Şəhərdən kəndə...
21.05.2022 [14:00]
Müəllimlərimiz darıxırlar
Günəş batandan sonra kənddə bir növ həyat sönür...
Havar
Müsahibimiz Afina Həsənova 2009-cu ildə Sumqayıt Dövlət Univers?tetini bitirib. Həmin ildən başlayaraq Qusar rayonu Kirig kənd tam orta məktəbində riyaziyyat müəllimi kimi, 2016-cı ildən isə sözügedən məktəbdə direktor kimi fəaliyyət göstərir.
- Kənd müəlliminin problemləri kimi hansıları qeyd edə bilərsiniz?
- Müəllimlik şərəfli peşə olub və olaraq qalır. Bütün imkanlardan istifadə etməklə qarşıya çıxan problemlərin öhdəsindən gəlməyə çalışan, özünü şagird yolunda fəda edən müəllimlərimiz çoxdur.
Kənd müəlliminin yaşadığı problemlərdən biri dərslə tam təmin oluna bilməməsidir. Təmin olunanlar Azərbaycan dili və riyaziyyat müəllimləridir. Qalan müəllimlər dərs saatlarının azlığından şikayət edirlər. Paralel sinifləri olmayan kənd məktəblərində bəzi fənlərdə saatların sayı 18-dən azdır. Təbiət fənləri saatların sayı 12, ləzgi dili, musiqi, təsviri incəsənət, texnologiya fənlərin miqdarı hətta 5 saatdır.
Kənddə işləyən müəllimlərin üzləşdiyi digər bir problem ucqar kənd məktəblərində maddi texniki bazasının olmamasıdır. Bu da tədrisin keyfiyyətinə mənfi təsir edən əsas amildir.
Müəllimlərin hər fənn üzrə bir nəfər olması onların metodbirləşmə işini əngəlləyir. Gənc müəllim ixtisas üzrə metodiki kömək istəyəndə başqa məktəb müəlliminə müraciət etməli olur. Qarşılıqlı dərs dinləmələr təşkil etmək olmur.
Kənddə hamının fərdi təsərrüfatı var. Eyni zamanda, müəllimlərin də. Ona görə də kənd müəlliminin öz üzərində çalışması üçün vaxt məhdudiyyəti olur. Əvvəllər kənddə qaz, rabitə xətti, internetin olmaması, işığın tez-tez kəsilməsi problemləri də vardı. Kəndimizdə (Qusar rayonu Kirig kəndi) bu problemlər aradan qaldırılıb. Təzə məktəb, uşaq bağçası, telefon xətti, internet, qaz və s. hər şeylə təmin olunub. Amma bəzi ucqar kəndlərdə bu problemlər qalmaqdadır. Kəndin üzünü qaraldan tozu, yağışda palçığı, bir də bağ-bostana, mal-qaraya baxmağı var...
- Gənclərdə müəllim işləməyə maraq varmı?
- Bəli. Son illər gənclərin müəllimlik peşəsinə olan marağı artıb. 50 mindən çox şəxsin müəllim işləmək üçün MİQ müsabiqəsinə qatılması bunu deməyə əsas verir. Gənclər arasında müəllimlik peşəsinə olan marağın artması səbəbsiz deyil. Səbəb işlə təminatının daha yüksək və şəffaf olmağıdır. Təhsil Nazirliyi tərəfindən müəllimlik ixtisasları üzrə yüksək ballarla qəbul olan tələbələr “Gələcəyin müəllimi təqaüdü”nə layiq görülürlər. Bu da müəllimlik ixtisasına maraq artıran səbəblərdən biridir. Əvvəlki illərlə müqayisədə indi müəllimlərin əməkhaqqı xeyli yüksəlib. Bu yüksəlmələrin davamlı olacağına inanıram. Düşünürəm ki, müəllimliyə olan maraq yüksələn xətlə inkişaf edəcək.
- Onların işi qaneedicidirmi?
