Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Neft cüzi bahalaşıb

Neft cüzi bahalaşıb

27.07.2022 [10:44]

Amerika Neft İnstitutu (API) ABŞ-da neft ehtiyatlarının azalması haqqında məlumatları dərc etdikdən sonra dünya bazarlarında neft qiymətləri cüzi artıb.

“Report” birjalara istinadən xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” neftinin oktyabr fyuçersləri 0,07% bahalaşaraq, 1 bareli 99,53 ABŞ dollarına satılıb. WTI neftinin sentyabr fyuçerslərinin qiyməti 0,35% artıb və 1 bareli 95,31 ABŞ dolları təşkil edib.

API-nin məlumatına əsasən iyulun 22-dək olan həftə ərzində ABŞ-da “qara qızıl” ehtiyatı 4 milyon barel azalıb. ABŞ-ın Energetika Nazirliyi ölkədə neftin kommersiya ehtiyatları ilə bağlı rəsmi statistikanı bu gün açıqlayacaq. Analitiklər ehtiyatların 1 milyon barel azalacağını güman edirlər.

Paylaş:
Baxılıb: 598 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Analitik

Ədəbiyyat

Sosial

Siyasət

İqtisadiyyat

İqtisadiyyat

Sosial

32 il ötdü...

03 İyul 12:10  

Gündəm

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31