.
Müstəqilliyinin ən qüdrətli dövrünü yaşayan Azərbaycan Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qalib dövlət və xalq olaraq şanlı Zəfərimizdən və Böyük Qayıdışımızdan irəli gələn yeni hədəflərin müəyyənləşdiyi bir dönəmdədir.
Mərasimdə bildirilib ki, dövlətçilik salnaməmizə adını qızıl hərflərlə yazan və bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilən Heydər Əliyevin əziz xatirəsini xalqımız həmişə uca tutur.
Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən, 2023-cü il “Heydər Əliyev İli” elan edilib və gələn il dahi şəxsiyyətin 100 illik yubileyi böyük təntənə ilə qeyd olunacaq. Sərəncamda vurğulandığı kimi, müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir.
Xəbər lenti
Hamısına baxMədəniyyət
24 Sentyabr 18:10
Dünya
24 Sentyabr 17:24
Sosial
24 Sentyabr 16:31
Dünya
24 Sentyabr 16:30
Dünya
24 Sentyabr 15:17
Dünya
24 Sentyabr 15:16
Siyasət
24 Sentyabr 15:03
Sosial
24 Sentyabr 14:56
Formula 1
24 Sentyabr 14:55
YAP xəbərləri
24 Sentyabr 14:47
Xəbər lenti
24 Sentyabr 14:42
Elanlar
24 Sentyabr 14:29
YAP xəbərləri
24 Sentyabr 14:10
Siyasət
24 Sentyabr 14:02
YAP xəbərləri
24 Sentyabr 13:52
Dünya
24 Sentyabr 13:50
YAP xəbərləri
24 Sentyabr 13:44
Dünya
24 Sentyabr 13:39
Gündəm
24 Sentyabr 13:06
Gündəm
24 Sentyabr 12:59
Gündəm
24 Sentyabr 12:20
Siyasət
24 Sentyabr 12:07
Elm
24 Sentyabr 12:05
Dünya
24 Sentyabr 12:02
Dünya
24 Sentyabr 12:01
Dünya
24 Sentyabr 11:59
Elm
24 Sentyabr 11:57
Sosial
24 Sentyabr 11:53
Gündəm
24 Sentyabr 11:43
Sosial
24 Sentyabr 11:38
Sosial
24 Sentyabr 11:37
Formula 1
24 Sentyabr 11:35
Hadisə
24 Sentyabr 11:34
Sosial
24 Sentyabr 11:33
Sosial
24 Sentyabr 11:32
Gündəm
24 Sentyabr 11:25
İdman
24 Sentyabr 11:13
Elm
24 Sentyabr 11:11
Elm
24 Sentyabr 11:02
Elm
24 Sentyabr 10:57
Siyasət
24 Sentyabr 10:55
Dünya
24 Sentyabr 10:51
İqtisadiyyat
24 Sentyabr 10:51
YAP xəbərləri
24 Sentyabr 10:49
İdman
24 Sentyabr 10:46
İqtisadiyyat
24 Sentyabr 10:44
YAP xəbərləri
24 Sentyabr 10:28
YAP xəbərləri
24 Sentyabr 10:24
İqtisadiyyat
24 Sentyabr 10:19
Analitik
24 Sentyabr 09:43
Analitik
24 Sentyabr 09:17
Analitik
24 Sentyabr 08:52
Sosial
24 Sentyabr 08:39
Formula 1
24 Sentyabr 08:07
Dünya
24 Sentyabr 07:38
İqtisadiyyat
23 Sentyabr 23:39
Dünya
23 Sentyabr 23:17
Dünya
23 Sentyabr 22:50
Dünya
23 Sentyabr 22:21
Dünya
23 Sentyabr 21:45
Hadisə
23 Sentyabr 21:19
İqtisadiyyat
23 Sentyabr 20:58
Dünya
23 Sentyabr 20:25
İqtisadiyyat
23 Sentyabr 19:42
Dünya
23 Sentyabr 19:17
Sosial
23 Sentyabr 18:31
YAP xəbərləri
23 Sentyabr 18:16
Elanlar
23 Sentyabr 17:13
YAP xəbərləri
23 Sentyabr 16:57
Sosial
23 Sentyabr 16:55