- Hər il məktəbimizə 2-3 müəllim yeni işə təyin olunur. Və onlarla söhbətdən belə qənaətə gəlmək olar ki, onlar həm işindən, həm məktəb kollektivindən, həm də şagird-valideynlərin münasibətindən tam razıdırlar. Bir neçə müəllim oldu ki, onları qane etməyən yalnız dərs saatının azlığıdır. Bu da bizdən asılı deyil. Digər tərəfdən, hər il bir müəllimin dəyişməsi şagirdlərin nəticələrinə mənfi təsir edir (məsələn, ingilis dili əlavə xarici dil kimi 4 ildir ki, tədris olunur. Və hər il yeni müəllim təyin olunur). Sonda şagirdin biliyi zəif olanda müəllimlər vəziyyətdən çıxmaq üçün məsuliyyəti ondan əvvəlki müəllimin üzərinə atır. Beləliklə, onlar öz işindən razı olsalar da, onların işi qaneedici olmur.
- Kişi müəllimlər çoxdur, yoxsa qadın?
- Azərbaycanda müəllimlərin təqribən 80%-ni qadınlar, 20%-ni kişilər təşkil edir. Məktəbimizdə çalışanların isə 33%-i kişilərdir. Yəni kişilərin sayında bizdə kəskin fərq yoxdur. Onu da qeyd edim ki, oğlan şagirdlərinin tərbiyə və xarakterinin formalaşmasında kişi müəllimlərinin rolu danılmazdır.
- Ucqar kəndlərdə işləyənlər üçün hansısa güzəşt və imtiyazlar var?
- Ucqar ərazilərdə işləyən müəllimlər üçün hər cür şərait yaradılır. Rayon mərkəzindən 20 km-dək məs?f?də yerləşən məktəblərdə işləyən müəllimlərin əməkhaqlarına hər ay 90 manat əlavə edilir. Bu, onların kirayə haqlarını və kommunal xidmətlərini ödəmək üçün dəstək yardımıdır. Bundan başqa, 90 manatla yanaşı, həmin müəllimlərin əməkhaqlarına 100 manat əlavə ödənilir. Hökumətin qərarında yerli icra hakimiyyəti orqanlarına torpaq sahəsinin ayrılması ilə bağlı kömək göstərilməsi məsələsi də öz əksini tapıb. Bu məsələlər Təhsil Nazirliyinə deyil, yerli icra hakimiyyətlərinə, bələdiyyələrə tapşırılıb, onlar məşğul olur. Kənd rayonlarında əmək fəaliyyətinə başlamaq üçün konkret iş yerlərinə göndəriş almış gənc mütəxəssislərə, həmçinin yol xərci, əmlakın daşınması üçün nəqliyyat xərci və ilkin yaşayış şəraitinin yaradılması məqsədi ilə əməkhaqqının iki misli həcmində birdəfəlik yardım da ödənilir.
- Şəhərdən gəlib kənddə işləyən müəllimlərin qayğıları çoxdurmu?
- Bəli, var. Azərbaycan dili müəllimi Nəzərli Günel və tarix müəllimi Sürəyya Şükürova Sumqayıt şəhərindən gəlib bizdə işləyir. Şəhərdən kəndə işləməyə gələn müəllimlər şəhər həyatından ayrıla bilmirlər. Kənddə parklar, istirahət mərkəzləri yoxdur. Günəş batandan sonra kənddə bir növ həyat sönür. Şəhər axşam gecə yarıyadək işıqlı, izdihamlıdır. Ona görə şəhərdən kəndə gələn müəllimlərimiz darıxırlar. Şəhərdən gələn müəllimlərin problemləri daha çoxdur. Yuxarıda qeyd etdiyim kimi şəhər mühitindən kənd mühitinə düşən adam üçün yaşamaq asan olmur. Amma öhdəsindən gəlirlər. İndi kəndlərin şəhərdən iqtisadi cəhətdən elə böyük fərqi yoxdur. Sosial cəhətdən isə fərqləri çoxdur.
Xəbər lenti
Hamısına baxMaraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28

