“Zərifə Əliyeva” gəmi-bərəsinin ilk səfəri
06.05.2022 [10:12]
Dünən “Zərifə Əliyeva” gəmi-bərəsi ilk səfərinə çıxıb. Gəmi Qazaxıstanın Kurık limanına doğru yol alıb. Geri dönüşün 22 saat sonraya planlaşdırıldığı bildirilib.
Qeyd edək ki, Qazaxıstanın Kurık limanının Ələt limanı ilə müntəzəm əlaqəsi var. Hazırda Ələt-Kurık-Ələt istiqamətində yük nəqli həyata keçirilir. Hər iki liman arasında gündəlik məlumat mübadiləsi aparılır. Böyük iqtisadi potensiala malik Kurık və Ələt limanları arasında təcrübə mübadiləsi də aparılır.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə (ASCO) məxsus “Ro-Pax” tipli “Zərifə Əliyeva” gəmi-bərəsi aprelin 28-də, Zərifə xanımın doğum günündə istismara verilib.
ASCO-dan “Yeni Azərbaycan”a verilən məlumata görə, gəminin daimi heyəti 30 nəfərdən ibarətdir. Uzunluğu 154,5 metr, eni 17,7 metr, bortunun hündürlüyü isə 7,5 metr təşkil edən gəmi- bərə yükgötürmə qabiliyyətinə görə Xəzərdə hazırda mövcud bərələrdən böyükdür. O, 100 nəfər sərnişin, 56 sistern tipli vaqon və ya 50 yük avtomobili daşımaq imkanına malikdir. Gəmi-bərə yük lifti, helikopter meydançası, dalğalı havada tarazlama sistemi və iki ədəd dartıcı lokomotivlə təchiz olunub.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin (ASCO) sifarişi ilə Bakı Gəmiqayırma Zavodunda inşa olunan sərnişin, avtomobil və dəmiryolu vaqonları daşıyan “Akademik Zərifə Əliyeva” gəmi-bərəsi unikal layihə hesab olunur. Bu layihə ilə ilk dəfə Xəzərdə istismara verilən yeni Ro-Pax tipli gəmi-bərələrin konsepsiyası və mühəndis-layihə işləri ASCO mühəndislərinin yaxından iştirakı ilə Odessa Dəniz Mühəndisliyi Bürosu tərəfindən hazırlanıb. Ro-Pax tipli gəmilər minimal oturum ilə maksimal yükgötürmə imkanına malikdir.
“Zərifə Əliyeva” gəmi-bərəsi “Şərq-Qərb” nəqliyyat dəhlizi üzrə Xəzər üzərindən keçən və artmaqda olan tranzit yüklərin daşınmasında mühüm rol oynayacaq, ASCO-nun digər bərələri ilə birgə yükdaşımalara, eləcə də əlverişli coğrafi mövqeyə malik ölkəmizin tranzit potensialının reallaşdırılmasına mühüm töhfə verəcək. Dünya standartlarına cavab verən belə bir bərənin Azərbaycanda inşa olunması ölkəmizin böyük sənaye potensialına malik olmasının, istehsal proseslərinin yüksək texnologiyalara əsaslanmasının göstəricisidir.
ASCO-dan verilən məlumata görə, Azərbaycan gəmiləri Qara dəniz və Aralıq dənizi hövzələrində də fəaliyyət göstərir. Burada ASCO-nun 7-si quru yük gəmisi və 6-sı tanker olmaqla 13 gəmisi istismar edilir. Həmin hövzələrdə Azərbaycan bayrağı altında üzərək ölkəmizi xarici sularda təmsil edən gəmilərin heyəti bütünlüklə azərbaycanlı dənizçilərdən təşkil olunub. Hazırda Azərbaycan ərazisindən tranzit keçən avtotexnika və vaqonların Xəzər dənizində daşınmasını ümumilikdə 16 bərə və 6 Ro-Ro tipli gəmi həyata keçirir.
Xəbər lenti
Hamısına baxDünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04
Elanlar
24 Aprel 17:00
Elm
24 Aprel 16:27
Dünya
24 Aprel 16:22
Siyasət
24 Aprel 16:19
Sosial
24 Aprel 15:48
YAP xəbərləri
24 Aprel 15:45
Sosial
24 Aprel 15:27
Sosial
24 Aprel 15:09
YAP xəbərləri
24 Aprel 14:37
Siyasət
24 Aprel 14:16
İqtisadiyyat
24 Aprel 13:55
Sosial
24 Aprel 13:52
YAP xəbərləri
24 Aprel 13:42
İdman
24 Aprel 13:28
Sosial
24 Aprel 13:00
Siyasət
24 Aprel 12:54
Sosial
24 Aprel 12:35
Gündəm
24 Aprel 12:20
Siyasət
24 Aprel 12:20
İqtisadiyyat
24 Aprel 12:18
Gündəm
24 Aprel 12:17
Gündəm
24 Aprel 12:16
YAP xəbərləri
24 Aprel 12:06
Gündəm
24 Aprel 11:52
YAP xəbərləri
24 Aprel 11:51
Siyasət
24 Aprel 11:50
Siyasət
24 Aprel 11:42
Siyasət
24 Aprel 11:36
Gündəm
24 Aprel 11:14
Gündəm
24 Aprel 10:56
İqtisadiyyat
24 Aprel 10:34
Gündəm
24 Aprel 10:33
Hadisə
24 Aprel 10:31
Sosial
24 Aprel 10:27
Hadisə
24 Aprel 10:27
İqtisadiyyat
24 Aprel 10:17
Sosial
24 Aprel 10:05
Dünya
24 Aprel 10:04
İqtisadiyyat
24 Aprel 09:52
Ədəbiyyat
24 Aprel 09:30
Analitik
24 Aprel 09:15
Yeni texnologiyalar
24 Aprel 08:59
Müsahibə
24 Aprel 08:32
Gündəm
24 Aprel 08:17
Dünya
23 Aprel 23:30
İqtisadiyyat
23 Aprel 23:11
Dünya
23 Aprel 22:50
Dünya
23 Aprel 22:35
Dünya
23 Aprel 22:19
Dünya
23 Aprel 21:43
Dünya
23 Aprel 21:16
İdman
23 Aprel 21:06
Dünya
23 Aprel 20:58
Dünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31

