Milli Məclisin payız sessiyasında
22.09.2022 [10:23]
Qarabağa Böyük Qayıdışla bağlı qanunvericilik aktı təsdiqlənəcək
Günel ABBAS
Milli Məclisin payız sessiyasının plenar iclasına və komitələrin iş planlarına təklif olunan sənədlər açıqlanıb.
Parlamentin payız sessiyasının plenar iclaslarında qəbul ediləcək qanun layihələri
Təhsil fəaliyyəti ilə əlaqədar bir sıra vasitələrin gömrük rüsumundan azad edilməsi ilə bağlı Prezident İlham Əliyevin imzası ilə Milli Məclisə daxil olan “Gömrük tarifi haqqında” qanuna dəyişiklik layihəsi qəbul olunacaq. Taksi sürücülərinin 12 manat icbari tibbi sığorta haqqı ödəməsi, toy aparıcıları, çalğıçılar, rəqqaslar, dərzilər və bərbərlərin icbari tibbi sığorta ilə əhatə olunması ilə bağlı “Tibbi sığorta haqqında” qanuna dəyişiklik layihəsi parlamentin plenar iclasında təsdiqlənəcək.
Bununla yanaşı “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” qanuna Əlavə - “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə”, “Əmək pensiyaları haqqında”, “Sosial müavinətlər haqqında” və “Sosial xidmətlər haqqında”, “Hərbi qulluqçuların dövlətə vurduqları ziyana görə maddi məsuliyyəti haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” qanun layihələri qəbul ediləcək.
Dini qurumların dövlət qeydiyyatına alınması qaydasına dəyişiklik edilməsi ilə bağlı “Dini etiqad azadlığı haqqında” qanuna dəyişiklik, “Siyasi partiyalar haqqında” yeni qanun layihələri də parlamentin payız sessiyasının işlər planına daxil edilib. Eləcə də ölkədə elektron xidmətlərin sayının artırılması ilə bağlı “Əmanətlərin sığortalanması haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “Banklar haqqında”, “Avtomobil yolları haqqında” qanunlara dəyişiklik layihələri hazırlanıb.
Milli Məclisin plenar iclaslarında Azərbaycanla İCESCO arasında Sazişin, “İnvestisiya və İxrac Kreditlərinin Sığortası üzrə İslam Korporasiyasının (İCİEC) Təsis Müqaviləsi”nin, “Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında hava əlaqəsi haqqında” Sazişin, “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihələrinin ratifikasiya edilməsi nəzərdə tutulur.
Parlamentin komitələrinin payız sessiyasının işlər planı
Milli Məclisin İnsan hüquqları komitəsinin payız sessiyasının işlər planına daxil edilən məsələlər arasında Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində Azərbaycan vətəndaşlarının pozulmuş hüquqlarının müdafiəsinin və Azərbaycan dövlətinə dəymiş ziyanın beynəlxalq instansiyalarda müvafiq iddialar əsasında gerçəkləşdirilməsinin hüquqi mexanizmləri ilə bağlı Milli Məclisdə xüsusi dinləmənin keçirilməsi yer alır.
Komitənin iş planına daxil edilən digər məsələlər bunlardır: Vətən müharibəsi dövründə və ondan sonra Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarının hüquqi qiymətləndirilməsi və beynəlxalq təşkilatlarla birgə tədbirlərə dair müzakirələrin keçirilməsi, Vətən müharibəsindən sonra Ermənistanın Azərbaycana qarşı təxribatlarının insan hüquqları kontekstində qiymətləndirilməsi, beynəlxalq təşkilatlara bununla əlaqədar davamlı olaraq sənədlərin, hüquqi aktların göndərilməsi, Hüquq profilli QHT-lərlə keçirilən görüşlərdə “Komitə yanında İnsan Haqları ilə bağlı Çevik qrupun yaradılması” ilə bağlı təklifin reallaşdırılması yönündə tədbirlərin görülməsi, “Xaricdə yaşayan soydaşlar və diaspor təşkilatları haqqında” qanun layihəsinin hazırlanmasına dair dinləmələr, Rəqəmsal məkanda ölkə vətəndaşlarının hüquqlarının qorunması ilə bağlı qanun layihəsinin hazırlanması, Qarabağa Böyük Qayıdışla bağlı qanunvericilik aktının hazırlanmasına dair müvafiq dövlət-hökumət qurumları ilə birgə işin təşkili və s.
Parlamentin Səhiyyə komitəsinin payız sessiyası üçün iş planında “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsinin hazırlanması yer alır.
Milli Məclisin Gənclər və idman komitəsinin payız sessiyası üçün iş planında “Könüllü fəaliyyəti haqqında” yeni qanunun qəbul edilməsi, “Bədən tərbiyəsi və idman haqqında”, “Gənclər siyasəti haqqında”, “Könüllü fəaliyyəti haqqında”, “Vətənpərvərlik tərbiyəsi haqqında” qanun layihələrinin, eləcə də “Ali təhsil haqqında” qanun layihəsində gənclərlə bağlı müddəaların müzakirəsi nəzərdə tutulub.
Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin işlər planına Hacıqabul gölünün mövcud vəziyyət və bərpası istiqamətində işlərin görülməsi üçün komitə üzvlərindən ibarət komissiya təşkil edilməsi daxil edilib. Komitənin iş planında “Azərbaycan Respublikasında bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsinə dair 2018-2022-ci illər üçün Milli Strategiya” çərçivəsində Suraxanı poliqonunda tullantıların idarə olunması ilə bağlı tədbirlərin təşkili, Hacıqabul gölünün mövcud vəziyyət və bərpası istiqamətində işlərin görülməsi üçün komitə üzvlərindən ibarət komissiya təşkil edilməsi, qlobal iqlim dəyişikliyinin Azərbaycana təsiri ilə bağlı dinləmələrin keçirilməsi, içməli və suvarma su problemi, suyun keyfiyyəti və onun təmizlənməsi texnologiyaları barədə müzakirələrin təşkili və “Yaşıl enerji zonasının yaradılması və yaşıl enerji məkanı prinsiplərinə əsaslanan bərpa olunan enerjinin iqtisadiyyatın bütün sahələrində tətbiqi ilə bağlı müzakirələr və s. məsələlər yer alıb.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin işlər planına “Dövlət-özəl sektor tərəfdaşlığı haqqında” yeni qanun layihəsinin qəbul edilməsi yer alıb.
Əmək və sosial siyasət komitəsinin iş planına Milli Məclisdə şəhid ailələri və qazilərin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı dinləmə keçirilməsi daxil edilib.
Elm və təhsil komitəsinin iş planında “Ali təhsil haqqında” qanun layihəsinin hazırlanması, komitəyə daxil olan sənədlərin, müraciətlərin müzakirəsi və ekspertizası, digər komitələrlə birgə Milli Məclisə çıxarılacaq sənədlərin müzakirəsi nəzərdə tutulub.
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

