Dünyamıza sülh gərəkdir!
21.09.2022 [11:18]
Azərbaycan hər kəsi sülhə səsləyir
Günel ABBAS
Sülh dünyadakı bütün insanlar üçün xoşbəxt və dinc həyatın əsas meyarıdır. Sülhə çatmağın da yolu zorakılıqların olmadığı bir yoldan keçir. Dünyada sülhü təmin etmək üçün Birləşmiş Millətlər Təşkilatı yaradılıb və bu şurada 5 daimi nümayəndə - Çin, Rusiya, Fransa, Böyük Britaniya və ABŞ yer alıb.
Dünyada sülh gününün keçirilməsi sülhsevər xalqların bir araya gələrək bəşəriyyətin xilası üçün birlik nümayiş etdirməsidir. Beynəlxalq Sülh Günü Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 1981-ci ildə qəbul etdiyi qətnamə ilə təsis edilib. İlk sülh günü 1982-ci ilin sentyabrında qeyd olunub. O vaxtdan etibarən hər il sentyabr ayının 3-cü çərşənbə axşamı Beynəlxalq Sülh Günü kimi qeyd olunurdu. Lakin BMT Baş Assambleyasının 2001-ci ildə qəbul etdiyi qətnaməyə əsasən, Beynəlxalq Sülh Günü artıq bütün sülhsevər ölkələrdə 21 sentyabr tarixində qeyd olunur.
BMT tərəfindən belə bir tarixi günün təsis edilməsində əsas məqsəd bütün ölkələri və xalqları həmin gün hərbi əməliyyatları dayandırmağa və ya sülh problemləri ilə bağlı təhsil və ictimai maarifləndirmə kampaniyaları keçirməyə dəvət etmək olub. Təbii ki, sülh bəşəri rəmzə çevrilərək insanların arzu etdiyi və can atdığı bütün müsbət keyfiyyətləri özündə birləşdirən məfhumdur. Bu baxımdan, Beynəlxalq Sülh Gününün əhəmiyyəti zaman keçdikcə, münaqişə ocaqları alovlandıqca üzə çıxır. Buna görə də cinsindən, yaşından, irqindən, milliyyətindən, dinindən, dilindən asılı olmayaraq, sülh arzulayan hər kəsin yardımına ehtiyac duyulur. BMT-nin Baş katibinin hər il Beynəlxalq Sülh Günü münasibətilə müraciətində deyilir ki, münaqişələrin səngiməsi, atəşkəs rejiminə tərəflərin qarşılıqlı şəkildə əməl etməsi təkcə insanların əmin-amanlıq şəraitində yaşaması deyil, eyni zamanda, inkişaf, tərəqqi və bəşəri təhlükəsizliyə təminatdır.
Sülh naminə beynəlxalq səviyyədə aparılan fəaliyyətlər həyati əhəmiyyətə malik olsa da, hər yerdə qorunmur, müdafiə edilmir, milli münaqişələr daha da qloballaşır, coğrafiyası genişlənir, bütövlükdə bəşəriyyət üçün təhlükəli nəticələrə səbəb olur. Tarixi ədaləti bərqərar edənə qədər 30 ilə yaxın müharibə şəraitində yaşayan Azərbaycan üçün sülhün təminatı daha əhəmiyyətlidir. Ermənistanın torpaqlarımıza təcavüzü nəticəsində müharibənin əziyyətlərini yaşayan, qaçqın, köçkün problemi ilə üzləşən Azərbaycan regionda sülhün, əmin-amanlığın təminatı üçün bütün imkanlardan istifadə edir, danışıqlarda sülhsevər siyasətini diqqətə çatdırır. Ermənistanın törətdiyi Xocalı soyqırımının tanıdılması barədə müraciətlər dünyanın bütün xalqlarına ünvanlanır. Azərbaycan Prezidenti İlham Əliyev birinci və ikinci Qarabağ müharibəsi zamanı erməni silahlıları tərəfindən öldürülən, əlil olan soydaşlarımızın hüquqlarının qorunması üçün beynəlxalq ictimaiyyəti ədalətli olmağa çağırır. 1994-cü il mayın 12-dən cəbhədə atəşkəs elan ediləndən bu günədək, demək olar ki, hər gün sərhədə yaxın kəndlərimizi, yaşayış məntəqələrimizi hədəf seçən, iri və xırda çaplı silahlardan atəş açaraq dinc sakinləri öldürən, yaralayan, şikəst edən erməni işğalçıları üçün Sülh Günü, BMT-nin Baş katibinin istənilən çağırışı önəmli deyil. Azərbaycan sülhsevər siyasətini, Ermənistan isə çirkin niyyətini davam etdirməkdədir. İstər müharibə, istərsə də postmüharibə dövründə Azərbaycanın yaşayış məntəqələrinin atəşə tutulması, mülki şəxslərin, xüsusilə uşaqların öldürülməsi Ermənistan dövlətinin yürütdüyü işğalçılıq siyasətinin tərkib hissəsidir. 2020-ci ildə Ermənistan tərəfindən sərhəddən kənarda yerləşən Azərbaycan ərazilərinə iriçaplı silahlar və raketlərlə zərbələr endirilməsi mülki əhalinin qətlə yetirilməsi ilə nəticələnmişdi. Ermənistanın təxribatları bu gün də davam edir. 2022-ci ilin sentyabr ayında düşmənin daha da intensivləşən irimiqyaslı təxribatları nəticəsində Azərbaycan Ordusunun 80-ə yaxın hərbçi və əsgəri şəhid olub, eləcə də 2 mülki əhali ağır xəsarətlər alıb. Bunun kimi bir çox faktlar bir daha onu göstərir ki, Ermənistan dövləti öz təcavüzkar siyasəti ilə beynəlxalq hüququn norma və prinsiplərini pozur, region üçün təhlükə yaratmaqdadır. Düşmənin bütün vəhşiliklərinə baxmayaraq Prezident İlham Əliyev sərhəddə mütəmadi şəkildə təxribatlar törədən Ermənistanla məsələnin beynəlxalq hüquq normaları çərçivəsində həlli istiqamətində addımlar atır.
Dünyada sülhə çağırışlar edilirsə, dinc sakinlərin, qocaların, qadınların və körpə uşaqların qətlə yetirilməsinə biganəlik göstərilməməlidir. Hər il Beynəlxalq Sülh Gününü qeyd edən Azərbaycan yaşından, irqindən, milliyyətindən, dinindən, dilindən və cinsindən asılı olmayaraq hər kəsi sülhə səsləyir. Dünyada analoqu olmayan bir faciəni - Xocalı faciəsini yaşayan xalqımız belə bir soyqırımın təkrarlanmasını istəmir. Münaqişə ocaqlarının alovlanmasının qarşısının alınmasını istəyir. Dünyamıza sülh gərəkdir!
Xəbər lenti
Hamısına baxSiyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30
Siyasət
07 İyul 11:25
Siyasət
07 İyul 11:10
COP29
07 İyul 10:55
Analitik
07 İyul 10:40
YAP xəbərləri
07 İyul 10:21
YAP xəbərləri
07 İyul 10:21
Ədəbiyyat
07 İyul 09:48
Dünya
07 İyul 09:41
Analitik
07 İyul 09:39
Maraqlı
07 İyul 09:34
Maraqlı
07 İyul 09:25
Dünya
07 İyul 09:20
Dünya
07 İyul 08:58
Dünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00

