Müəllim-Ustad
30.07.2022 [10:27]
Murad KÖHNƏQALA
Təhsilimizdə aparılan islahatlarla bağlı ortaya çıxan müəyyən suallara aydınlıq gətirmək üçün nazir Emin Əmrullayevin ictimaiyyət və media mənsubları qarşısında keçirdiyi brifinqlər təqdirəlayiqdir. Nazir yaxınlarda keçirdiyi həmin görüşlərin birində: “Son zamanlar müəllimlərin sertifikasiyası ilə bağlı çoxlu fikirlər səsləndirilir, izləyirik və heç bir narahatçılıq yoxdur” - deyib.
Görünür, təhsil sistemində əvvəllər formal şəkildə aparılan attestasiya prosesini əvəzləyən yeni sertifikasiyanın həyata keçirilməsindən həyəcan keçirən müəllimlərimiz də var. Müəllimlər qarşıdakı sertifikat imtahan testlərindən keçə bilmədikləri təqdirdə iş yerlərini itirəcəklərini düşünürlər. Ancaq onların bu cür təlaşının gərəksiz olduğunu bildirən Təhsil İnstitutunun (ARTİ) direktoru Rüfət Əzizov deyib ki, üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikasiya üçün tələb olunan minimum balı toplamayan şəxslərə 1 il müddətində iş yeri saxlanmaqla təkrar sertifikatlaşdırmada iştirak etmək imkanı yaradılacaq.
Sözügedən brifinqdə E.Əmrullayev qeyd edib ki, sertifikasiyanın məqsədi müəllimləri işdən çıxarmaq yox, təhsilin keyfiyyətini artırmaqdır: “Bir vaxtlar müəllimlərin diaqnostik qiymətləndirilməsi zamanı da müəyyən narahat fikirlər səsləndirilirdi, lakin sonradan bunun müsbət nəticələr doğurduğunu hər kəs gördü”.
Sözsüz ki, orta məktəbdə işləyən bir müəllim üçün sertifikasiyadan keçməmək və iş yerini itirmək çox ağrılı olardı. Sınaq zamanı bir müəllimin lazım olan balı yığa bilməməsi və “savadsız müəllim” yarlığı ilə işdən uzaqlaşdırılmasını bizim cəmiyyətdə təsəvvür eləmək belə ağırdır.
Əslində, bir müəllimin öz savadına və bacarığına güvəninin olmaması elə onun təhsil aldığı ali təhsil ocağının gərəksizliyinə sübutdur. Ölkədə ödənişli təhsil adı altında gərəksiz və səviyyəsiz metodlarla ən savadsız tələbəyə belə diplom verən, daha doğrusu, diplom satan çoxlu ali təhsil müəssisəsi fəaliyyət göstərir. Buna baxmayaraq, həmin müəssisələrdə aldadılan, yəni illəri və pulları əlindən gedən bir müəllim sonunda öz iş yerini itirmək istəmir. Lakin şagirdlərimizin gələcəyi naminə sertifikat testindən keçməyən, verilən bir-illik möhlətdən yararlana bilməyən müəllim mütləq orta təhsil ocağından çıxarılmalıdır.
Yeri gəlmişkən deməliyik ki, bu cür yarıtmaz ali təhsil ocaqlarına da nəzarət mexanizmi yenilənməli, müasir standartlara cavab verə bilməyən həmin “diplomsatan” müəssisələr bağlanmalıdır.
Orta məktəb tədris kitablarında, ali təhsil ocaqlarının tədris proqramlarında yenilənmələr olmalı, islahatlar aparılmalıdır. O sıradan orta məktəb kitablarına hansısa vasitələrlə yol tapmış dini mətnlər, konkret olaraq hansısa məzhəbi təlqin edən yazılar tamam yığışdırılmalıdır. Aşağı siniflərin tədrisindən astronomiya fənninin götürülməsi qəti yolverilməzdir. Astronomiya kitabları ibtidai bilgilərdən tutmuş ən yeni tapıntılar və kəşflərinə qədər yazılıb tərtib edilərək tədris fənlərinin arasına qaytarılmalıdır. Orta və ali məktəblərdə fizika, riyaziyyat, həndəsə, cəbr kimi dəqiq elmlərə aid daima yenilənən əlavə oxu kitabları tərtib edilməlidir.
