AMEA-nın statusu necə olacaq?
30.07.2022 [09:56]
İslahatlar AMEA-nın idarəetmə və struktur baxımından fəaliyyətində dönüş yaradacaq
NARDAR
Dünyada XXI əsr elm və texnologiyalar əsri kimi səciyyələndirilir. İnkişaf etmiş ölkələrin təcrübəsindən görürük ki, elmi təşkilatçılıq işinin düzgün qurulması milli hədəflərə çatmağa imkan verir. Bu baxımdan, elm sahəsində idarəetmənin mütərəqqi beynəlxalq təcrübəyə uyğun həyata keçirilməsi zəruridir. Son dövrlər cəmiyyətdən gələn sosial sifariş Azərbaycanda da oxşar addımlar atmağa ehtiyac yaratmışdı. İyulun 28-də Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərman bu baxımdan önəmli qərar kimi dəyərləndirilir. Fərmana əsasən, elm sahəsində mühüm islahatlar həyata keçiriləcək, AMEA-nın yeni nizamnaməsi hazırlanacaq. Eləcə də, bu Fərmana uyğun olaraq AMEA-nın tabeliyində olan bir sıra müəssisələr yeni yaradılan Elm Və Təhsil Nazirliyinə, eləcə də Mədəniyyət Nazirliyinin tabeçiliyinə verilir.
Yeri gəlmişkən, iyulun 29-da Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin qapalı iclası keçirilib. İclasda AMEA-nın prezidenti vəzifəsini icra edən Arif Həşimov, Rəyasət Heyətinin üzvləri, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva iştirak edib. İclasda Prezident İlham Əliyevin iyulun 28-də imzaladığı elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Fərmandan irəli gələn məsələlər müzakirə olunub.
Eyni zamanda, AMEA-dan bildirilib ki, Prezident İlham Əliyevin bu Fərmanında elm və təhsilin qarşılıqlı əlaqəsinin möhkəmləndirilməsi və bu sahələrdə idarəetmənin təkmilləşdirilməsi məqsədilə mühüm struktur dəyişiklikləri yer alıb. İstər müasir dünyanın çağırışları, istərsə də ölkənin yeni sosial-iqtisadi reallıqları kontekstində strateji əhəmiyyətə malik elm və təhsilin müasir tələblər səviyyəsində inkişafı baxımından Fərman olduqca mühüm əhəmiyyətə malikdir. Məlumatda deyilir: “Dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsi göstərir ki, müasir dövrdə bütün istiqamətlərdə həyata keçirilən strategiyaların, cəmiyyətin inkişafına təsir edən siyasi, sosial-iqtisadi, mədəni, meqalayihə və konsepsiyaların, innovasiya ekosistemlərinin əsasında, istisnasız olaraq, elmin və təhsilin inkişafı, o cümlədən yüksək hazırlıqlı kadr potensialı dayanır. Odur ki, ölkədə yeni reallığın yarandığı hazırkı şəraitdə elmi potensialın inkişafı strateji əhəmiyyət daşıyır”.
Son illər Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin mühüm istiqamətlərindən birini idarəetmə sisteminin optimallaşdırılması, şəffaflığın artırılması, yeni idarəetmə mexanizmlərinin tətbiqi və kadrlardan daha səmərəli istifadə edilməsi kimi kompleks yeniliklər təşkil edir. Bu islahatların əsas məqsədi ölkənin siyasi, iqtisadi və mədəni həyatının əsaslı şəkildə modernləşdirilməsidir. Belə bir şəraitdə elmi fəaliyyət sahəsində struktur islahatları, elm və təhsili vahid sistemdə birləşdirən dövlət tənzimlənməsinin həyata keçirilməsi, elmi istiqamətlərin müasir dövrün tələblərinə uyğunlaşdırılması, elmin nəticəliliyinə, milli və dövlətçilik mənafelərinə uyğunluğu, kadr təminatı və sair sahələrdə köklü və konseptual islahatların aparılması vacib idi. Bu baxımdan, Fərman mövcud reallıqlar nəzərə alınaraq, Azərbaycan elminin strukturunun, əsasən, ölkə maraqlarına uyğun olaraq çevik və səmərəli formalarda yenidən təşkili zərurətindən irəli gələrək olduqca mühüm funksional əhəmiyyətə malikdir. Heç şübhəsiz ki, Fərman elmi fəaliyyət sahəsində əlaqələndirmə, koordinasiya və qiymətləndirmənin gerçəkləşdirilməsinə nail olunması, bu sahənin struktur və idarəetmə baxımından əsaslı olaraq təkmilləşdirilməsində ciddi rol oynayacaq.
İndi AMEA-nın üzvləri, onun respublika elmi potensialının əsas hissəsini təşkil edən ziyalı ordusu Akademiyanın modernləşməsi üçün Fərmanda qarşıya qoyulan vəzifələrin icrası istiqamətində bütün səylərini birləşdirməlidirlər. Fərman respublikanın elm və təhsil ictimaiyyəti qarşısında yeni, olduqca mühüm vəzifələr müəyyənləşdirir. Vəzifəsindən, yaşından asılı olmayaraq respublikanın elm və təhsil sahəsində çalışan əməkdaşları bu vəzifələrin həyata keçirilməsi üçün bütün səylərini, intellektual potensialını, inzibati-təşkilati, mənəvi-ideoloji resurslarını birləşdirməli, Prezidentin rəhbərlik etdiyi dövlət siyasətinin həyata keçirilməsində daha yaxından iştirak etməlidirlər.
Xəbər lenti
Hamısına baxDünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Dünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22
Elm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39
İdman
03 İyun 14:24
YAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:41
Dünya
03 İyun 13:34
Dünya
03 İyun 12:50
Sosial
03 İyun 12:47
Sosial
03 İyun 12:44
YAP xəbərləri
03 İyun 12:11
Gündəm
03 İyun 12:05
Gündəm
03 İyun 11:57
İqtisadiyyat
03 İyun 11:38
Gündəm
03 İyun 11:21
Sosial
03 İyun 11:20
Elm
03 İyun 11:18
Siyasət
03 İyun 11:00
Gündəm
03 İyun 10:58
Siyasət
03 İyun 10:35
Xəbər lenti
03 İyun 10:31
İdman
03 İyun 10:28
Gündəm
03 İyun 10:19
Sosial
03 İyun 09:54
Analitik
03 İyun 09:31
Analitik
03 İyun 09:30
Analitik
03 İyun 09:17
Sosial
03 İyun 08:50
Sosial
03 İyun 08:33
Dünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Siyasət
02 İyun 21:22
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Siyasət
02 İyun 20:23
İqtisadiyyat
02 İyun 20:12
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59
Maraqlı
02 İyun 19:20
Dünya
02 İyun 19:07
Siyasət
02 İyun 18:59
Siyasət
02 İyun 18:25
Maraqlı
02 İyun 18:22
Siyasət
02 İyun 17:30
Siyasət
02 İyun 17:27
Siyasət
02 İyun 17:26

