44 günlük müharibədən sonra 44 qurban
18.11.2022 [09:54]
Ermənistanın mina terroru davam edir...
Nicat Dilqəmli
Ermənistanın məkrli siyasəti bu gün də davam etməkdədir. Uzun illər ərzində Azərbaycanın tarixi torpaqlarını qanunsuz olaraq işğal altında saxlayan Ermənistan həmin ərazilərdə, həmçinin böyük həcmdə ekoloji terror aktları törədib. Artıq bu fakt dünya birliyi tərəfindən də qəbul olunub. Belə ki, işğaldan azad edilmiş ərazilərə təşkil olunan səfərlərdə iştirak edən beynəlxalq mütəxəssislər Ermənistanın törətdiyi vəhşilikləri öz gözləri ilə görmək şansını əldə edirlər. İnsanlıqdan uzaq olan bu addımlar haqqında faktlara səfər iştirakçılarının paylaşımlarında da rast gəlmək mümkündür. Mənfur düşmənin terror siyasətinin ən bariz nümunələrindən biri də işğaldan azad edilmiş ərazilərdə basdırılmış minalardır. 10 noyabr 2020-ci ildən bu günədək Azərbaycanın işğaldan azad olunmuş ərazilərində 59 055 hektar ərazi təmizlənib, 76 810 mina və partlamamış hərbi sursat zərərsizləşdirilib.
Bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov “Mina Təhlükəsi ilə Mübarizə: çağırışlar və imkanlar” adlı beynəlxalq tədbirdə çıxışı zamanı məlumat verib. O bildirib ki, bunlardan 13 211-i tank əleyhinə mina, 26 899-u piyada əleyhinə mina, 36 700-i isə partlamamış hərbi sursatlar olub: “Təəssüflər olsun ki, İkinci Qarabağ müharibəsindən keçən dövr ərzində 268 nəfər mina partlayışından zərər çəkib, onlardan 44 nəfəri həyatını itirib”.
Vüqar Süleymanov əlavə edib ki, Azərbaycanın 2030-cu ilədək Milli Prioritetləri sırasında azad edilmiş ərazilərin bərpası və bu ərazilərə təhlükəsiz həyatın qaytarılması əsas strateji hədəflərdən biri kimi müəyyən edilib. Bu baxımdan beynəlxalq minatəmizləmə qurumlarının potensial imkanlarının öyrənilməsi, təcrübə və nəticələrin dəyərləndirilməsi, habelə, minatəmizləmə əməliyyatları zamanı yaranan çətinliklərin aradan qaldırılmasında yeni yanaşmaların tətbiqi, keyfiyyətli və səmərəli nəticələrin əldə olunması və mümkün əməkdaşlıq imkanları ANAMA-nın əsas diqqət etdiyi sahələrdəndir.
Məsələ ilə bağlı fikirlərini bölüşən siyasi şərhçi Tural İsmayılov “Yeni Azərbaycan”a açıqlamasında beynəlxalq təşkilatların Azərbaycana qarşı ayrı-seçkilik nümayiş etdirməsindən söz açıb. Politoloq hesab edir ki, mina terroru ilə mübarizədə müvafiq beynəlxalq qurum və təşkilatlar ölkəmizə dəstək olmalıdırlar: “Təəssüflər olsun ki, mina böhranına görə bu gün beynəlxalq birlik tərəfindən Ermənistana hansısa təzyiqlər edilmir. Hesab edirəm ki, 44 günlük Vətən müharibəsindən sonra 44 vətəndaşımızın mina terrorunun qurbanına çevrilməsi Ermənistanın növbəti riyakar mahiyyətini və terrorçu siyasətini göstərmiş olur. Lakin bütün bunlara baxmayaraq, hələ də beynəlxalq birlik tərəfindən Ermənistana hansısa təzyiqlər edilmir və əslində, mina böhranını yalnız Azərbaycana ziyan vurmadığı, bütövlükdə bütün region üçün təhlükə mənbəyi olduğu məsələsini bildirmirlər, göstərmirlər. Bununla bağlı beynəlxalq təşkilatlar tərəfindən Azərbaycana qarşı ayrı-seçkilik edilir. Fikrimcə, bu, dünyanın qlobal humanitar böhranlarda da fəaliyyətsiz, biryanlı və eyni zamanda ikiüzlü olduğunu növbəti dəfə hər kəsə nümayiş etdirmiş oldu. Ona görə də hesab edirəm ki, mina böhranı ilə bağlı beynəlxalq təşkilatlar Azərbaycana dəstək olmalıdırlar. Bu gün Azərbaycan heç bir xarici dəstək olmadan öz torpaqlarında həyatı yenidən qurur, orada yaşamı formalaşdırır, məcburi köçkünlərimizin bir hissəsi artıq geri qayıdıb və bu proses davamlı həyata keçiriləcək. Amma eyni zamanda hesab edirəm ki, Azərbaycan nə qədər dəstəyə ehtiyac duymasa da, mina məsələsində xüsusilə beynəlxalq təşkilatlar Azərbaycana əllərindən gələn dəstəyi göstərməlidirlər”.
T.İsmayılovun sözlərinə görə, bu təşkilatlar Ermənistan lobbisinin təsirlərindən də çəkinirlər, qorxurlar: “Yəni düşünürlər ki, əgər Azərbaycana bu məsələdə yardım göstərsələr, onda erməni lobbisinin və dolayısıyla Ermənistanın təzyiqləri ilə üzləşə bilərlər”.
Hazırda vətəndaşların təhlükəsizliyi istiqamətində Azərbaycanın qarşıya qoyduğu əsas vəzifələrdən söz açan politoloq işğaldan azad edilmiş ərazilərə qanunsuz səfər etmək istəyənlərə də müraciət edərək onları bu fikirdən daşınmağa səsləyib: “Azərbaycan qarşısına konkret hədəf və məqsəd qoyub: sakinlərimizin təhlükəsizliyi məsələsi üçün ərazilərimizin minalardan təmizlənməsi prioritet məsələlərdən biridir. Burada da vətəndaşlarımız dövlətimizlə həmrəng addımlamalıdır, yəni qadağan olunmuş ərazilərə səfərlərdən çəkinməlidirlər, eyni zamanda mina terrorunun səbəb ola biləcəyi böhranlardan və problemlərdən qurtulmaq üçün həmin ərazilərə icazəsiz daxil olmamalıdırlar. 44 günlük Vətən müharibəsində sərgilənən dövlət-xalq birliyi postmüharibə dövründə də davam edir. Vətəndaşlarımız ayıq-sayıq olmalı və işğaldan azad edilmiş ərazilərə özbaşına daxil olmamalıdırlar”.
Xəbər lenti
Hamısına baxDünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36