Yeri gəlmişkən bunu da deyim ki, humanitar fənlərə aid tədris kitablarında da yenilənmələr olmalıdır. Ədəbiyyat kitablarında, oxu kitablarında klassik ədəbi əsərlərlə bərabər ən müasir dünya ədəbiyyatı müəlliflərinin də əsərlərinə yer vermək gərəkdir. Tarix kitablarında fərziyyələrə söykənən yarımçıq, bulanıq yazılara ehtiyac yoxdur. Şagirdlərimizə, tələbələrimizə öz tariximizi dəqiq öyrədən xronoloji ardıcıllıqla yazılmış mətnlər təqdim olunmalıdır. Əlbəttə, bu cür yenilənmələri tədris kitablarında operativ şəkildə aparmaq mümkün deyil. Ona görə məhz orta məktəblər üçün əlavə oxu kitabları tərtib olunmalıdır.
Yazının əvvəlinə, müəllim və müəllimlik mövzusuna qayıtmaq istəyirəm. Ümumiyyətlə, müəllim hazırlayan ali məktəblər metodika təlimlərinə üstünlük verməlidirlər. Yəni müəllimdə bilgi, savad ilə bərabər həmin bilgini, savadı şagirdə ötürmə metodu da özəl olmalıdır. Bu yerdə bir söhbəti xatırlamaq istəyirəm. Heç yadımdan çıxmaz, tələbəlik illərində mənimlə eyni kursda oxuyan volqoqradlı Andrey özünün orta məktəb ədəbiyyat müəlliməsinin metodikasına aid belə bir əhvalat danışmışdı: “Müəlliməmiz hər yeni dərsə başlayanda yaddaqalan bir jest eləyirdi. Biz 8-ci sinifdə “Yevgeni Onegin”i keçəndə o, danışmağa başlamazdan dedi ki, uşaqlar, qalxın, partalarınızı “yoloçka” (yolka budaqlarının düzülüşü kimi) formasında düzün. Biz iki cərgədə düzülmüş partalarımızı həvəslə iti bucaq şəklində düzüb öz yerimizdə əyləşdik. Müəlliməmiz o qədər maraqlı danışdı ki, tənəffüsün keçdiyini də hiss eləmədik. O, bu cür metodlardan keçdiyi dərslərin və həmin günlərin yadda qalması üçün istifadə eləyirdi”. Əlbəttə, bu, bir təlim metodikasıdır.
Ümumiyyətlə, müəllim təkcə auditoriyada deyil, cəmiyyət içində də davranışı ilə nümunə olmalıdır. Ta qədimdən bu peşənin sahibləri cəmiyyətdə hörmət-ehtiram yiyəsi olublar. Məsələn, çox da aşınmalara uğramayan qədim Şərq əlbəyaxa döyüşlərinin ənənələri indiyə qədər saxlandığına görə idmançı şagirdlərin məşqçiyə, yəni ustada ehtiramının forması da qorunmaqdadır. Bütün peşə sahələrində müəllimə xüsusi hörmət olub. Müəllim, öyrədən mütləq savadlı və ustad olmalıdır. Ancaq düşünürəm ki, uzun illərin təcrübəsini qazanmış müəllimləri bugünkü gənc müəllimlərlə birgə sertifikat testinə göndərmək düzgün deyil.
Xəbər lenti
Hamısına baxDünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Dünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22
Elm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39
İdman
03 İyun 14:24
YAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:41
Dünya
03 İyun 13:34
Dünya
03 İyun 12:50
Sosial
03 İyun 12:47
Sosial
03 İyun 12:44
YAP xəbərləri
03 İyun 12:11
Gündəm
03 İyun 12:05
Gündəm
03 İyun 11:57
İqtisadiyyat
03 İyun 11:38
Gündəm
03 İyun 11:21
Sosial
03 İyun 11:20
Elm
03 İyun 11:18
Siyasət
03 İyun 11:00
Gündəm
03 İyun 10:58
Siyasət
03 İyun 10:35
Xəbər lenti
03 İyun 10:31
İdman
03 İyun 10:28
Gündəm
03 İyun 10:19
Sosial
03 İyun 09:54
Analitik
03 İyun 09:31
Analitik
03 İyun 09:30
Analitik
03 İyun 09:17
Sosial
03 İyun 08:50
Sosial
03 İyun 08:33
Dünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Siyasət
02 İyun 21:22
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Siyasət
02 İyun 20:23
İqtisadiyyat
02 İyun 20:12
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59
Maraqlı
02 İyun 19:20
Dünya
02 İyun 19:07
Siyasət
02 İyun 18:59
Siyasət
02 İyun 18:25
Maraqlı
02 İyun 18:22
Siyasət
02 İyun 17:30
Siyasət
02 İyun 17:27
Siyasət
02 İyun 17:26

